Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5651/2025 14.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai rayon məhkəməsinin hakimi Sadıxov Rəfail Adil oğlu, Bayramova Nərmin Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, "xxxx" ASC-nin mülkiyyətində (istifadəsində) olan nəqliyyat vasitəsini idarə edən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı bu günə kimi təqdim etməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 etiraz təqdim edərək izahatında göstərmişdir ki, Bakı şəhəri Xətai RPİ DYPŞ tərəfindən "xxxx" ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, İXP6998171 seriyalı protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkməsinə göndərilmişdir. İlk öncə nəzərinizə çatdırmaq istəyirik ki, bildiyiniz kimi inzibati xətanın törədilməsi zamanı inzibati xəta haqqında iş üzrə materiallar məhkəməyə daxil olarkən, məhkəmə tərəfindən həmin materialların İXM-in 106 və 109-cu maddələrinin tələblərinə uyğunluğu yoxlanılır. İnzibati xəta haqqında iş üzrə materiallara əlavə edilmiş xx.xx.2025ci il il tarixli, İXP ******* saylı protokolda inzibati xətanın xx.xx.2025-ci il tarixdə saat 09:06da törədildiyi, lakin bildirişdə (sorğuda hadisə zamanı avtomobili idarə edən sürücü barədə məlumat) isə inzibati xətanın xx.xx.2025-ci il tarixdə, saat 21:11-də törədildiyi qeyd edilmişdir. Belə ki, protokolda və bildirişdə (sorğuda) hadisə tarixləri fərqli göstərilmiş və protokol əsasında bildiriş (sorğu), bildiriş (sorğu) əsasında protokol inzibati xəta haqqında iş üzrə materiallara əlavə edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirik ki, inzibati xəta haqqında iş üzrə materiallar natamam olduğundan məhkəmə tərəfindən İXMin 106 və 109-cu maddələrinin tələblərinə əsasən inzibati xəta haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş səlahiyyətli orqana qaytarılmalı idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 106.0-cımaddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; Hazırki inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından və səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından aşağıdakılara əsasən hesab edirik ki, Bakı şəhəri Xətai RPİ DYPŞ tərəfindən sözügedən inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında iş üzrə materiallara əlavə edilmiş poçt xəbərnaməsindən görünür ki, xəbərnamədə sorğunun alınma tarixi kimi xx.xx.2025-ci il, sənədi alan şəxs kimi "Əliyev Əli" soyadı və adı qeyd edilmiş, lakin həmin şəxsin atasının adı və hüquqi şəxsə münasibətdə ("xxxx"ASC) vəzifəsi qeyd edilməmişdir. Yuxarıda qeyd edilən qanunvericiliyin mənasına görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Lakin inzibati xəta haqqında iş üzrə materiallara əlavə edilmiş poçt xəbərnaməsindən məlum olur ki, bu sorğu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin müvafiq vəzifəli şəxsi tərəfindən alınmamışdır və məlumatın müvafiq səlahiyyətli şəxs tərəfindən alınması və hüquqi şəxsə daxil olması öz təsdiqini tapmır. Bu səbəbdən hesab edirik ki, poçt xəbərnaməsinə imza edərək sorğunu qəbul etdiyi güman edilən, yalnız soyadı və adı qeyd edilən, ata adı və digər məlumatları isə göstərilməyən şəxsin hüquqi şəxs olan "xxxx" ASC-yə münasibətdə kimliyi, vəzifəsi məlum olmadığından, qanunda nəzərdə tutulan səlahiyyətli şəxs olaraq qəbul edilə və iş materiallarında olan təsdiqlənməmiş məlumat, barəsində inzibati xəta haqqında iş aparılan hüquqi şəxsin inzibati qaydada tənbeh olunmasına əsas olan sübut növündə qiymətləndirilə bilməz. Həmçinin sözügedən sorğu "xxxx" ASC-nin faktiki ünvanı olan ünvan 1dır. Bundan başqa nəzərinizə çatdırırıq ki, inzibati xəta haqqında iş üzrə materiallara əlavə edilmiş poçt xəbərnaməsindən məlum olur ki, sözügedən sorğu xx.xx.2025-ci il tarixdə yalnız adı və soyadı qeyd edilən "xxxx" ASC-yə münasibətdə vəzifəsi qeyd edilməyən Əliyev Əli adlı şəxs tərəfindən qəbul edilmişdir. Lakin iş üzrə materiallara əlavə edilmiş "xxxx" ASC-nin 2025-ci ilin yanvar, fevral və mart aylarına dair ştat cədvəlinə baxdıqda Əliyev Əli adlı işçi aşkar edilməmişdir. Əlavə olaraq sizə bildiririk ki, analoji inzibati xəta haqqında işlə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi xanım Aygün Həsənovanın icratında iş olmuş və xx.xx.2025ci il tarixdə "xxxx" ASC-nin əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Odur ki, icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Xətai Rayon Polis İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, iş materiallarında olan xəbərnamədən görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin sorğusu xx.xx.2025-ci il tarixində "xxxx" ASC-yə göndərilmişdir. xx.xx.2025-ci il tarixində Əliyev Əli adlı şəxs tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş"xxxx" ASC-nin AZŞ-100 saylı Daxili əmək haqqı və ştat cədvəlindən görünür ki, “Əliyev Əli” adlı işçinin adı siyahıda görünmür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: "xxxx" ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-5651/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5651/2025
14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver