Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5598/2024 16.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin nümayəndəsi Nümayəndə, X1 iştirakı ilə, Bakı Şəhər X11 İdarəsinin 17 sentyabr 2024-cü il tarixli İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş 17 sentyabr 2024-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər X11 İdarəsinin 17 sentyabr 2024-cü il tarixli İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş 17 sentyabr 2024-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, Bakı Şəhər DYPİ Yol Patrul Xidməti İnspektoru Polis X2 xx.xx.2024-cü il tarixli TP6754850 saylı qərarı ilə 100 manat cərimə edilmiş və 3 cərimə balı yazılmışdır. Bu qərar qanusuzdur və ləğv edilməlidir. Aşağıdakılara əsasən hesab edir ki, qeyd olunan qərar qanunsuz və əsassız olmaqla ləğv edilməlidir. Qeyd edir ki, xx.xx.2024-cü il tarixdə saat 13:10-da Babək Prospektində **-EL- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən yolayrıcında toqquşma baş vermişdir. Bunun nəticəsi olaraq ona İXM-nin 327.2-ci maddəsi ilə 100 manat cərimə və 3 cərimə balı yazılmışdır. Bildirir ki, o Babək Prospektində hərəkətdə olarkən yolayrıcında olan işıqforun nasazlığı səbəbindən düzünə gedən avtomobillər sola dönə bilmədiyindən sıxlıq yaranmışdır. Qarşıdan soldan əksinə gələn avtomobillər yol verərək sola dönən nəqliyat vasitələrinə şərait yaradıb keçməklərinə imkan verdilər. Ondan öndə olan 5-6 avtomobil sola döndükdən sonra onda yolun hərəkət hissəsinə çıxdıqda sağda olan avtomobillərin hərəkətsiz olduğunu, heç bir problemin olmadığını görüb irəliləyərkən avtobus yolu ilə sürətlə hərəkət edən **-KU-*** dövlət qeydiyyat nişanlı BMW markalı avtomobilin avtobus yolundan gələrək cərimədən yayınmaq üçün sol zolağa keçməsi onun avtomobili ilə toqquşma ilə nəticələnmişdir. Bildirir ki, **-KU-*** markalı avtomobil bir çox halda qanunu pozub. 1. Avtobus zolağı ilə hərəkət edib. 2 Yüksək sürətlə hərəkət edib. 3. Düzgün olmayan şəkildə zolağ dəyişib və bütün bunlar avtoqəzanı qaçılmaz etmişdir. Odur ki, Bakı Şəhər DYPİ-nin Yol Patrul Xidməti İnspektoru Polis X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarının ləğv edilməsini, 100 manat cərimə pulu və 3 cərimə balının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması və barəsində tərtib edilmiş TP ******* saylı qərar ləğv edilərək işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs X5 AR DİN Bakı şəhəri BPİ DYPİ-nin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli tənbeh vermə haqqında qərarından şikayət edərək ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X4 şikayətində göstərdiyi arqumentlər tam əsassızdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. İşin faktiki hallarından müəyyən olunur ki, X5 17 sentyabr 2024-cü il tarixində saat 13:10 radələrində idarə etdiyi MİTSUBİSHİ PAJERO minik markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobillə ilə Bakı şəhəri Xətai rayonu Babək prospektində hərəkət edərkən yolayrıcını keçmə qaydasını pozaraq hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitələrinin dayanmasına səbəb olmuş, bu zaman hərəkət üstünlüyünə malik olan BMW 4281 minik markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Odur ki hesab edir ki, AR DİN Bakı şəhəri BPİ DYPİ-nin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarından X5 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli və qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməlidir. Barəsində qərar çıxarılmış fiziki şəxs X4 şikayətinin təmin edilməməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən X4 barəsində qəbul edimiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli tənbeh vermə haqqında qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş X11 İdarəsinin 17 sentyabr 2024-cü il tarixli İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş 17 sentyabr 2024-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 100 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X5 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı Şəhər X11 İdarəsinin 17 sentyabr 2024-cü il tarixli İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş 17 sentyabr 2024-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhər X11 İdarəsinin 17 sentyabr 2024-cü il tarixli İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş 17 sentyabr 2024-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-5598/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5598/2024
16.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver