Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5682/2024 28.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri 36-cı PŞ-nin polis sahə inspektoru Kamil Axundovun iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Naxçıvan MR, Babək rayonu, Böyükdüz kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs üzərindən 0,615 qram bitki mənşəli narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Bu barədə Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞ-si tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 27 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında qeyd etmişdir ki, həmin marixuananı Xətai rayonu ərazisində olarkən ağacın dibindən tapmışdır. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəkdir. Qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında səlahiyyətli orqan Bakı şəhəri 36-cı PŞ-nin polis sahə inspektoru Kamil Axundov protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 27 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib olunduğunu bildirmiş, qeyd edilənlərə əsasən, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi və şübhəli şəxsin saxlama yerindən azad edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməsi, Şəxs Xətai RPİ MSY-dən azad edilməsi, tədqiqatdan qalmış 0,565 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınması və saxlanılması üçün Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi qərara alınmışdır. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki,Şəxs 26 oktyabr 2024-cü il tarix, saat 21:00-da tutulmuşdur. 7/1776 saylı ekspertiza rəyindən görünür ki, tədqiata təqdim edilmiş üzərində “Şəxs üzərindən aşkar edilmiş maddə....” yazılar və imzalar olan 01 ədəd ağ rəngli kağız zərfdə 01 ədəd sellofan sarınmış kağız bükümdə təmiz çəkisi 0,615 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (ekspertiza xərci 70 manat) Bakı şəhəri 36-cı PŞ-nin polis sahə inspektoru Kamil Axundov tərəfindən tərtib edilmiş 27 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Xətai rayonu ərazisində Şəxs üzərindən 0,615 qram bitki mənşəli narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, ekspertiza rəyi, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmanlığını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Əhmədov X1 Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsŞəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 26 oktyabr 2024-cü il tarix, saat 21:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə və Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,565 qram bitki mənşəli narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat Şəxs tutularaq dövlət nəfinə keçirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-5682/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5682/2024
28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver