Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5504/2024 01.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs nümayəndəsi Nümayəndə Amil oğlunun iştirakı ilə, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə 20 sentyabr 2024-cü il tarixli, 13000-01399/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar" İdarəsi tərəfindən Gürcüstan Respublikası ərazisində fəaliyyət göstərən “X5 East DMCC” şirkətinin ünvanına xx.xx.2024-cü il tarixli **********0330, xx.xx.2024-cü il tarixli **********0338, **********0339, xx.xx.2024-cü il tarixdə **********0340, xx.xx.2024-cü il tarixli **********0344, **********0347, xx.xx.2024-cü il tarixdə **********0348, xx.xx.2024-cü il tarixdə **********0349, xx.xx.2024-cü il tarixdə **********0352, xx.xx.2024-cü il tarixdə **********0354, xx.xx.2024-cü il tarixdə **********0358, xx.xx.2024-cü il tarixdə **********0361, xx.xx.2024-cü il tarixdə **********0365, xx.xx.2024-cü il tarixdə **********0368 və xx.xx.2024-cü il tarixdə **********0369 sorğu nömrəli natamam bəyannamələr tərtib olunaraq “vakuum qazoil” adlı yük göndərilmişdir. Lakin natamam bəyannamələr rəsmiləşdirildikdən sonra 30 gün müddətində həmin mallara dair gömrük bəyannaməsi təqdim edilməli olduğu halda şirkət tərəfindən natamam gömrük bəyannamələri ilə göndərilmiş mala görə gömrük bəyannaməsi vaxtında təqdim edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs nümayəndəsi Nümayəndə Amil oğlu izahatında bildirdi ki, tərtib olunmuş protokola etiraz etdiyini bildirərək inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs gömrük bəyannaməsi vaxtında təqdim edilməmişdir. Əməliyyat və X2 bölməsinin təhqiqatçısı, gömrük xidməti kapitanı X3 tərəfindən tərtib edilmiş İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 20 sentyabr 2024-cü il tarixli, 13000-01399/24 nömrəli protokoldan görünür ki, Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar" İdarəsi tərəfindən Gürcüstan Respublikası ərazisində fəaliyyət göstərən “X5 East DMCC” şirkətinin ünvanına xx.xx.2024-cü il tarixli **********0330, xx.xx.2024-cü il tarixli **********0338, **********0339, xx.xx.2024-cü il tarixdə **********0340, xx.xx.2024-cü il tarixli **********0344, **********0347, xx.xx.2024-cü il tarixdə **********0348, xx.xx.2024-cü il tarixdə **********0349, xx.xx.2024-cü il tarixdə **********0352, xx.xx.2024-cü il tarixdə **********0354, xx.xx.2024-cü il tarixdə **********0358, xx.xx.2024-cü il tarixdə **********0361, xx.xx.2024-cü il tarixdə **********0365, xx.xx.2024-cü il tarixdə **********0368 və xx.xx.2024-cü il tarixdə **********0369 sorğu nömrəli natamam bəyannamələr tərtib olunaraq “vakuum qazoil” adlı yük göndərilmişdir. Lakin natamam bəyannamələr rəsmiləşdirildikdən sonra 30 gün müddətində həmin mallara dair gömrük bəyannaməsi təqdim edilməli olduğu halda şirkət tərəfindən natamam gömrük bəyannamələri ilə göndərilmiş mala görə gömrük bəyannaməsi vaxtında təqdim edilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin sorğu-sual edilməsi haqqında protokollardan görünür ki, hüquq şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs nümayəndəsi X1-sual edilmiş və nümayəndə ona verilən suallara cavab olaraq “X5 East DMCC” şirkəti ilə bağlanmış müqaviləyə əsasən natamam bəyannamələr ilə ölkə ərazisindən ixrac olunmuş malların rəsmişləşdirilməsi üçün müddət 80 gün nəzərdə tutulmasını, eyni zamanda mallar üzrə biznes planı dəyişməsini, Gürcüstan Respublikasının daxili tələbatını ödəmək üçün yükün kiçik partiyalarla göndərilməsini və bu səbəbdən də gömrük bəyannaməsinin 30 gün müddəti gecikdirilərək təqdim olunmasını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 493-cü maddəsinə əsasən, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 №li “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydalarının təsdiq edilməsi haqqında” Qərarının 3.6-cı bəndinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs tərəfindən təqdim olunmuş gömrük bəyannaməsi müvafiq olaraq qanunla nəzərdə tutulmuş müddət pozulmaqla təqdim olunmuş, yəni ixracatçı ünvanına göndərilən malının rəsmiləşdirilməsi ilə bağlı gömrük bəyannaməsi vaxtında təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-5504/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5504/2024
01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver