Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5715/2024 07.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, Şikayət verən şəxs - X3 iştirakı ilə Bakı şəhər X13 İdarəsinin 07 dekabr 2023-cü il tarixli, EQ 18424327 saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X9 07 dekabr 2023-cü il tarixli, EQ 18424327 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X6 xx.xx.1999-ci il təvəllüdlüdür. X2 Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan X12 tərəfindən 28 May 2020-ci il Cümhuriyyət günü atasına təqdim olunan ** SS *** markalı Hazar tipli avtomobil onun tərəfindən idarə olunub. O, atası ilə fəxr edir və atası haqqında qısa məlumat vermək istəyir çünki atası 1991-ci ildə döyüşən ordunun tərkibində Zəngilan, Qubadlı, Laçın, Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə bədənin xüsusi şücaətlər göstərmiş, 1994-cü il May ayının 12-nə qədər Qarabağ bölgələrində 4-dəfə ağır güllə və mərmi qəlpələrindən yaralanmışdır. Vətənimiz Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, müstəqilliyinin müdafiəsi uğrunda Qarabağ ərazisində aparılmış ağır döyüşlərdə fədakarcasına iştirak etmişdir. Yuxarıda qeyd etdiyi Azərbaycan Respublikası Prezident tərəfindən atasına təqdim edilən ** SS *** Xəzər markalı xidməti avtomobilini sağlamlığını itirdiyinə görə Azərbaycan Respublikasının Şəhid Ailələri Əlilləri və X1 İctimai Birliyinə hədiyyə vermişdir. Bildirmişdir ki, həmin avtomobili X2 Azərbaycan Respublikası Şəhid Ailələri Əlilləri və X1 İctimai Birliyin Sədri kimi idarə edir. Avtomobil Təşkilata xidmət göstərir. X4 ehtiyacı olan insanların tədbirlərə və xəstəxanalara aparılmasına həmin avtomobillə dəstək olur. Qeyd etmək istəyir ki, Prezident tərəfindən babasına verilmiş ** SS *** xəzər markalı xidməti avtomobil Dövlətə Dövlətçiliyə suverenliyi müstəqilliyi və onun ərazi bütövlüyü uğrunda Şəhidlik zirvəsinə ucalmış Şəhid Ailələrinə və Müharibə Veteranlarına xidmət göstərir, eyni zamanda Dövlət tədbirlərində, dövlət məmurlarının avtomobillərinin yanında yer alan sözü gedən yuxarıda qeyd etdiyi ** SS *** xəzər markalı xidməti avtomobili yan yana dayansada hətda güzəştli üzərində əlillik nişanı olan avtomobil sayılsada parklanmada yalnız qanunsuz cərimə edilən məhz bu avtomobil olub. Bu sözü gedən avtomobillə bağlı Dövlət strukturlarının və inzibati orqanların cərimədən kənarda qalan güzəştli avtomobillərin siyahısına salınması ilə bağlı dəfələrlə müraciət etmişlər. Buna baxmayaraq dayanacaq duracaq olmayan yerdə həftənin tək günləri cüt günləri o cümlədən hər gün və giriş qadağandır nişanlarında əlillər üçün hərəkət etmək avropa qanunlarına uyğun olaraq yol hərəkət qaydalarına uyğun həyata keçirilir (yəni əlillər üçün duracaq nişanı duracaqlarda Azərbaycan Respublikasında olmadığı üçün avropa kanversiya qanunlarına zidd olduğu üçün qanun pozuntusu hesab edilir. Hesab edir ki, avtomobilin üzərində EQ 18424327 nömrəli qərar sosial şəbəkədən əldə edildiyi üçün qərarın müddəti nəzərə alınmalıdır və sözü gedən avtomobilin sahibi kimi xətai rayonunda yaşayır, yaşayış yeri xətai rayonu olduğu üçün xətai rayonunda baxılmalıdır. Qeyd etmək istəyir ki, Prezident tərəfindən ona verilmiş ** SS *** Pejo xidməti avtomobil Dövlətə Dövlətçiliyə suverenliyi müstəqilliyi və onun ərazi bütövlüyü uğrunda Şəhidlik zirvəsinə ucalmış Şəhid Ailələrinə və Müharibə Veteranlarına xidmət göstərir eyni zamanda Dövlət tədbirlərində Dövlət Məmurlarının avtomobillərinin yanında yer alan sözü gedən yuxarıda qeyd etdiyi ** SS *** Pejo xidməti avtomobili yan-yana dayansada hətta güzəştli üzərində əlillik nişanı olan avtomobil sayılsada parklanmada yalnız qanunsuz cərimə edilən məhz bu avtomobil olub. Bu sözü gedən avtomobillə bağlı Dövlət strukturlarının və inzibati orqanların cərimədən kənarda qalan güzəştli avtomobillərin siyahısına salınması ilə bağlı dəfələrlə müraciət etmişlər. Buna baxmayaraq dayanacaq duracaaq olmayan yerdə həftənin tək günləri cüt günləri o cümlədən hər gün və giriş qadağandır nişanlarında əlillər üçün hərəkət etmək avropa qanunlarına uyğun olaraq yol hərəkət qaydalarına uyğun həyata keçirilir (yəni əllilər üçün duracaq nişanı duracaqlarda Azərbaycan Respublikasında olmadığı üçün avropa kanversiya qanunlarına zidd olduğu üçün) yazılan cərimələr qanun pozuntusu hesab edilir. Hesab edir ki, bu cərimələr uzun illərdir yiğılıb qalmış qanunsuz və ədalətsiz qərarlardır və şəxsi daşman əmlaklarımın üzərinə qoyulan cərimələr ədalətsiz və qanunsuz olduğu üçün silinməlidir. Beləliklə EQ 18424327 saylı qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini və Azərbaycan Respublikası Prezidenti tərəfindən mənə təqdim edilmiş xidməti avtomobilimin üzərində olan qanunsuz və uzun illər qəbul edilməyən qərarsız cərimələrin silinməsi haqda qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X6 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər X13 İdarəsi nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X13 İdarəsi tərəfindən tərtib edilmiş 07 dekabr 2023-cü il tarixli, EQ 18424327 saylı inzibati tənbeh verilməsi barədə elektron qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 10 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 328.1-ci maddəsinə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Şəhər X13 İdarəsi tərəfindən tərtib edilmiş 07 dekabr 2023-cü il tarixli, EQ 18424327 saylı qərara əsasən X3 07 dekabr 2023-cü il tarixdə, saat 13:26-da Bakı, Fəthi Xoşginabi 6 istiqamətində “PEJO” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolda müəyyən edilmiş hərəkət surətini 72 km/saat həddində aşmağa görə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 10 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində 07 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. “Yol nişanları və siqnalları haqqında” Konvensiyanın təsdiq edilməsi barədə 21 dekabr 2010-cu il tarixli Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 1-ci bəndinə əsasən sürücülər üçün nəzərdə tutulmuş nişanlar elə quraşdırılmalıdır ki, sürücülər onları asanlıqla və vaxtında qavraya bilsinlər. Adətən nişanlar yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılır; lakin onlar yolun hərəkət hissəsinin üzərində də yerləşdirilə və ya təkrarlana bilər. Yerli şərait yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılmış nişanın sürücü tərəfindən vaxtında qavranılmamasına səbəb ola bilərsə, nişan hərəkət hissəsinin üzərində və ya yolun əks tərəfində təkrarlanmalıdır. Həmin qanun 6-cı maddəsinin 2-ci bəndinə əsasən hər bir nişanın təsir dairəsi nəzərdə tutulduğu sürücülər üçün, hərəkət üçün açıq olan yolun hərəkət hissəsinin bütün enini əhatə edir. Lakin, nişanın təsir dairəsi hərəkət hissəsinin uzununa nişanlanma ilə işarələnmiş bir və ya bir neçə hərəkət zolağı ilə məhdudlaşdırıla bilər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər X13 İdarəsinin 07 dekabr 2023-cü il tarixli, EQ 18424327 saylı inzibati tənbeh verilməsi barədə elektron qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X13 İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X6 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İnzibati xəta haqqında Bakı şəhər X13 İdarəsi tərəfindən qəbul olunmuş 07 dekabr 2023-cü il tarixli, EQ 18424327 saylı inzibati tənbeh verilməsi barədə elektron qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X13 İdarəsinə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-5715/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5715/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver