Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-57/2024 06.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzli Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X1, barəsində inzibati xəta haqqındaiş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X2 iştirakları ilə, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC-nin barəsində tərtib edilmiş 18 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 21/99 ünvanında yerləşən Şəxs MMC tərəfindən Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-21- 1/2-M-3xx/xx/2023/7 nömrəli göstərişi ilə verilən qanuni tələblər yerinə yetirilməmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X4 izahatında barələrində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, vətəndaşlar Sergey Zverev və Orxan Mehdiyevin ünvanlarına daxil olmuş şikayət ərizələri tərəflərindən araşdırıldıqdan sonra mebellərin restavrasiyası həyata keçirilmişdir. Daha sonra həmin vətəndaşlar onlara qarşı heç bir şikayət və tələblərinin olmaması barədə ərizələr də təqdim etmişlər. Şirkətləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qanuni göstərişləri yerinə yetirilmiş, şikayətçi şəxslərə rəsmi məktublar göndərilmiş, həmçinin onlarla telefon əlaqəsi yaradılaraq şikayətlərində göstərilmiş problemlərin aradan qaldırılması üçün lazımi tədbirləri həyata keçirmək istədikləri barədə məlumat vermişlər. Bundan sonra isə səlahiyyətli orqanın nümayəndələri ilə dəfələrlə telefon əlaqəsi saxlanılaraq 15 günlük müddət keçmədən onlara bu barədə lazımi məlumat verilmişdir. Beləliklə, göstərilənlərə əsasən o, inzibati xətanın baş verməsində heç bir təqsirlərinin olmadığını bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, vətəndaşlar Sergey Zverev və Orxan Mehdiyevin daxil olmuş müraciətlərinə baxıldıqdan sonra Şəxs MMC-nin ünvanına çoxsaylı sorğu məktubları göndərilmişdir. Hüquqi şəxs tərəfindən məktublara cavab verilsə də, malların müayinə edilməsinə dair sənədlər Dövlət Xidmətinə təqdim edilməmişdir. Bu səbəbdən mağaza tərəfindən satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması faktı aşkar edildiyindən barələrində Azərbaycan Respublikası İXMnin 544.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, göstərilənlərə əsasən o, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsinə əsasən müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin aparıcı məsləhətçisi X6 tərəfindən tərtib edilmiş 18 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 21/99 ünvanında yerləşən Şəxs MMC tərəfindən Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-21- 1/2-M-3xx/xx/2023/7 nömrəli göstərişi ilə verilən qanuni tələblər yerinə yetirilməmişdir. Bununla da hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 21/99 ünvanında yerləşən Şəxs MMC-nin rəhbəri Kənan Abbasova ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-1/2-M-3xx/xx/2023/7 nömrəli göstərişdən görünür ki, Şəxs MMC-dən vətəndaşlar Sergey Zverev və Orxan Mehdiyevin müraciətlərinin təhlil edilərək malların dəyişdirilməsi və ya geri qaytarılması istiqamətində müvafiq tədbirlər görülməsi və nəticəsi barədə 15 (on beş) gün müddətində Dövlət Xidmətinə rəsmi məlumat verilməsi tələb edilmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış 19 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, hüquqi şəxsin ünvanına barələrində Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə tərtib olunmuş 18 dekabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surəti göndərilmişdir; Şəxs MMC-nin direktoru Kənan Abbasov tərəfindən müştərilər Sergey Zverev və Orxan Mehdiyevə ünvanlanmış 25 noyabr 2023-cü il tarixli məktublardan görünür ki, müştərilərə istəklərinə əsasən hüquqi şəxs tərəfindən məhsulun təmiri (restavrasiyası) ilə bağlı lazımi köməkliyin göstəriləcəyi bildirilmişdir; Sergey Zverov tərəfindən Şəxs MMC-yə ünvanlanmış ərizədən görünür ki, 2023-cü ilin noyabr ayının sonlarında Şəxs MMC şirkətinin rəhbərliyi tərəfindən onunla mebellərin təmiri ilə bağlı dəfələrlə əlaqə saxlanılmış, o da onlara bildirmişdir ki, təmirin vaxtı barədə məlumat verəcək, hal-hazırda mebeli təmir olunmuşdur və həmin şirkətə qarşı heç bir şikayət və tələbi yoxdur; Orxan Mehdiyev tərəfindən Şəxs MMC-yə ünvanlanmış ərizədən görünür ki, 2023-cü ilin noyabr ayının sonlarında Şəxs MMC şirkətinin rəhbərliyi tərəfindən onunla mebellərin təmiri və ya qaytarılması ilə bağlı dəfələrlə əlaqə saxlanılmış, o da onlara bildirmişdir ki, təmirin vaxtı barədə məlumat verəcək, hal-hazırda mebelləri geri qaytarılmışdır və həmin şirkətə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 544.2-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə - dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsin direktorunun çıxışlarını, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs tərəfindən istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərinin yerinə yetirilməməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, ilkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC-nin rəhbərliyinə xx.xx.2023-cü il tarixli, 3-21-1/2-M- 3xx/xx/2023/7 nömrəli göstəriş göndərilməklə hüquqi şəxsdən vətəndaşlar Sergey Zverev və Orxan Mehdiyevin müraciətlərinin təhlil edilərək malların dəyişdirilməsi və ya geri qaytarılması istiqamətində müvafiq tədbirlər görülməsi və nəticəsi barədə 15 (on beş) gün müddətində Dövlət Xidmətinə rəsmi məlumat verilməsi tələb edilmiş, daha sonra isə həmin göstərişdə qeyd olunan qanuni tələblərin icra edilməməsi əsas gətirilərək MMC-nin barəsində əsassız olaraq Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə bu qənaətini onunla əsaslandırır ki, məhkəmə iclasında verdiyi izahatında səlahiyyətli orqanın nümayəndəsi bildirmişdir ki, hüquqi şəxs tərəfindən məktublara cavab verilsə də, malların müayinə edilməsinə dair sənədlər Dövlət Xidmətinə təqdim edilməmişdir. Bu səbəbdən mağaza tərəfindən satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması faktı aşkar edildiyindən barələrində İXM-nin 544.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin Şəxs MMC-nin direktoru tərəfindən məhkəməyə təqdim olunmuş 25 noyabr 2023-cü il tarixli şikayətlərə cavab məktublarından görünür ki, müştərilərə istəklərinə əsasən hüquqi şəxs tərəfindən məhsulun təmiri (restavrasiyası) ilə bağlı lazımi köməkliyin göstəriləcəyi bildirilmiş və daha sonra şirkət tərəfindən müştəri Sergey Zverevin mebeli restavrasiya olunmuş, müştəri Orxan Mehdiyevin mebeli isə geri qaytarılmışdır. Qeyd olunan hallar vətəndaşlar Sergey Zverev və Orxan Mehdiyevin hüquqi şəxsin ünvanına göndərdikləri ərizələri ilə də bir daha öz təsdiqini tapmışdır. Göründüyü kimi, Şəxs MMC tərəfindən göstəriş qəbul edildiyi 21 noyabr 2023-cü il tarixdən 15 gün keçmədən göstərişdə qeyd edilmiş qanuni tələblərin icra eilməsi istiqamətində addımlar atılmış, şikayət etmiş şəxslərlə əlaqə saxlanılmış, onlara rəsmi məktub göndərilmiş, həmin şikayətçilərin istəklərinə uyğun olaraq marlların qaytarılması və təmir eilməsi üçün tarixin müəyyənləşdirilməsi üçün onlara şərait yaradılmış və yekun olaraq şikayətçilərin istəkləri yerinə yetirilmişdir. Beləliklə, məhkəmə səlahiyyətli orqan tərəfindən kifayət qədər araşdırılma aparılmadan Şəxs MMC tərəfindən satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması və onlara ünvanlanmış göstərişdə qeyd olunan qanuni tələblərin 15 gün müddətində icra edilməməsi qənaətinə gəlinməsini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə nəticəyə gəlir ki, hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə. QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-57/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-57/2024
06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver