Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5510/2024 14.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X11, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X12 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 02 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, “Qarabağ və X20 Rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi almış X5 (xx.xx.2024-xx.xx.2024-cü il tarixinədək), X13 və X14 (xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək) Şəxs MMC tərəfindən əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X21 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən vətəndaşlar X5, X13 və X14 müvafiq işlərin yerinə yetirilməsi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edildiklərindən hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 02 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Beləliklə o, göstərilənləri nəzərə alaraq hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X22 hüquqi şəxsin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli, ******* inzibatı xəta protokol tamamilə əsassızdır və bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Müfəttişlik məhkəmənin iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli Qərardadından nəticə çıxartmamış, hər-hansı əlavə sübut və dəlil olmadan xx.xx.2024-cü il tarixli, ******* inzibatı xəta protokolunu təkrar məhkəməyə göndərmişdir. Əsas məqamlardan biri odur ki, xx.xx.2024-cü il tarixli, ******* saylı inzibatı xəta haqqında protokolda qeyd edilən məsələlər qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsində baxılmış və qərarında əks etdirilmişdir. Həmin qərardan açıq görünür ki, protokolda qeyd edilən hüquqpozuntusunun törədilməsi faktının sübutu yoxdur. Müfəttişlik icraat prosesini İXM-nin fundamental prinsiplərini pozaraq işi tam, obyektiv və hərtərəfli aydınlaşdırmadan, "Qarabağ-X20 rayonlarına giriş informasiya sistemindən" əldə edilmiş yanlış (diqqətsizlik nəticəsində qeydə alınmış) məlumata əsasən işin faktiki hallarına tamamilə uyğun olmayan səhv nəticəyə gəlmişdir ki, guya tərəflərindən X14, X5 və X13 ilə əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsi üçün cəlb etməsinə yol vermişlər. Proses zamanı müəyyən edilmişdir ki, X14 adında şəxs heç vaxt "xxxx" MMC-nin işçisi olmamışdır. Elxan Əhmədov "xxxx" MMC ilə subpodrat müqaviləsini bağlamış sahibkar fiziki şəxsin (Zabil Hüseynovun VÖEN:**********) işçisi olaraq "Qarabağ-X20 rayonlarına giriş informasiya sistemində” şirkətləri adından qeydə alınmışdır. Elxan Əhmədovun icazəsinin şirkətlərinin adından rəsmiləşməsinin izahı belədir ki, bütün bu növ icazələrin rəsmiləşdirməsini onlar birbaşa yox, yalnız "xxxx" QSC və ya "AYDAA"- nın vasitəsi ilə həyata keçirirlər. Qarabağ- X20 rayonlarda aparılan iri miqyaslı strateji tikinti-quraşdırma işlərinin icrasının vaxtında operativ qaydada həll olunmasının təmin edilməsi üçün "Qarabağ-X20 rayonlarına giriş informasiya sistemində" suppodratçı təşkilatın işçiləri "xxxx" MMC-nin işçi kimi formal qeydə alınırdı. Belə hallar yalnız xx.xx.2024-cü il tarixədək baş verirdi və hazırda "giriş informasiya sisteminin" işi texniki cəhətdən tam tənzimlənmişdir. X8 heç vaxt “'Azvirt" MMC-nin işçisi olmaması sahibkar Zabil Hüseynovla bağladıqları xx.xx.2024-ci il tarixli podrat müqavilə X1 Zabil Hüseynovla əmək münasibətlərini təsdiq edən “Bildiriş”, X8 notariat qaydasında təsdiq edilmiş şəxsi ərizəsi sübut edir. Eyni ilə araşdırma zamanı müəyyən edilmişdir ki, X6 xx.xx.2024-cü il tarixində "xxxx" MMC-nin 6 saylı Yol Tikinti İdarəsinə dəmirçi köməkçisi vəzifəsinə qəbul edilmişdir və xx.xx.2024-cü il tarixində öz xahişi ilə ƏM 68.2a maddəsinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. X13 xx.xx.2024-cü il tarixində Şəxs MMC-nin Maşın Mexanizmlərinin Təmiri və İstismarı İdarəsinə vərdənə maşinisti vəzifəsinə qəbul edilmişdir və xx.xx.2024-cü il tarixində öz xahişi ilə ƏM 68.2a maddəsinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. X5 və X9 əmək müqavilələri ləğv olunduqdan sonra "Qarabağ- X20 rayonlarına giriş informasiya sistemində" şirkətlərinin işçiləri kimi qalmalarının izahı odur ki, icazənin alınması üçün müraciət öncə edilir. Bu səbəbdən və cüzi diqqətsizlikləri ucbatından Şıxverdiyev Robert və Kərimov Bəhrəm şirkətlərindən işdən çıxdıqdan sonrakı müddətdə "giriş informasiya sistemində" formal adlarında qalmışlar və siyahıdan çıxarılması tərəflərindən unudulmuşdur. xx.xx.2024-cü il tarixindən başlayaraq "giriş informasiya sistemində" belə məsələlər tam tənzimlənmiş və işçi ilə əmək müqaviləsinə xitam verildiyi təqdirdə "giriş informasiya sistemində" icazənin ləğv edilməsi texniki cəhətdən mümkün olmuşdur. X5 və X9 əmək müqavilələri ləğv olunduqdan sonra Şəxs MMC-də işləməməsi faktı bildirişlərlə, işdən çıxması ərizələri ilə və notariat qaydasında təsdiq edilmiş şəxsi ərizələri ilə sübut edir. Beləliklə, o, hüquqi şəxs Şəxs MMC tərəfindən heç bir inzibati xəta hadisəsinin törədilmədiyini bildirərək barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin baş əmək müfəttişi X15 tərəfindən tərtib edilmiş 02 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Qarabağ və X20 Rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi almış X5 (xx.xx.2024xx.xx.2024-cü il tarixinədək), X13 və X14 (xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək) Şəxs MMC tərəfindən əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir; “Qarabağ və X20 rayonlarına giriş” informasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən X5 və X13 üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, X14 üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müvafiq icazə alınmışdır; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs MMC-na ünvanlanmış 25 iyun 2024-cü il tarixli, 3-17-5/2-40339/2024 saylı məktubdan görünür ki, hüquqi şəxsdən xx.xx.2024-cü il tarixdə, saat 16:30-da inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etməsi xahiş olunmuşdur; əmək müqaviləsinin bağlanması və ona xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, X14 xx.xx.2024-cü il tarixdə X10 ilə bağlanmış əmək müqaviləsinə əsasən fəhlə vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə həmin müqaviləyə Azərbaycan Respublikası ƏM-nin 68.2a maddəsinə əsasən xitam verilmişdir; X8 Bakı şəhəri 39 saylı notariat ofisində verdiyi **********519 saylı ərizəsindən görünür ki, o, “Azvirt" MMC-də heç vaxt işləməmişdir. Onun işəgötürəni - sahibkar fiziki şəxs Zabil Hüseynovun "xxxx" MMC ilə subpodrat müqaviləsi olmuşdur və onun “Qarabağ-Şərqi Zəngəzur rayonlara” giriş icazəsi xx.xx.2024-xx.xx.2024-cü il müddətinə formal olaraq Şəxs MMC-dən rəsmiləşdirilmişdir; əmək müqaviləsinin bağlanması və ona xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, X5 ilə bağlanmış əmək müqaviləsinə əsasən o, xx.xx.2024-cü il tarixdə Şəxs MMC-də dəmirçi köməkçisi vəzifəsinə qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə həmin müqaviləyə Azərbaycan Respublikası ƏM-nin 68.2a maddəsinə əsasən xitam verilmişdir; X3 Xaçmaz rayon 1 saylı notariat ofisində verdiyi **********771 saylı ərizəsindən görünür ki, o, xx.xx.2024-xx.xx.2024-cü il müddətində "xxxx" MMC-də dəmirçi köməkçisi vəzifəsində işləmişdir. 15 maydan sonra "xxxx" MMC-də işləməmişdir və “Qarabağ-Şərqi Zəngəzur rayonlarına” getməmişdir; əmək müqaviləsinin bağlanması və ona xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, X13 ilə bağlanmış əmək müqaviləsinə əsasən o, xx.xx.2024-cü il tarixdə Şəxs MMC-də vərdənə maşinisti vəzifəsinə qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə həmin müqaviləyə Azərbaycan Respublikası ƏM-nin 68.2a maddəsinə əsasən xitam verilmişdir; X9 Şirvan şəhər 1 saylı notariat ofisində verdiyi **********537 saylı ərizəsindən görünür ki, o, xx.xx.2024-xx.xx.2024-cü il müddətində "xxxx" MMC-də vərdənə maşinisti vəzifəsində işləmişdir. 24 maydan sonra "xxxx" MMC-də işləməmişdir və “Qarabağ-Şərqi Zəngəzur” rayonlarına getməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş hüquqi şəxs Şəxs barəsində inzibati xəta haqqında protokolu, tərəflərin çıxışlarını və şahidlərin izahatlarını, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs tərəfindən X4 xx.xx.2024-xx.xx.2024-cü il tarixinədək, X13 və X8 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 02 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə təqdim olunmuş X8 Bakı şəhəri 39 saylı notariat ofisində verdiyi **********519 saylı ərizəsindən görünür ki, o, “Azvirt" MMC-də heç vaxt işləməmişdir. Onun işəgötürəni - sahibkar fiziki şəxs Zabil Hüseynovun "xxxx" MMC ilə subpodrat müqaviləsi olmuşdur və onun “Qarabağ-Şərqi Zəngəzur rayonlara” giriş icazəsi xx.xx.2024-xx.xx.2024-cü il müddətinə formal olaraq Şəxs MMC-dən rəsmiləşdirilmişdir. Onun ərizəsində qeyd etdiyi xüsusatlar iş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə də bir daha öz təsdiqini tapmışdır. Belə ki, həmin bildirişdən məlum olduğu kimi X2 fiziki şəxs Zabil Hüseynov ilə əmək müqaviləsi bağlamış və onun işçisi olmuşdur. Bundan əlavə, X3 Xaçmaz rayon 1 saylı notariat ofisində verdiyi **********771 saylı ərizəsindən görünür ki, o, xx.xx.2024-xx.xx.2024-cü il müddətində "xxxx" MMC-də dəmirçi köməkçisi vəzifəsində işləmişdir. 15 maydan sonra "xxxx" MMC-də işləməmişdir və “Qarabağ-Şərqi Zəngəzur rayonlarına” getməmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən göründüyü kimi Şəxs MMC ilə X7 arasında bağlanmış əmək müaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası ƏM-nin 68.2a maddəsinə əsasən xitam verilmişdir. Həmçinin, X9 Şirvan şəhər 1 saylı notariat ofisində verdiyi **********537 saylı ərizəsindən görünür ki, o, xx.xx.2024-xx.xx.2024-cü il müddətində "xxxx" MMC-də vərdənə maşinisti vəzifəsində işləmişdir. 24 maydan sonra "xxxx" MMC-də işləməmişdir və “Qarabağ- Şərqi Zəngəzur” rayonlarına getməmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən göründüyü kimi Şəxs MMC ilə X13 arasında bağlanmış əmək müaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası ƏM-nin 68.2a maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən təqdim edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirilməklə kifayətlənilmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar, yəni Şəxs MMC tərəfindən icazəsi istənilən məlumatda adı qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, hüquqi şəxs tərəfindən orada əməyə cəlb olunub-olunmamaları araşdırılmamışdır. Belə ki, həmin şəxslər üçün icazənin istənilməsi, özlüyündə hüquqi şəxs tərəfindən onların əməyə cəlb edilmələri anlamına gəlmir. Bununla da, yuxarıda götərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsini təsdiq edən digər sübutlar məhkəməyə təqdim edilmədiyindən, səlahiyyətli orqan tərəfindən yuxarıda qeyd olunan xüsusatlar tam, obyektiv və hərtərəfli araşdırılmadan hüquqi şəxs Şəxs barəsində əsassız olaraq 02 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə hüquqi şəxs Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsi sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-5510/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5510/2024
14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver