Məhkəmə qərarları › İş №3(011)-551/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-551/2021

26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-551/2021 26.01.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun, Əliyev Şahlar Əliağa oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi işlə məşğul olan, ünvan 1 mənzil 35 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx xxxxxx 2021-ci il tarixində saat 20:00 radələrində özünə məxsus idarə etdiyi “Chevrolet Camara” markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Xətai rayonu, “Nargilə” kafesi tərəfdən şəhər istiqamətində saatda 50 km. surətlə hərəkət edərkən həmin yolla hərəkətdə olan “189 Taksi” şirkətinə məxsus “Toyota” markalı ** PG *** dövlət qeydiyytat nişanlı avtomobillə toqquşmuşdur. Bakı şəhəri Xətai RPİ-nin DYPŞnin əməkdaşları tərəfindən o, saxlanılmış və yoxlama zamanı sürücünün avtomobili narkotik vasitələrdən istifadə edərək idarə etməsi məlum olmuşdur. Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X1 tərəfindən xx xxxxxx 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nin YPXA-nın inspektoru, polis kapitanı Polad Xəlilov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında xx xxxxxx 2021-ci il tarixli, İXP seriyalı ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o, xx xxxxxx 2021-ci il tarixində saat 20:00 radələrində özünə məxsus idarə etdiyi “Chevrolet Camara” markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Xətai rayonu, “Nargilə” kafesi tərəfdən şəhər istiqamətində saatda 50 km. surətlə hərəkət edərkən həmin yolla hərəkətdə olan “189 Taksi” şirkətinə məxsus “Toyota” markalı ** PG *** dövlət qeydiyytat nişanlı avtomobillə toqquşmuşdur. O, xx xxxxxx 2021-ci il tarixdə Əhmədli metrosunun yanından 10 manat aldığı bir büküm marixuana almışdır. Həmin gün o, həmin marixuananı istifadə etdikdən sonra avtomobili idarə etmişdir. Həmin gün avtomobildə ondan başqa yaxın dostuda olmuşdur. Hadisə zamanı heç kim xəsarət almamışdır. O, hazırda “189 Taksi” şirkətinə məxsus “Toyota” markalı ** PG *** dövlət qeydiyytat nişanlı avtomobillə dəymiş ziyanı tam olaraq ödəmişdir. Əməlindən peşmandır. Bir daha belə hala yol verməyəcəyinə söz verir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli, şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 21:30-da tutulmuşdur. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli 226 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoldan görünür ki, müayinə nəticəsində Şəxs sidiyindən “THC (+)” (marixuana), “BZO (+)” (benzodiazepin) aşkar edilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, iş materiallarında olan yol-nəqliyyat hadisəsinin sxemini, hadisə yerinin fotoşəkillərini və məhkəmə iclasında tədqiq olunmuş digər iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli olması tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanı səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ailəli olmasını və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Zərərçəkmiş şəxsə yol-nəqliyyat hadisəsi zamanı vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı mülki qaydada iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək, ona nəqliyyat vasitələrini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixindən saat 21:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar