Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-5527/2025 01.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Həsənova Aygün Namiq qızı, X2 barəsində DİN BDYPİ tərəfindən EQ 29167088 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş EQ 29167088 saylı inzibati xəta haqqında qərarı ləğv edib icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, inzibati tənbeh vermə haqqında qərardan inzibati xətanın Bakı şəhəri, Nizami rayonu ərazisində baş verdiyi görünür. Şikayətçi vəsatətlə məhkəməyə müraciət edərək Xətai rayonunda qeydiyyatda olduğunu və yaşadığını bildirərək işə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmasını xahiş etmiş, lakin buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə tərəfindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilmiş sorğuya əsasən müəyyən edilmişdir ki, X1 rayonu, Dədəli ərazi dairəsi, Dədəli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, DİN BDYPİ tərəfindən EQ 29167088 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətə hazırkı məhkəmədə baxılmasına dair X2 vəsatəti rədd edilməli, şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: DİN BDYPİ tərəfindən EQ 29167088 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətə hazırkı məhkəmədə baxılmasına dair X2 vəsatəti rədd edilsin, X2 DİN BDYPİ tərəfindən EQ 29167088 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti və ona əlavə olunmuş sənədlər X3 geri qaytarılsın. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-5527/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-5527/2025
01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver