Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5590/2025 14.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Xətai RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Teymur Ağamirovun 18 iyun 2025-ci il tarixli qərardan və həmin qərara əsasən tərtib edilmiş 05 iyul 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 25 may 2025-ci il tarixdə saat təxminən 20.30 radələrində Şəxs idarə etdiyi “Hyundai Elantra” markalı **-GE-*** dövlət qeydiyyat nömrəli avtomobillə Xətai rayonu A. Cəlilov küçəsindən F.Bayramov küçəsinə daxil olaraq M.Mehdizadə küçəsi istiqamətində saatda təxminən 40-50 km surətlə hərəkətdə olarkən S.Orucov küçəsi ilə kəsişmədə hərəkətdə olan avtomobilləri gözləmədən S.Orucov küçəsinə daxil olmuş və həmin küçə ilə N.Rəfiyev küçəsi istiqamətində hərəkətdə olan X1 idarə etdiyi “Neo” markalı **-YT-*** dövlət qeydiyyat nömrəli avtomobillə toqquşdur. Zərbə nəticəsində avtomobili yolun sağında yerləşən Xətai rayon prokurorluğunun dəmir çəpərini qıraraq prokurorluğun həyətinə daxil olub dayanmışdır. Hadisə zamanı özü və rəfiqəsi Zərərçəkmiş şəxs xəsarət almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək barəsində yüngül inzibati tənbeh tədbirinin görülməsini xahiş etdi. Məhkəmə iclaslarında iştirak etmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 25 may 2025-ci il tarixdə saat təxminən 20.30 radələrində rəfiqəsi Günayın idarə etdiyi “Hyundai Elantra” markalı **-GE-*** dövlət qeydiyyat nömrəli avtomobillə Xətai rayonu A.Cəlilov küçəsindən F.Bayramov küçəsinə daxil olaraq M.Mehdizadə küçəsi istiqamətində hərəkətdə olarkən S.Orucov küçəsi ilə kəsişməni keçərkən, həmin küçə ilə hərəkətdə olan “Neo” markalı **-YT-*** dövlət qeydiyyat nömrəli avtomobillə toqquşmuşlar. Zərbə nəticəsində avtomobil yolun sağında yerləşən Xətai rayon prokurorluğunun dəmir çəpərini qıraraq prokurorluğun həyətinə daxil olub dayanmışdır. Hadisə zamanı avtomobilin təhlükəsizlik yastığı açılaraq üzünə dəymişdir. Sonra təcili yardım avtomobili ilə onu xəstəxanaya aparmışlar. Orada ona yardım göstərib evə buraxmışlar. Hadisə ilə bağlı heç bir şikayyəti yoxdur. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhəri Xətai Rayon Polis İdarəsi nümayəndəsi məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18 iyun 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Bakı şəhəri Xətai RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis leytenantı Teymur Ağamirovun qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə hadisəni törətmiş Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından, barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən xx.xx.2001-ci ildə Bərdə rayonunda anadan olmuş, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi S.Qocayev küçəsi ev 25A, mənzil 86-da yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2025-ci il tarixli, № 2/29245 tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin gün ayıq vəziyyətdə olmuşdur. 29 may 2025-ci il tarixli “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik hüquqi şəxsin 505 nömrəli canlı şəxsin məhkəmə-tibb müayinəsi rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol göz qapağının dərialtı hematoması, burun nahiyəsinin zəif şişkinliyi halında sıyrığı və sağ gözaltı nahiyənin sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2025-ci il tarixdə YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati materialda olan sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-5590/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5590/2025
14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver