Məhkəmə qərarları › İş №3(011)-5621/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5621/2025

01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5621/2025 01.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx xxxx 1986-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Ağdam rayonu, Məlikli ə/d Məlikli kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri 13-cü MKR-da yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Xətai Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarında narkotik vasitə istehlak etmiş və keçirilmiş tibbi müayinə zamanı onun sidiyindən aşkar edilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X5 tərəfindən 30 iyul 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 23:50 radələrində M.Hadi küçəsində dostu Mirtaleh ilə hərəkətdə olan zaman polis əməkdaşları narkotik maddələrin istifadəsində şübhəli qismində onlara yaxınlaşaraq şəxsiyyətini təsdiq edən sənəd təqdim etməyini istəmişdirlər. Heç bir sənəd üstlərində olmadığından polis şöbəsinə dəvət etmişdirlər. Polis şöbəsində ona verilən suallara cavab olaraq bildirmişdir ki, təxminən 20-25 gün olar ki, ara sıra marixuana adlanan narkotik vasitədən istifadə etmişdir. Bir səhvdir etmişdir, peşmandır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X5 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 23:50 radələrində Xətai rayonu, M.Hadi küçəsində xidmət apararkən iki nəfər şəxsin narkotik vasitələrin istifadəsində həmçinin inzibati ərazisində baş vermiş oğurluq hadisələrində şübhəli bilib Şəxs yaxınlaşaraq özünü təqdim edərək həmin vətəndaşın şəxsiyyətinin və narkotik vasitə istifadə edib etməməsinin müəyyən olunması məqsədi ilə PŞ-nə təmin etmişdir. Həmin şəxslərin xx.xx.1996-cı il təv. X1 və xx.xx.1986-cı il təvəllüdlü Şəxs olmaları müəyyən edilmişdir. Onların “THC” maddələrindən istifadə edilməsi aşkar edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 30 iyul 2025-ci il tarixdə, saat 23:50-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi barədə 01 avqust 2025-ci il tarixli 2767 №-li aktdan görünür ki, müayinə nəticəsində Şəxs sidiyindən “THC” maddəsindən aşkar edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini və onun İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 30 iyul 2025-ci il tarixdən, saat 23:50-dən hesablansın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar