Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5644/2025 14.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Sadıxov Rəfail Adil oğlu, Bayramova Nərmin Nizami qızının katibliyi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, hüquqi şəxs Şəxs Bakı şəhəri Xətai rayon Polis İdarəsi Dövlət X5 sorğusuna əsasən mülkiyyətində olan «Hyundai Elantra minik» markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində verməmiş, bununla da hüquqi şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Xətai rayon Polis İdarəsi və Şəxs səlahiyyətli nümayəndələri məhkəməyə gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Bakı şəhəri Xətai rayon Polis İdarəsi və Şəxs səlahiyyətli nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan xəbərnamədən görünür ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsi Dövlət X6 sorğusu xx.xx.2025-ci il tarixində Şəxsnə göndərilmişdir. Sorğu xx.xx.2025-ci il tarixdə Zeynalova J adlı şəxs tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs vəkili Nümayəndə tərəfindən elekron məhkəmə sistemi vasitəsilə daxil olmuş vəsatətdən görünür ki, Xətai Rayon Polis İdarəsi Dövlət X6 (bundan sonra – “DYPŞ”) İnzibati təcrübə üzrə baş inspektor polis kapitanı X1 (bundan sonra – “Vəzifəli Şəxs”) tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs MMC (bundan sonra – “Şirkət”) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra “İXM”) 347-ci (nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol (bundan sonra – “Protokol”) tərtib edilmişdir. Protokolda ittihamın faktiki tərəfi əks olunmamışdır. Yalnız protokola əlavə edilmiş məktubda göstərilir ki, Şirkətin mülkiyyətində olan Hyundai Elantra minik markalı, 77AE330 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən xx.xx.2025-ci il tarixində saat 13:49-da inzibati xəta törədilmişdir və Şirkət tərəfindən nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi xahiş olunur. Protokol GP seriyalı 29769933 nömrəli qərardadla baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Hazırda 3(011)-5644/2025 nömrəli inzibati xəta haqqında iş Sizin icraatınızdadır və xx.xx.2025-ci il tarixə saat 12:00-a iclas təyin edilmişdir. Aşağıdakı səbəblərə görə hesab edirik ki, Protokol qanunsuz və əsassız olaraq tərtib edilmişdir. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Xətai DYPŞ-dən Şirkətə heç bir sorğu daxil olmamışdır İlk növbədə qeyd edilməlidir ki, Protokola əlavə edilən sənədlərdən və irəli sürülən ittihamdan (hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın vəzifəli şəxsin bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi İXM-in 347-ci maddəsi ilə inzibati məsuliyyətə səbəb olur) belə başa düşmək olur ki, guya hüquqi şəxsin mülkiyyətində olan Hyundai Elantra minik markalı, 77AE330 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumat Şirkətdən sorğu ilə tələb edilmiş və həmin sorğuya daxil olduğu vaxtdan 5 gün müddətində cavab verilməmişdir. Halbuki, Şirkətə Xətai DYPŞ-dən bu məzmunda heç bir sorğu daxil olmamışdır. Belə ki, iş materiallarında olan xəbərnamədən görünür ki, sorğunun hansı ünvana çatdırılması qeyd edilməmişdir, sorğunun "xxxx" soyadlı şəxsə şəxsən xx.xx.2025-ci il tarixdə verilməsi qeyd edilmişdir və həmin soyadlı şəxs imza etmişdir. Şirkətin isə nə "xxxx" soyadlı qeydiyyatçısı, nə də eyni soyadlı qanuni təmsilçisi vardır. Şirkətin qanuni təmsilçisi (direktoru) X3 . Bununla yanaşı, qeyd edilməlidir ki, Xətai DYPŞ-dən Şirkətə, o cümlədən Şirkətin Xətai rayonu, Yusif Səfərov 19 ünvanında yerləşən ofisinə xx.xx.2025-ci il tarixdə hər hansı bir sorğu daxil olmayıb. Bu xəbərnamənin üzərində əks olunmuş məktubun izləmə nömrəsindən də aydın olur. Belə ki, açıq mənbə məlumatı olan https://www.azerpost.az/az/xidmetler/gonderislerin-izlenmesi vebsaytı üzərindən poçt göndərişlərinin izləməsi üzrə yoxlama apardıqda, müəyyən edilir ki, SX039328812AZ izləmə kodu üzrə məktub tamamilə fərqli tarixdə, yəni xx.xx.2025-ci il tarixdə, tamamilə fərqli ünvana (Şirkətin faktiki və hüquqi ünvanının poçt indeksi AZ1025 olduğu halda, qeyd edilən məktub fərqli ünvana aid olan AZ1129 poçt indeksinə çatdırılıb) çatdırılmışdır (saytın skrinşotu və kommersiya qurumunun dövlət reyestr məlumatı2 əlavə edilir). Bu isə ona işarə edir ki, Şirkət hər hansı bir öhdəliyi pozmadığı halda, Vəzifəli Şəxs həmin halları araşdırmadan və Şirkətin sorğunu almadığını dəqiqləşdirmədən əsassız və qanunsuz Protokol tərtib etmişdir.Halbuki, İXM-in 48-ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarını hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaq inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aiddir. Vəzifəli Şəxs işin hallarını hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırsaydı, müəyyən edərdi ki, Şəxs MMC-yə Xətai DYPŞ-dən sorğu göndərilməyib, əgər sorğu göndərilibsə belə, sorğu həmin müəssisəyə çatmayıb. Bu səbəbdən onun əməlində İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir. Vəzifəli Şəxs isə mühüm əhəmiyyət kəsb edən faktı hərtərəfli, tam və obyektiv araşdırmadan İXM-in aşkar surətdə pozuntusuna yol verərək sübutsuz Protokol tərtib etmişdir. Halbuki, İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu səbəbdən Şirkətin əməlində İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud olmadığından onun barəsində iş üzrə icraata xitam verilməlidir. Oxşar iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Sülhanə Hacıyeva) xx.xx.2023-cü il tarixli 3(011)-4631/2023 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarı ilə məhkəmə təcrübəsi ona görə formalaşmışdır ki, vəzifəli şəxsin sorğusu naməlum şəxs tərəfindən qəbul edilmiş, bununla da, vəzifəli şəxs sorğunun şirkətə daxil olmasını sübuta yetirməmişdir (qərar əlavə edilir). Oxşar mübahisə ilə bağlı həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(011)-4624/2024 nömrəli qərarı (hakim Fuad Axundov) ilə formalaşmış məhkəmə təcrübəsinə əsasən, Xətai DYPŞ-nin sorğu məktubu xəbərnaməyə “Abdullayeva” soyadlı şəxs tərəfindən imza edilməklə qəbul edilsə də, həmin sorğu məktubunu qəbul etmiş şəxsin adı, atasının adı və vəzifəsi xəbərnamədə tam olaraq göstərilmədiyindən, Şirkətin sorğu məktubunu qəbul etməsi öz təsdiqini tapmamışdır (qərar əlavə edilir). 3(011)- 5644/2025 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, məhkəmə, iş materiallarında olan poçt xəbərnaməsinə dair qeyd edir ki, İXM-in 57-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Həmçinin, iş materiallarından poçt xəbərnaməsinin Şəxsnə təqdim edilməsi təsdiq olunmur. Belə olan halda, məhkəmə İXM-in 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. 57.4-cü maddəsinə əsasən sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verməlidir. 57.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1-ci maddəsinə əsasən bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2.1-ci maddəsinə əsasən ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, iş materiallarında olan poçt xəbərnaməsində İXM-in göstərilən tələblərinə riayət edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-5644/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5644/2025
14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver