Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5509/2024 18.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai rayon DYPŞ Axtarış üzrə inspektoru, polis kapitanı X2, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Lənkəran rayonu, Separadi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lənkəran rayonu, Separadi Ə/D, Separadi kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş 17 oktyabr 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində sürücülük hüququ olmadan idarə etdiyi “Tufan S150 motosikl” markalı, 90-H-470 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə X1 məxsus “Mitsubishi Lancer minik” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan vurmuş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, “Tufan S 150” markalı, 99-H-470 dövlət qeydiyyat nişanlı motosikl dostu Kamrana məxsusdur, sadəcə olaraq o, həmin motosikli Kamrandan əvvəldən 400 manat verərək, hər ay 400 manat verməklə təxminən 3 ay olarki almış, sürücülük vəsiqəsi yoxdur, ümumiyyətlə sürücülük hüququ yoxdur. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində motosiklin dövlət qeydiyyat nişanı boltu düşdüyü üçün yerindən çıxaraq yola düşmüş, oda onu götürərək yük yerinə qoymuş, demişdir ki, sonra düzəldər. Sonra isə xx.xx.2024-cü il tarixdə təxminən saat 21:00 radələrində MC donaldsdan sifariş alaraq sifarişi vermək üçün yola düşmüş, sifarişi vermək üçün gedəndə artıq nömrəsi olmamış, geri qayıdan zaman Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yolda təmir işləri getmiş, işıqforda “Tufan S 150” markalı Az 99-H-470 dövlət qeydiyyat nişanlı motosikli ilə sola doğru təxminən saatda 20 km sürətlə dönən zaman sağ tərəfdən əsas yolda hərəkətdə olan “Mitsubushi” markalı avtomobil onun motosiklini vurmuş, nəticədə o, xəsarət almışdır. Sonra hadisə yerinə təcili tibbi yardım gələrək onu xəstəxanaya aparmış, orada müayinə olunduqdan sonra evinə getmişdir. O, hadisə zamanı xəsarət almış, YNH zamanı idarə etdiyi “Tufan S 150” markalı motosikldə sərnişin olmamış, spirtli içki qəbul etməmiş, psixotrop maddənin təsiri altında olmamış, sürücülük hüququ, etibarnamə və dövlət qeydiyyat nişanı motosiklin üzərində olmadığı halda motosikli idarə etməsi ilə tam razıdır. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai rayon DYPŞ Axtarış üzrə inspektoru, polis kapitanı X3 ifadəsində göstərmişdir ki, Şəxs Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində sürücülük hüququ olmadan idarə etdiyi “Tufan S150 motosikl” markalı, 90-H-470 dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq X1 məxsus “Mitsubishi Lancer minik” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan vurmuşdur. Bununlada, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. Odur ki, göstərilənlərə əsasən o, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon DYPŞ Axtarış üzrə inspektoru, polis kapitanı X3 tərəfindən tərtib edilmiş 17 oktyabr 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində sürücülük hüququ olmadan idarə etdiyi “Tufan S150 motosikl” markalı, 90-H-470 dövlət qeydiyyat nişanlı avtomobillə X1 məxsus avtonəqliyyat vasitəsinə maddi ziyan vurduğundan və yol hərəkəti qaydalarını pozduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi barədə protokol tərtib edilmişdir; Bakı şəhəri Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Vlazim Musayev tərəfindən qəbul edilmiş 24 sentyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və onun Azərbaycan Respublikası İXM-nin 332.4 və 342.1.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar məhkəməyə təqdim olunması üçün Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır; Bakı şəhəri Xətai rayon DYPŞ Axtarış üzrə inspektoru, polis kapitanı X3 tərəfindən tərtib edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində baş vermiş, “Tufan S150 motosikl” markalı, 90-H-470 dövlət qeydiyyat nişanlı motosikl və “Mitsubishi Lancer minik” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin hadisədən sonrakı fotoşəkilləri çəkilərək sxemə əlavə edilmişdir; sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2024-cü il tarixli 2/48739 saylı tibbi müayinə haqqında aktın surətindən məlum olur ki, hadisə törədilən zaman Şəxs sərxoş olmadığı müəyyən edilmişdir; elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM-32.1.1), himayəsində 2 azyaşlı övladının olmasını (İXM-32.2) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-5509/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5509/2024
18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver