Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5621/2024 23.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-4230/2024 saylı, xx.xx.2024cü il tarixli, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-5358/2022 saylı, xx.xx.2022-cü il tarixli, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2664/2022 saylı, xx.xx.2022-cü il tarixli, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2635/2023 saylı, xx.xx.2021-cü il tarixli, Bakı Şəhər 36 saylı Notariat Ofisin 8i-3123 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən 23 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında icra məmuru X5 məhkəməyə verdiyi izahatında göstərdi ki, Xətai Rayon Məhkəməsinin 2(011)-4230/2024 saylı, 24 iyul 2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs kredit müqaviləsi üzrə borca görə 3880 (üç min səkkiz yüz səksən) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80 (səksən) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X4 ödənilməlidir. Xətai Rayon Məhkəməsinin 2(011)-5358/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 2308,61 manat əsas borc, 514,59 manat cərimə borcu, ümumilikdə 2823,20 (iki min səkkiz yüz iyirmi üç manat 20 qəpik) manat məbləğində borc və 48,23 (qırx səkkiz manat 23 qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Bakı Şəhər 36 saylı Notariat Ofisin 8i-3123 saylı, xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən Şəxs müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 768 manat 50 qəpik tutulmalıdır. Xətai Rayon Məhkəməsinin 2(011)-2664/2022 saylı, 21 aprel 2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 22010346 saylı müqaviləyə əsasən 1987,50 manat ödənilməmiş hissə, 198,5 manat cərimə borcu olmaqla, cəmi 2186 (iki min yüz səksən altı) manat borc və ödənilmiş, dövlət rüsumunun əvəzi qismində 41 (qırx bir) manat 86 (səksən altı) qəpik tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Xətai Rayon Məhkəməsinin 2(011)-3356/2022 saylı, 11 noyabr 2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinmiş və 200 (iki yüz) manat cərimə olunmuşdur. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, bu günə qədər işsiz olduğundan borc ödəyə bilməmişdir. Hazırda işləyir və icra vərəqələrində qeyd olunan məbləğləri hissə-hissə ödəyə biləcəyini qeyd etdi. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək göstərdi ki, borclu bu günə qədər borcundan heç bir ödəniş etməmiş və icra sənədlərini icra etməmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İş materiallarında olan Xətai Rayon Məhkəməsinin 2(011)-2664/2022 saylı, 21 aprel 2022-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 22010346 saylı müqaviləyə əsasən 1987,50 manat ödənilməmiş hissə, 198,5 manat cərimə borcu olmaqla, cəmi 2186 (iki min yüz səksən altı) manat borc və ödənilmiş, dövlət rüsumunun əvəzi qismində 41 (qırx bir) manat 86 (səksən altı) qəpik tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Xətai Rayon Məhkəməsinin 2(011)-5358/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 2308,61 manat əsas borc, 514,59 manat cərimə borcu, ümumilikdə 2823,20 (iki min səkkiz yüz iyirmi üç manat 20 qəpik) manat məbləğində borc və 48,23 (qırx səkkiz manat 23 qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan Xətai Rayon Məhkəməsinin 2(011)-3356/2022 saylı, 11 noyabr 2022-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinmiş və 200 (iki yüz) manat cərimə olunmuşdur. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin tələbin könüllü icrası haqqında 11 noyabr 2022-ci il tarixli bildirişdən göründüyü kimi, borclu Şəxs icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. İş materialında olan Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin “İcraata başlamaq haqqında” 11 noyabr 2022-ci il tarixli qərarından görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir. İş materialında olan Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin “İcraata başlamaq haqqında” 01 iyun 2022-ci il tarixli qərarından görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin tələbin könüllü icrası haqqında 01 iyun 2021-ci il tarixli bildirişdən göründüyü kimi, borclu Şəxs icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. İş materialında olan Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin “İcraata başlamaq haqqında” 14 iyun 2022-ci il tarixli qərarından görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin tələbin könüllü icrası haqqında 14 iyun 2022-ci il tarixli bildirişdən göründüyü kimi, borclu Şəxs icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin tələbin könüllü icrası haqqında 24 yanvar 2023-cü il tarixli bildirişdən göründüyü kimi, borclu Şəxs icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. İş materialında olan icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında 29 fevral 2024-cü il tarixli qərarından göründüyü kimi, icra haqqında AR qanununun 24.1.1-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 3(008)-3356/2022-04 nömrəli, xx.xx.2022-ci il tarixli sənədi icra olunması üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilmişdir. İş materialında olan Bakı Şəhər 36 saylı Notariat Ofisin 8i-3123 saylı, xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, Şəxs 0203-117878-02 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 768 manat 50 qəpik tutulmalıdır. İş materiallarında olan Xətai Rayon Məhkəməsinin 2(011)-4230/2024 saylı, 24 iyul 2024-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs kredit müqaviləsi üzrə borca görə 3880 (üç min səkkiz yüz səksən) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80 (səksən) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X4 ödənilməlidir. İş materialında olan borclunun axtarılması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan olunmuşdur. İş materialında olan Xətai rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(011)- 323/2024 saylı qərardadından görünür ki, borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 31-33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-5621/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5621/2024
23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver