Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-5515/2024 25.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, hüquqi şəxs "xxxx" MMC-nin direktoru X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən hüquqi şəxs "xxxx" MMC-nin direktoru X6 barəsində 01 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərardad qəbul edilərək inzibati xəta haqqında iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadda göstərilmişdir ki, muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər ödəmə mənbəyində vergini tutmağa borclu olduğundan, həmçinin İXM-nin 460-cı maddəsi ilə vəzifəli şəxsin inzibati məsuliyyəti müəyyən edilmədiyindən və İXM-nin 18.2 və 18.5-ci maddələrinə əsasən işə məhkəmədə baxılmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 vəzifəli şəxs X6 barəsində başlanmış inzibati xəta haqqında materialların natamam olduqlarını bildirərək səlahiyyətli orqana geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsinin çıxışlarını dinləyib hesab edir ki, hüquqi şəxs "xxxx" MMC-nin direktoru X6 Azərbaycan Respublikasının İXM-nin 460cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair məhkəməyə daxil olmuş materiallar natamam olduqlarından, işə baxılarkən həmin nöqsanların aradan qaldırılması mümkün olmadığından həmin materiallar onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda hüquqi şəxs "xxxx" MMC-də elektromexanik vəzifəsində çalışmış X5 xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixədək olan müddətdə verilən aylıq əmək haqqını müqavilədə 350 manat göstərməklə həmin müddət ərzində ona əlavə olaraq ödədiyi ümumilikdə 1750 manat əmək haqqına görə vergi və digər ödənişləri bəyan etməməsi göstərilsə də, ödənilməmiş məbləğin 1750 manat təşkil etməsini təsdiqləyən heç bir sənəd iş materiallarına əlavə edilməmişdir. Odur ki, yuxarıda sadalanan nöqsanlarla əlaqədar olaraq məhkəmə tərəfindən hüquqi şəxs "xxxx" MMC-nin direktoru X6 inzibati məsuliyyətə cəlb edilib-edilməməsi və ya onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsi üçün əsasların olub-olmaması məsələsinin həlli istiqamətində müəyyən nəticəyə gəlmək mümkün deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iş materialında mövcud natamamlıqları məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığı üçün inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" MMC-nin direktoru X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsinə dair qəbul edilmiş 01 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərardad və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə geri qaytarılsın. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-5515/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-5515/2024
25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver