Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5606/2025 15.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, X1 iştirakı ilə, X1 barəsində DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 29181946 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayətlə məhkəməyə müraciət edərək şikayətin təmin edilməsi, AR DİN Bakı şəhər BDYPİ X4 tərəfindən barəsində tərtib olunmuş xx.xx.2025-cü il tarixli, EQ 29181946 saylı qərarın ləğv edilməsi, inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayəti onunla əsaslandırmışdır ki, AR DİN BDYPİ X4 tərəfindən barəsində xx.xx.2025-cü il tarixli, EQ 29181946 saylı protokol tərtib edilmişdir. Elektron qaydada tərtib edilmiş protokolda inzibati xəta müşahidə olunmur. Şəkildən də göründüyü kimi, DYP-nin qeydə aldığı inzibati pozuntu yeri piyadalar üçün nəzərdə tutulmuş səki deyil. Orada yerləşən ictimai obyektin qarşısına avtomobillərin park edilməsi və qalxıb düşmək üçün nəzərdə tutulmuş yerdir. Əlavə olaraq inzibati xətanın hansı tarixdə və vaxtda qeydə alınması bilinmir. Elektron qaydada tərtib olunmuş xx.xx.2025-cü il tarixli, EQ 29181946 saylı protokolun foto görüntülərinin üzərində vaxt və tarix qeyd olunmayıb. Şikayətçi, barəsində tərtib olunmuş göstərilən qərarla razı deyil və hesab edim ki, əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati iş üzrə icraat başlanıla bilməzdi, başlanmış icraata isə xitam verilməlidir. Belə ki, şikayətçi qərarda göstərilən fotonun çəkildiyi yoldan 10 ildir mütəmadi istifadə edir, onun nə vaxt, hansı şəraitdə və necə çəkilməsi barədə heç bir məlumatı yoxdur. Lakin qərarda göstərilən foto görüntüdə vaxt və tarix qeyd edilməyib və tərtib olunan inzibati xətanın nə vaxt törədilməsi və nə vaxt elektron kabinetə yerləşdirilməsi məlum olmadığından inzibati xəta tərkibi yoxdur. Əlavə olaraq tərtib olunmuş protokolda qeydlər bölməsi var ki, inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin köməyi ilə tərtib olunmuş protokolda həmin qeyd bölməsində inzibati xətəanın aşkar edilməsində hansı xüsusi texniki vasitənin köməyi ilə aşkar olunması və həmin texniki vasitənin nə vaxt yoxlamadan keçməsi barədə məlumatlar öz əksini tapmalıdır. Amma hazırkı, protokolda bu barədə məlumatlar öz əksini tapmamışdır. Məhkəmə iclasında izahat verən şikayətçi şikayəti müdafiə edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 29181946 saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 16:16:47-də "Mercedes Benz C 180" minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanması və ya durması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən 60 manat məbləğində cərimə tətbiq edilmişdir. Təqdim edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin sistemindən çıxarılmış fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Ziya Bünyadov pr. 20/75 ünvanında xx.xx.2025-ci il tarixdə, saat 16:16:47-də İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə törədilmiş inzibati xəta qeydə alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə – altmış manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı şikayətçi həmin xətanın real vaxt rejimində qeydə alınmadığını, avtomobili orada saxladığını, lakin həmin ərazinin səki olmadığını, mağazanın qarşısında avtomobillərin dayanması üçün nəzərdə tutulan yer olduğunu bildirsə də, işin hər hansı halı ilə sözügedən hallar müəyyən edilməmişdir. Nə qədər ki, fotoşəkillərdən və şikayətçinin izahatından onun avtomobili nizamlama vasitələri ilə nizamlanmayan səkidə dayanması (durması) halı müəyyən edilir, məhkəmə hesab edir ki, şikayətçi qanun pozuntusuna yol vermiş, bu səbəbdən haqlı olaraq barəsində qərar tərtib edilərək cərimələnmişdir. Odur ki, DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 29181946 saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 29181946 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-5606/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5606/2025
15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver