Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-5686/2024 29.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu, X4 Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, barəsində xx.xx.2024-cü il tarixində tərtib edilmiş TP seriyalı ******* nömrəli inzibati protokol əsasında verilmiş qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri araşdırıb belə qənaətə gəlir ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə düzgün verilməmişdir. Ona görə də toplanmış material baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 xx.xx.2024-cü il tarixdə, saat 17:26-da Xırdalan şəhəri, Aşıq Şəmşir döngə 1, 21 ünvanında “Hyundai Accent minik” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində X4 Polisi tərəfindən 100 (yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.1.7-ci maddəsinə əsasən, hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması onun səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Məhkəmə, səlahiyyətli orqanın qərarından məhkəməyə verilən şikayətin inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə verildiyini və ehtimal olunan inzibati xətanın Abşeron rayonu ərazisində baş verdiyini, barəsində qərar çıxarılmış şəxs tərəfindən şikayətə qeydiyyatda olduğu yerin məhkəməsində baxılmasına dair vəsatət daxil olmamasını nəzərə alaraq hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 109 və 110-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 X4 Polisinin xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-5686/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-5686/2024
29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver