Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5513/2024 14.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 12 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, “Qarabağ və X9 Rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi almış Şahid və X6 xx.xx.2024-cü il tarixindən hazırkı tarixədək Şəxs MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X10 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən vətəndaşlar Şahid və X6 müvafiq işlərin yerinə yetirilməsi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edildiklərindən hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 12 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Beləliklə o, göstərilənləri nəzərə alaraq hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X7 hüquqi şəxsin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, Şəxs MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılaraq tərtib olunan protokol əsassızdır. Belə ki, Şahid və X1 və Şərqi Zəngəzurda Şəxs MMC-nin subpodratçısı "xxxx" MMC-nin işçiləridir. Subpodratçının işçilərinin Qarabağ və Şərqi Zəngəzur ərazisinə girişi üçün icazə Şəxs MMC tərəfindən portala işlənmişdir. "xxxx" MMC-nin təqdim etdiyi məlumata əsasən X6 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək anbardar vəzifəsində çalışmış və öz təşəbbüsü ilə qeyd olunan tarixdə işdən azad olunmuşdur. Eyni zamanda digər əməkdaş Şahid xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək müəssisədə planlama üzrə mühəndis vəzifəsində çalışmışdır və öz təşəbbüsü ilə qeyd olunan tarixdə işdən ayrılmışdır. Yuxarıda adları qeyd olunan hər iki şəxs X9 zonasında tikinti layihəsi olduğu üçün keçid portalında icazə siyahısında adları qeyd olunmuş, lakin işdən ayrıldıqları tarixdən sonra işğaldan azad olunmuş ərazilərin keçid portalında qeydiyyat keçirilməmiş və işə cəlb edilməmişdirlər. İş üzrə aidiyyatı orqan tərəfindən protokol tərtib olunsa da nə protokolda qeyd olunan işçilərin izahatları alınmış, nə də işəgötürənin mövqeyi öyrənilmiş, ümumiyyətlə məsələnin araşdırılması və inzibati xətanın olub-olmamasının müəyyən olunması üçün hər hansı tədbir görülməmişdir. Əlavə olaraq qeyd olunan işçilər üçün Qarabağ və Şərqi Zəngəzur ərazisinə giriş üçün icazə alınması həmin şəxslərin əmək müqaviləsi olmadan işlədilmələrinə və inzibati xətanın törədilməsinə dair sübut kimi istifadə oluna bilməz. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, o, hüquqi şəxs Şəxs MMC tərəfindən heç bir inzibati xəta hadisəsinin törədilmədiyini bildirərək barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X6 izahat verərək bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdən etibarən "xxxx" MMC-də anbardar vəzifəsində işləməyə başlamış və xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə onun təşəbbüsü ilə xitam verilmişdir. Lakin o, heç vaxt hüquqi şəxs Şəxs MMC-də çalışmamış və aralarında əmək münasibətləri olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin əmək müfəttişi X8 tərəfindən tərtib edilmiş 12 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Qarabağ və X9 Rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə işləmək üçün daxil olmaq icazəsi almış Şahid və X6 xx.xx.2024-cü il tarixindən hazırkı tarixədək Şəxs MMC tərəfindən əmək müqaviləsi hüquqi qevvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir; “Qarabağ və X9 rayonlarına giriş” informasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Şahid və X6 üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müvafiq icazə alınmışdır; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs MMC-na ünvanlanmış 21 may 2024-cü il tarixli, 3-17-5/2-30918/2024 saylı xəbərdarlıq məktubundan görünür ki, hüquqi şəxsdən “Qarabağ və X9 rayonlarına giriş” üçün icazə alınmış işçilərlə 7 təqvim günü ərzində əmək müqaviləsinin bağlanılması və müvafiq əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsinin təmin edilməsi tələb edilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs MMC-na ünvanlanmış 26 iyul 2024-cü il tarixli, 3-17-5/2-46049/2024 saylı məktubdan görünür ki, hüquqi şəxsdən xx.xx.2024-cü il tarixdə, saat 10:00-da inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etməsi xahiş olunmuşdur; "xxxx" MMC tərəfindən Şəxs MMC-yə ünvanlanmış 30 oktyabr 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, X6 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək müəssisədə anbardar vəzifəsində çalışmışdır və öz təşəbbüsü ilə qeyd olunan tarixdə işdən ayrılmışdır. Eyni zamanda digər əməkdaşları Şahid da həmçinin xx.xx.2024-cü il tarixindən, xx.xx.2024-cü il tarixinədək müəssisədə planlama üzrə mühəndis vəzifəsində çalışmışdır və öz təşəbbüsü ilə qeyd olunan tarixdə işdən ayrılmışdır. Yuxarıda adları qeyd olunan hər iki şəxs X9 zonasında tikinti layihələri olduğu üçün keçid portalında icazə siyahısında adları qeyd olunmuşdur. Ancaq işdən ayrıldıqları tarixdən sonra tərəflərindən işğaldan azad olunmuş ərazilərin keçid portalında qeydiyyat keçirilməmiş və işə cəlb edilməmişdirlər; Şəxs MMC(sifarişçi) və "xxxx" MMC(podratçı) arasında bağlanmış 0104-CR nömrəli müqavilədən göünür ki, podratçı şirkət sifarişçi üçün müəyyən xidmətlərin göstərilməsini öhdəsinə götürmüşdür. əmək müqaviləsinin bağlanması və ona xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, Şahid ilə bağlanmış əmək müqaviləsinə əsasən o, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-də planlama üzrə aparıcı mühəndis vəzifəsinə qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə həmin müqaviləyə Azərbaycan Respublikası ƏM-nin 68.2a maddəsinə əsasən xitam verilmişdir; əmək müqaviləsinin bağlanması və ona xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, X6 ilə bağlanmış əmək müqaviləsinə əsasən o, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-də anbardar vəzifəsinə qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə həmin müqaviləyə Azərbaycan Respublikası ƏM-nin 68.2a maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş hüquqi şəxs Şəxs barəsində inzibati xəta haqqında protokolu, tərəflərin çıxışlarını və şahidlərin izahatlarını, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs tərəfindən Şahid və X6 xx.xx.2024-cü il tarixindən hazırkı tarixədək AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 12 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Lakin məhkəmə iclasında şahid qismində izahatı alınmış X6 bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdən etibarən "xxxx" MMC-də anbardar vəzifəsində işləməyə başlamış və xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə onun təşəbbüsü ilə xitam verilmişdir. Lakin o, heç vaxt hüquqi şəxs Şəxs MMC-də çalışmamış və aralarında əmək münasibətləri olmamışdır. İş materiallarına əlavə edilmiş 0104-CR nömrəli xidmət müqaviləsinin surətindən göünür ki, "xxxx" MMC Şəxs MMC üçün müəyyən xidmətlərin göstərilməsini öhdəsinə götürmüşdür. Həmçinin iş materiallarına əlavə edilmiş əmək müqaviləsinin bağlanması və ona xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, Şahid və X6 "xxxx" MMC-də işləmişlər. Göründüyü kimi Şahid və X6 üçün işğaldan azad edilmiş ərazilərə işləmək üçün daxil olmaq icazəsi Şəxs MMC tərəfindən alınsa da, həmin şəxslər real olaraq "xxxx" MMC üçün müvafiq olaraq Şahid xx.xx.2024-cü il tarxidən xx.xx.2024-cü il tarixə kimi, X6 isə xx.xx.2024cü il tarxidən xx.xx.2024-cü il tarixə kimi çalışmışlar. Bu hal həmçinin Caspian Road” MMC tərəfindən Şəxs MMC-yə ünvanlanmış 30 oktyabr 2024-cü il tarixli məktubun məzmunu ilə də təsdiqlənir. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən təqdim edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirilməklə kifayətlənilmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar, yəni Şəxs MMC tərəfindən icazəsi istənilən məlumatda adı qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, hüquqi şəxs tərəfindən orada əməyə cəlb olunub-olunmamaları araşdırılmamışdır. Belə ki, həmin şəxslər üçün icazənin istənilməsi, özlüyündə hüquqi şəxs tərəfindən onların əməyə cəlb edilmələri anlamına gəlmir. Bununla da, yuxarıda götərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsini təsdiq edən digər sübutlar məhkəməyə təqdim edilmədiyindən, səlahiyyətli orqan tərəfindən yuxarıda qeyd olunan xüsusatlar tam, obyektiv və hərtərəfli araşdırılmadan hüquqi şəxs Şəxs barəsində əsassız olaraq 12 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə hüquqi şəxs Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsi sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-5513/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5513/2024
14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver