Məhkəmə qərarları › İş №3(011)-5595/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5595/2024

22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5595/2024 22.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyev Məhərrəm Hüseyn oğlunun katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3757/2021-021 nömrəli, xx.xx.2021-ci il tarixli, Yasamal Rayon Məhkəməsinin 2(004)-850/2019-008 nömrəli, xx.xx.2019-cu il tarixli, Yasamal Rayon Məhkəməsinin 2(004)-3190/2021-008 nömrəli, xx.xx.2021-ci il tarixli, Yasamal Rayon Məhkəməsinin 2(004)-381/2015 nömrəli, xx.xx.2015-ci il tarixli, Yasamal Rayon Məhkəməsinin 2(004)-5477/2015 nömrəli, xx.xx.2015-ci il tarixli və Yasamal Rayon Məhkəməsinin 2(004)-955/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən 22 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İcra məmuru X6 məhkəməyə verdiyi izahatında göstərdi ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3757/2021-021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədlərinə əsasən Şəxs tərəfindən 30025 manat tutularaq X3 ödənilməlidir. Başqa icra işləridə var. Ümumilikdə 6 icra işi vardır. Lakin Şəxs icra sənədi üzrə borcu qalmaqdadır. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3757/2021- 021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədlərinə əsasən onun tərəfindən 30025 manat tutularaq X2 xeyrinə ödənilməlidir. Digər icra işləri də var. Bəziləri üzrə ödənişlər etmişdir. Borcunu ödəməkdən imtina etmir. Lakin hazırda işləmədiyi üçün maddi cəhətdən imkanı olmadığından ödəniş edə bilmir. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək göstərdi ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3757/2021-021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin tələblərini tam şəkildə icra etməmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-850/2019 saylı, 22 yanvar 2019cu il tarixli icra vərəqəsindən görünür ki, iddia ərizəsi təmin edilmiş, cavabdeh Şəxs 40000 (qırx min) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı X9 ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin “İcraata başlamaq haqqında” 18 mart 2019-cu il tarixli qərarından görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinin tələbin könüllü icrası haqqında 18 mart 2019-cu il tarixli bildirişdən görünür ki, borclu Şəxs icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-249/2021 saylı, 12 aprel 2021-ci il tarixli qərardadından görünür ki, təqdimat təmin edilmiş, xx xxxxx 1982-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ölkədən getmək hüququ icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3757/2021 saylı, 13 avqust 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh Şəxs 25500 (iyirmi beş min beş yüz) manat məbləğində əsas borc, borcun gecikdirilməsinə görə 500 (beş yüz) manat faiz borcu, ümumilikdə 30.000 (otuz min) manat pul və ödənilmiş 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin “İcraata başlamaq haqqında” 15 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinin tələbin könüllü icrası haqqında 15 sentyabr 2021-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3190/2021 saylı, 22 iyun 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, cavabdeh Şəxs 13 noyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 17000 (on yeddi min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin “İcraata başlamaq haqqında” 16 avqust 2021-ci il tarixli qərarından görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinin tələbin könüllü icrası haqqında 16 avqust 2021-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5477/2015 nömrəli, 18 avqust 2015-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs 30628.5 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin “İcraata başlamaq haqqında” 19 noyabr 2015-ci il tarixli qərarından görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinin tələbin könüllü icrası haqqında 19 noyabr 2015-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-955/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs 14613.42 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx"ASC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin “İcraata başlamaq haqqında” 04 may 2015-ci il tarixli qərarından görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinin tələbin könüllü icrası haqqında 04 may 2015-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (min) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 31-33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (min) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar