Məhkəmə qərarları › İş №3(011)-5698/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5698/2025

14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5698/2025 14.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Sadıxov Rəfail Adil oğlu, Bayramova Nərmin Nizami qızının katibliyi, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bakı şəhəri Xətai rayon Polis İdarəsi Dövlət X1 sorğusuna əsasən mülkiyyətində olan «Volksvagen Touareq V6 TSİ minik» markalı, **-AE- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində verməmiş, bununla da hüquqi şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Xətai rayon Polis İdarəsi və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndələri məhkəməyə gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Bakı şəhəri Xətai rayon Polis İdarəsi və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan xəbərnamədən görünür ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsi Dövlət X2 sorğusu xx.xx.2025-ci il tarixində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə göndərilmişdir. Sorğu xx.xx.2025-ci il tarixdə Kamalov Z adlı şəxs tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən elekron məhkəmə sistemi vasitəsilə daxil olmuş vəsatətdən görünür ki, icraatda AR DİN Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin müraciəti əsasında "xxxx" QSC barəsində AR İXM-nin 347-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında iş vardır. Məlum olduğu kimi İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Aşağıda qeyd olunan səbəblərdən hesab edirik ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, "xxxx" QSC (Cəmiyyət) tərəfindən hər il olduğu kimi Cəmiyyətə məxsus nəqliyyat vasitələrinin istifadəçiləri barədə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Xətai Rayon Dövlət X3 məlumatlar təqdim olunmaqdadır. Sonuncu dəfə Cəmiyyət tərəfindən 2025-ci il üzrə də müəssisəyə məxsus olan avtonəqliyyat vasitələrini idarə edən şəxslər barədə məlumatlar "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 19 nömrəli və xx.xx.2024-cü il tarixli 22 nömrəli məktubları ilə aidiyyəti üzrə DİN-nin Baş X5 İdarəsinə və Xətai Rayon Dövlət X3 rəsmi qaydada poçt vasitəsilə təqdim olunmuşdur. (məktubların və poçt qəbzlərinin surəti əlavə olunur, poçt qəbzlərində ştampların tarixi xx.xx.2025-dir). Bildirirlər ki, hazırkı iş üzrə Cəmiyyət barəsində tərtib olunmuş protokoldan Cəmiyyət xx.xx.2025-ci il tarixdə “SmsRadar” proqram təminatı vasitəsilə xəbər tutmuşdur. Cəmiyyətə həmin tarixdə məlum olmuşdur ki, Cəmiyyət barəsində **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi ilə əlaqədar məlumatın təqdim olunmaması ilə bağlı İnzibati xəta haqqında İXP ******* nömrəli protokol (qərarsız) tərtib olunmuşdur. Həmin protokolların ləğv olunması ilə əlaqədar Cəmiyyət tərəfindən xx.xx.2025-ci il tarixdə Daxili İşlər Nazirliyinə və Xətai Rayon Dövlət X3 şikayət ərizəsi göndərilmiş və təkrarən Cəmiyyətə məxsus avtonəqliyyat vasitələrinin istifadəçiləri barədə məlumatlar Xətai Rayon Dövlət X3 təqdim olunmuşdur. Cəmiyyətin həmin ərizəsi əsasında Cəmiyyət barəsində tərtib olunmuş İnzibati xəta haqqında İXP ******* nömrəli protokol (qərarsız) xx.xx.2025-ci il tarixdə ləğv olunmuş və müvafiq sistemdən Cəmiyyət barəsində həmin cərimə silinmişdir. Beləliklə də qeyd olunan inzibati xəta aşkar olunmadığından cəriməyə səbəb ola biləcək hallar aradan qaldırılmışdır. Eyni zamanda iş materialında olan Xətai Rayon Polis İdarəsinin Xətai Rayon Məhkəməsinə ünvanladığı məktubun Məhkəmənin dəftərxanasına xx.xx.2025-ci il tarixdə daxil olduğu aydın olur. Hesab edirik ki, Xətai Rayon Polis İdarəsində sənədlərin çoxluğu səbəbindən Cəmiyyət barəsində əvvəllər tərtib olunmuş (sonra isə xx.xx.2025-ci il tarixdə ləğv olunmuş) protokolun məhkəməyə təqdim olunması texniki səhv kimi nəzərə alınmalı və həmin işə xitam verilməlidir. İXM-nin 52-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Vəsatət yazılı formada verilir və ona dərhal baxılmalıdır. Vəsatətin təmin olunmasından imtina edildikdə, bu barədə qərardad qəbul edilir. İXM-nin 53.1.1-ci və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Göstərilənlərə əsasən məhkəmədən AR DİN Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin müraciəti əsasında "xxxx" QSC barəsində AR İXM-nin 347- ci maddəsinin tələblərinin pozulmasına dair **-AE-*** nömrə nişanlı nəqliyyat vasitəsinin istifadəçisi ilə əlaqədar məlumatın təqdim olunmaması ilə bağlı İXP ******* nömrəli protokol üzrə inzibati xəta haqqında işə xitam verilməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli məktublardan və poçt qəbzlərindən görünür ki, "xxxx" QSC tərəfindən xx.xx.2025-ci il tarixdə Xətai Rayon Dövlət X4, AR DİN BDYPİ-nə sürücülər ilə bağlı məlumat göndərilmişdir. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, məhkəmə, iş materiallarında olan poçt xəbərnaməsinə dair qeyd edir ki, İXM-in 57-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. İXM-in 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" QSC tərəfindən inzibati xəta törətmiş sürücü barədə məlumat müvafiq qaydada Xətai Rayon Dövlət X4 verilmişdir. Göründüyü kimi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin əməlində inzibati xəta tərkibi yoxdur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. 57.4-cü maddəsinə əsasən sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verməlidir. 57.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1-ci maddəsinə əsasən bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2.1-ci maddəsinə əsasən ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar