Məhkəmə qərarları › İş №3(011)-5713/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5713/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5713/2024 07.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, Şikayət verən şəxs - X3 iştirakı ilə Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin 21 may 2023-cü il tarixli EQ 14611408 nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin 21 may 2023-cü il tarixli EQ 14611408 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X6 xx.xx.1999-ci il təvəllüdlüdür. X2 Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan X11 tərəfindən 28 May 2020-ci il Cümhuriyyət günü atasına təqdim olunan ** SS *** markalı Hazar tipli avtomobil onun tərəfindən idarə olunub. O, atası ilə fəxr edir və atası haqqında qısa məlumat vermək istəyir çünki atası 1991-ci ildə döyüşən ordunun tərkibində Zəngilan, Qubadlı, Laçın, Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə bədənin xüsusi şücaətlər göstərmiş, 1994-cü il May ayının 12-nə qədər Qarabağ bölgələrində 4-dəfə ağır güllə və mərmi qəlpələrindən yaralanmışdır. Vətənimiz Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, müstəqilliyinin müdafiəsi uğrunda Qarabağ ərazisində aparılmış ağır döyüşlərdə fədakarcasına iştirak etmişdir. Yuxarıda qeyd etdiyi Azərbaycan Respublikası Prezident tərəfindən atasına təqdim edilən ** SS *** Xəzər markalı xidməti avtomobilini sağlamlığını itirdiyinə görə Azərbaycan Respublikasının Şəhid Ailələri Əlilləri və X1 İctimai Birliyinə hədiyyə vermişdir. Bildirmişdir ki, həmin avtomobili X2 Azərbaycan Respublikası Şəhid Ailələri Əlilləri və X1 İctimai Birliyin Sədri kimi idarə edir. Avtomobil Təşkilata xidmət göstərir. X4 ehtiyacı olan insanların tədbirlərə və xəstəxanalara aparılmasına həmin avtomobillə dəstək olur. Qeyd etmək istəyir ki, Prezident tərəfindən babasına verilmiş ** SS *** xəzər markalı xidməti avtomobil Dövlətə Dövlətçiliyə suverenliyi müstəqilliyi və onun ərazi bütövlüyü uğrunda Şəhidlik zirvəsinə ucalmış Şəhid Ailələrinə və Müharibə Veteranlarına xidmət göstərir, eyni zamanda Dövlət tədbirlərində, dövlət məmurlarının avtomobillərinin yanında yer alan sözü gedən yuxarıda qeyd etdiyi ** SS *** xəzər markalı xidməti avtomobili yan yana dayansada hətda güzəştli üzərində əlillik nişanı olan avtomobil sayılsada parklanmada yalnız qanunsuz cərimə edilən məhz bu avtomobil olub. Bu sözü gedən avtomobillə bağlı Dövlət strukturlarının və inzibati orqanların cərimədən kənarda qalan güzəştli avtomobillərin siyahısına salınması ilə bağlı dəfələrlə müraciət etmişlər. Buna baxmayaraq dayanacaq duracaq olmayan yerdə həftənin tək günləri cüt günləri o cümlədən hər gün və giriş qadağandır nişanlarında əlillər üçün hərəkət etmək avropa qanunlarına uyğun olaraq yol hərəkət qaydalarına uyğun həyata keçirilir (yəni əlillər üçün duracaq nişanı duracaqlarda Azərbaycan Respublikasında olmadığı üçün avropa kanversiya qanunlarına zidd olduğu üçün qanun pozuntusu hesab edilir. Hesab edir ki, avtomobilin üzərində EQ 14611408 nömrəli qərar sosial şəbəkədən əldə edildiyi üçün qərarın müddəti nəzərə alınmalıdır və sözü gedən avtomobilin sahibi kimi xətai rayonunda yaşayır, yaşayış yeri xətai rayonu olduğu üçün xətai rayonunda baxılmalıdır. Qeyd etmək istəyir ki, Prezident tərəfindən ona verilmiş ** SS *** Pejo xidməti avtomobil Dövlətə Dövlətçiliyə suverenliyi müstəqilliyi və onun ərazi bütövlüyü uğrunda Şəhidlik zirvəsinə ucalmış Şəhid Ailələrinə və Müharibə Veteranlarına xidmət göstərir eyni zamanda Dövlət tədbirlərində Dövlət Məmurlarının avtomobillərinin yanında yer alan sözü gedən yuxarıda qeyd etdiyi ** SS *** Pejo xidməti avtomobili yan-yana dayansada hətta güzəştli üzərində əlillik nişanı olan avtomobil sayılsada parklanmada yalnız qanunsuz cərimə edilən məhz bu avtomobil olub. Bu sözü gedən avtomobillə bağlı Dövlət strukturlarının və inzibati orqanların cərimədən kənarda qalan güzəştli avtomobillərin siyahısına salınması ilə bağlı dəfələrlə müraciət etmişlər. Buna baxmayaraq dayanacaq duracaaq olmayan yerdə həftənin tək günləri cüt günləri o cümlədən hər gün və giriş qadağandır nişanlarında əlillər üçün hərəkət etmək avropa qanunlarına uyğun olaraq yol hərəkət qaydalarına uyğun həyata keçirilir (yəni əllilər üçün duracaq nişanı duracaqlarda Azərbaycan Respublikasında olmadığı üçün avropa kanversiya qanunlarına zidd olduğu üçün) yazılan cərimələr qanun pozuntusu hesab edilir. Hesab edir ki, bu cərimələr uzun illərdir yiğılıb qalmış qanunsuz və ədalətsiz qərarlardır və şəxsi daşman əmlaklarımın üzərinə qoyulan cərimələr ədalətsiz və qanunsuz olduğu üçün silinməlidir. Beləliklə EQ 14611408 saylı qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini və Azərbaycan Respublikası Prezidenti tərəfindən mənə təqdim edilmiş xidməti avtomobilimin üzərində olan qanunsuz və uzun illər qəbul edilməyən qərarsız cərimələrin silinməsi haqda qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X6 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 21 may 2023-cü il tarixli EQ 14611408 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 20 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 346.1-ci maddəsinə əsasən, dayanma və ya durma qaydalarını pozmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 122.2-ci maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. 124.6-ci maddəsinə əsasən, bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X6 tərəfindən qeyd edilmiş halların yenidən araşdırılmasına zərurət yarandığından şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında 21 may 2023-cü il tarixli EQ 14611408 nömrəli elektron qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X6 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında 21 may 2023-cü il tarixli EQ 14611408 nömrəli elektron qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar