Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-56/2024 01.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, X16 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X7 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC-nin barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, “Dəmirçi plaza”nın 25-ci mərtəbəsində yerləşən Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli müqavilənin 2.1.6-cı bəndinə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərt daxil edilmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 447.0.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X12 protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, vətəndaşlar X45, X23, X38, X39, X17, X19 və digərləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edərək Şəxs MMC-yə dil kursu keçmək üçün ödəniş etdiklərini, lakin qeydiyyatdan keçdikdən və müqavilə imzaladıqdan sonra dərsin keçirilməməsinə baxmayaraq etdikləri ödənişlərin uzun müddətdir ki, geri qaytarılmamasını bildirmişlər və tərəflərindən müvafiq araşdırmalar aparıldıqdan sonra Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.9cu maddəsinin tələbləri pozulduğundan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, o, göstərilənləri nəzərə alaraq hüquqi şəxsin barəsində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X39 izahatında bildirmişdir ki, "xxxx"yə pre ielts dərsində iştirak etmək üçün yazılmışdır. Müqavilə imzalamış və müqavilə 1 ədəd olmuşdur. Kopyasını isdədiyi halda xanım ona demişdir ki, Azər müəllimdən icazə alıb elə verə bilər o da 1-ci gün. 1 gün fikrindən daşınmış və müqaviləni ləğv etmək istəmişdir. Saat 19:20 radələrində kursa getmiş, lakin qeydiyyat yerində heç kim olmamışdır. Daha sonra o, müəllimi gözləməli olmuşdur. 1-ci dəfə dərsə girəcəyi qrupda fərqli səviyyələr var idi və o, həmin dərsə girəcək şagirdlər ilə söhbət etmişdir. Onların ona dedikləri bu olmuşdur ki, "bizdə çıxmaq istədik ödənişimizi geri qaytarmadılar, məcbur ödənişimiz batmasın deyə gəlirik elə belə. Və qrupda 5-6 nəfər olduğu qeyd edilir dərsə yazılan tələbələrə. Amma 20-25 nəfər olur dərslərdə. Bugün kampaniyanın son günüdür 3 ay üçün 150 AZN olacaq” kimi məlumatlar deyilib. O, 20:00 dərsinə girməmiş və müəllim ilə ödəniş barəsində danışmışdır. Müəllim demişdir ki, qeydiyyatdan keçdiyi nömrəyə yazsın ödəniş ona qaytarılacaq. O, həmin nömrəyə yazmış, lakin səhər xanım cavab olaraq bildirmişdir ki, "müəllim sizin qəlbinizi qırmamaq üçün elə deyib müqavilədə yazılmışdır ki, ödəniş geri qaytarılmır" və müqavilənin 1-ci vərəqinin şəklini çəkib whatsapp vasitəsilə göndərmişdir. Müqavilədə həmin hal qeyd olunsa da, müqavilənin surəti ona təqdim edilməmiş və yalnız o, tələb etdikdən sonra ona skan olunmuş forması göndərilmişdir. Başqa kurslarda normal insan kimi gedib yaxınlaşıb deyendə ki, gələ bilmirəm saatlar uyğun deyil, ödənişi geri ödəyirlər. Lakin sözügedən kurs onun pulunu qaytarmamışdır. Həmçinin sonradan görmüşdür ki, həmin müqaviləyə onun hüquqlarını pozan və məhdudlaşdıran 2.1.6-cı bənd daxil edilmişdir, yəni onun tərəfindən edilən ödəniş ona geri qaytarıla bilməz. Məhkəmə iclasında şahid qismində dindirilmiş X32 şahid X39 ilə oxşar məzmunlu izahat verərək "xxxx"-də qeydiyyatdan keçərək müqavilə imzaladığını, lakin daha sonra dərsdə iştirak etməkdən imtina etməsinə baxmayaraq etdiyi ödənişin ona geri qaytarılmadığını bildirmişdir. Həmçinin o da bildirmişdir ki, onunla bağlanmış müqavilədə onun hüquqlarını məhdudlaşdıran, ödənişin geri qaytarılmaması barədə bənd əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin aparıcı məsləhətçisi X24 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “Bakı şəhəri, Xətai rayonu, “Dəmirçi plaza”nın 25-ci mərtəbəsində yerləşən Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli müqavilənin 2.1.6-cı bəndinə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərt daxil edilməklə Azərbaycan Respublikası İXM-nin 447.0.9-cu maddəsinn tələbləri pozulmuşdur. X8 elektron poçt vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanladığı müraciətində qeyd etmişdir ki, "xxxx"-yə pre ielts dərsində iştirak etmək üçün yazılmışdır. Müqavilə imzalamış və müqavilə 1 ədəd olmuşdur. Kopyasını isdədiyi halda xanım ona demişdir ki, Azər müəllimdən icazə alıb elə verə bilər o da 1-ci gün. 1 gün fikrindən daşınmış və müqaviləni ləğv etmək istəmişdir. Saat 19:20 radələrində kursa getmiş, lakin qeydiyyat yerində heç kim olmamışdır. Daha sonra o, müəllimi gözləməli olmuşdur. 1-ci dəfə dərsə girəcəyi qrupda fərqli səviyyələr var idi və o, həmin dərsə girəcək şagirdlər ilə söhbət etmişdir. Onların ona dedikləri bu olmuşdur ki, "bizdə çıxmaq istədik ödənişimizi geri qaytarmadılar, məcbur ödənişimiz batmasın deyə gəlirik elə belə. Və qrupda 5-6 nəfər olduğu qeyd edilir dərsə yazılan tələbələrə. Amma 20-25 nəfər olur dərslərdə. Bugün kampaniyanın son günüdür 3 ay üçün 150 AZN olacaq” kimi məlumatlar deyilib. O, 20:00 dərsinə girməmiş və müəllim ilə ödəniş barəsində danışmışdır. Müəllim demişdir ki, qeydiyyatdan keçdiyi nömrəyə yazsın ödəniş ona qaytarılacaq. O, həmin nömrəyə yazmış, lakin səhər xanım cavab olaraq bildirmişdir ki, "müəllim sizin qəlbinizi qırmamaq üçün elə deyib müqavilədə yazılmışdır ki, ödəniş geri qaytarılmır" və müqavilənin 1-ci vərəqinin şəklini çəkib whatsapp vasitəsilə göndərmişdir. Düzdür müqavilədə yazılıb. Amma müqavilənin kopyasını ona vermirlər. O isə heç olmasa skanını göndərin dedikdə elə belə şəkil göndərmişlər. Müqavilənin içərisində müqavilənin 3 səhifədən və 2 ədəd olduğunu onlara qeyd edib göndərmiş, amma ona cavab verilməmişdir. O isə cəmi 1 ədəd müqavilə imzalamışdır (şahidi var). Başqa kurslarda normal insan kimi gedib yaxınlaşıb deyəndə ki, gələ bilmirəm saatlar uyğun deyil, ödənişi geri ödəyirlər. Şəxs MMC ilə X39 arasında bağlanmış 18 oktyabr 2023-cü il tarixli tədris xidməti müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin tərəflərin öhdəlikləri hissəsinə 2.1.6-cı bənd əlavə edilərək qeyd edilmişdir ki, tələbənin ödədiyi xidmət haqqı qeydiyyatdan keçdiyi təqdirdə heç bir halda qaytarılmır. X10 elektron poçt vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanladığı müraciətində qeyd etmişdir ki, onun şikayəti "lamzerv academy"dən dir. lnsanlardan ödənişi alıb dərs keçmirlər. Ödənişi geri istəyəndə isə vermirlər. Onun 2 ay nə ödənişini geri verdilər, nə də ona dərs keçdilər. Onun kimi bir çox belə insan var. X5 elektron poçt vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanladığı müraciətində qeyd etmişdir ki, o, xx.xx.2023-cü il tarixində “İamzerv Academy (VÖEN №**********)” adı ile fəaliyyət göstərən ingilis dili kursuna ingilis dili üçün müraciət etmiş və rəhbəri Azər İsmayılovun kartına avqust ayından 100 manat ödəniş etmişdir. Bundan sonra onunla əlaqə saxlamamışlar, dəfələrlə zəng etmiş zəngini açmamışlar. Bir müddət müxtəlif bəhanələr gətirilərək dərslər olmurdu. Daha sonra onu Süzanə adlı bir xanıma yönləndirmişlər o, müəllim kimi ona 1 ay dərs keçmişdir. 1 ay sonra onu ona müvəqqəti yönləndirdiklərini və o, rus sektoru üçün ingilis dili müəllimi olduğunu bildirərək, dərslərinin daha olmayacağını və bu haqda kursa bildirməyini demişdir. Kursa yazmış, onu təxmini 1- 2 həftə sonra başqa müəlliməyə yönləndirmişlər. Bu müəllimlə də 1 ay dərsləri olmuş, müəllim ay sonu kursdan əmək haqqısını ala bilmədiyini və daha dərs olmayacağını bildirmişdir. Bundan sonra dəfələrlə kursla əlaqə saxlamış və onu dərsi keçirilmir. Daha sonra Azər müəllimlə danışmış, ona bildirdi ki, 3 aylıq kursun 2 ayı kampaniya idi, 1 ayı qalıb dedim, dedi ki, müəllim qrafikini düzəldəndə dərs keçəcəksiz. Menecerlər müxtəlif bəhanələr gətirərək onu artıq 2-ci aydır ki nəzərə almırlar. Sonradan öyrənmişdir ki, digər tələbələrə də vədlər verilir və dərs keçirilmirdi. Onda artıq Online kurs istəmədiyini və ödənişinin qalan hissəsini geri istəmişdir .Lakin ona ödəniş geri qaytarılmır dedilər. Lakin ortada nə müqavilə var, nə də ki elə bil qanun var. Müəllimin əmək haqqısını ödəmədiklərinə görə oda işdən çıxmışdır. Yalan reklamlar edib insanları cəlb edirlər və pulu alıb normal dərslər tədris olunmur. X9 elektron poçt vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanladığı müraciətində qeyd etmişdir ki, 26.09.23-cü il tarixində "İamzerv Academy (VÖEN №**********)” adı liə fəaliyyət göstərən ingilis dili kursuna müraciət etmiş və rəhbəri Azər İsmayılovun kartına 150 azn ödəniş etmişdir. Amma müəyyən səbəblərə görə dərslərdə iştirak edə bilməyəcəyini bildirmiş və 28.09.23-cü il tarixindən kursa ödənişinin geri qaytarılmasını tələb etmişdir. Lakin heç bir dərsdə iştirak etmədiyi və müqavilə bağlanmadığı halda ödənişin heç bir halda qaytarılmadığını dəfələrlə dedilər. Qeyd etmək istərdi ki, həmin şirkət instagramda tanınmış şəxslər tərəfindən özünü reklamlar edib, yalan vədlər verərək insanları öz kursuna cəlb edir. Qeyri peşəkar xidmət göstərilir, əvvəlcədən heç bir məlumat verilməyib. Əlavə etmək istəyərdi ki, çek ve səs mesajları sübut kimi mövcuddur. X2 elektron poçt vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanladığı müraciətində qeyd etmişdir ki, 23.10.23-cü il tarixində "İamzerv Academy (VÖEN №**********)” adı liə fəaliyyət göstərən ingilis dili kursuna müraciət etmiş və rəhbəri Azər İsmayılovun kartına 150 azn ödəniş etmişdir. Kursa ayın əvvəli başlaya bilərsiz dedikləri halda heç bir məlumat verilməmiş və heç bir müqavilə bağlamamış, nədə imzalamamışdır. Köməkçisinə artıq istəmədiyini bildirdiyi halda geri dönüş etməmiş və ona müqaviləyə əsasən olmaz demişdir. Rəfiqəsi ilə bir yerde qeydiyyatdan keçdikləri üçün ödəniş məbləği 300 manat vermişlər. X1 çağrı mərkəzi vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciətində qeyd etmişdir ki, xx.xx.2023-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, “Dəmirçi” plazanın 25-ci mərtəbəsində fəaliyyət göstərən “İ Am Rzayev” adlı kursun (telefon nömrəsi: **********, **********, **********) xidmətindən istifadə etmək üçün qeydiyyatdan keçmişdir. İddia etdiyinə görə, kursun əməkdaşı tərəfindən tədris olunan fənnin keyfiyyəti qeydiyyatdan keçərkən şifahi şəkildə verilən məlumatlarla eynilik təşkil etmədiyi üçün adıçəkilən kursa müraciət edərək ödənilmiş vəsaitin qaytarılmasını tələb etdikdə, qarşı tərəf onun bu tələbindən imtina etmişdir. X3 elektron poçt vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanladığı müraciətində qeyd etmişdir ki, o, 23.07.23-cü il tarixində “İamzerv Academy (VÖEN №**********)” adı liə fəaliyyət göstərən ingilis dili kursuna müraciət etmiş və rəhbəri Azər İsmayılovun kartına 300 azn ödəniş etmişdir. Ödəniş etdikdən sonra başqa xanıma yönləndirilmiş dərs saatlarını danışmaq üçün və hər dəfəsində müxtəlif bəhanələr gətirilərək dərs saatları dəqiqləşdirilməmişdir. O, hər dəfə dərs saatları üçün əlaqə saxlasa da hər dəfə ona eyni suallar verilmiş: ad, soyad soruşulurdu, uyğun olduğu saatlar, fərdi və ya qrup dərslərinə qeydiyyatdan keçməsi barədə suallar verilirdi. O, artıq ödənişini geri istəməyə başlayanda onu müqavilə üçün kursa dəvət etmişlər və xx.xx.2023-cü il tarixində gedib orada xanımla danışmışdır. Dərsin dəqiq nə vaxt başlayacağını soruşanda xanım çox əmin şəkildə gələn həftə başlayır demiş və o da müqaviləni imzalamışdır.Sonradan yenə dərs barədə heç kimdən məlumat ala bilməmişdir. xx.xx.2023-cü il tarixində yenə əlaqə saxlamış və ona Azər İsmayılovun yox başqa müəllimin dərs keçəcəyini demişər. O, qəbul etməmiş və yenə gələn həftə dərs başlayır deyə deyə 5 ay olmuşdur. 27 noyabr artıq kurs olsa belə gəlməyəcəyini və ödənişini geri göndərmələrini istəmişdir. Lakin ona müqaviləyə əsasən ödəniş geri qaytarılmır demişlər. Və sonradan öyrənmişdir ki, digər tələbələrə də vədlər verilir və dərs keçirilmir. Yalan reklamlar edib insanları cəlb edirlər və pulu alıb normal dərslər tədris olunmur. X6 elektron poçt vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanladığı müraciətində qeyd etmişdir ki, o, Azər İsmayılov adlı şəxsdən şikayətçidir. Həmin şəxsin Dəmirçi plazada yerləşən Azər akademi dil kursuna qızı ve özü üçün müraciət etmişdir. 250 manat ödəniş etmişdir. Dərslər müntəzəm olaraq keçirilmirdi. Hər dəfə bir bəhanə ilə dərsləri təxirə salırdılar.Qrup sayında maksimum 5 tələbənin olacağını dedikləri halda 20 nəfərə birdən dərs keçirilirdi. Qrupları dilbilmə səviyyəsinə uyğun təşkil edəcəklərini dedikləri halda, yenə də əksinə qarışıq salınmışdır. Qızı 3 dərs getdikdən sonra məcbur qalıb dərs paketini dondurmuş, özü rus dilinə davam edirdi lakin, orda da eyni hallarla üzləşmişdir. Dərslər hər həftə təxirə salınırdı. Bu cür təhsilin effektivliyi olmadığını görmüşdür. Artıq neçə müddətdir ki, rus dili dərsləri dayandırılıb. Müəllimin də 3 aylıq ödənişini etmədikləri üçün müəllim kursdan ayrılıb. Anlayacağınız onları dərsləri keçirilməmişdir. Azər bəyin köməkçiləri dərslərin yenidən davam edəcəyini desələr də artıq iki həftədir ki, heç bir dərs təşkil edilməyib. Bu insanların bu cür məsuliyyətsizliklərinə görə Dəmirçi plazadan çıxarılıblar. lndiki fəaliyyət göstərdikləri məkan isə Sky otelin konfrans zalıdır. Onlar ödənişlərini istədikləri halda onlara heç bir ödəniş etməyəcəklərini bildirirlər. Bu nə qədər doğrudur. Onun kimi hazırda 40-dan çox insanın da bu cür haqqları tapdalanır. Və o insanlar hələ də məsuliyyətə cəlb olunmayıblar. X4, X26, X21, X13, X14, X27, X40, X28, X33, X29, X22, X30 və X41 elektron poçt vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanladıqları müraciətlərində hər biri ayrı-ayrılıqda tərəflərindən Şəxs MMC-nin hesabına müəyyən məbləğdə ödəniş edildiyini, lakin dərslərin keçirilməməsinə baxmayaraq dəfələrlə müraciət etsələr də etdikləri ödənişlərin geri qaytarılmadığını qeyd etmişlər. Şəxs MMC ilə tələbələr arasında bağlanmış tədris xidməti müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin tərəflərin öhdəlikləri hissəsinə 2.1.6-cı bənd əlavə edilərək qeyd edilmişdir ki, tələbənin ödədiyi xidmət haqqı qeydiyyatdan keçdiyi təqdirdə heç bir halda qaytarılmır. Vətəndaşların elektron poçt vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanladıqları müraciətlərinə və iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin surətlərindən görünür ki, Şəxs MMC-nin hesabına müxtəlif tarixlərdə tələbələr tərəfindən 150 manat və 300 manat məbləğində ödənişlər edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 447.0.9-cu maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında xx.xx.1995-ci il tarixli 1113 nömrəli Qanununun 18.0.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud haqsız, qeyri-dəqiq və gizli reklam vasitəsilə satıcılar və (və ya) reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı, reklam yayıcısı və reklam agenti tərəfindən istehlakçıların (istifadəçilərin) aldadılmasının qarşısının alınmasını ehtiva edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, “Dəmirçi plaza”nın 25-ci mərtəbəsində yerləşən Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli müqavilənin 2.1.6-cı bəndinə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərt daxil edilmişdir və bununlada Azərbaycan Respublikası İXM-nin 447.0.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməklə istehlakçıların hüquqları pozulmuşdur. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə təqsirli bilinərək barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-56/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-56/2024
01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver