Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5764/2024 15.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə 15 oktyabr 2024-cü il tarixli, 00100-02820/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs ünvanına idxal olunan yük **********5940 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Gömrük rəsmiləşdirilməsi zamanı sözügedən gömrük bəyannaməsi ilə birgə gömrük orqanına təqdim olunmuş sənədlər yoxlanılarkən ixrac bəyannaməsində göstərilən invovs dəyəri ilə gömrük bəyannaməsində bəvan olunan invovs dəyərində uyğunsuzluq aşkar edilmişdir. Belə ki, 40301260 nömrəli xx.xx.2024-cü il tarixli invovs sənədində malların ümumi dəvəri 20800.00 ABŞ dolları göstərildiyi halda, eyni mallara dair tərtib edilmiş ixrac gömrük bəyannaməsində malların ümumi dəyəri 24990.00 ABŞ dolları qeyd edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin və Şəxs səlahiyyətli nümayəndələri gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlərdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin və Şəxs səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli rapotrdan görünür ki, Şəxs ünvanına idxal olunan yük **********5940 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Gömrük rəsmiləşdirilməsi zamanı sözügedən gömrük bəyannaməsi ilə birgə gömrük orqanına təqdim olunmuş sənədlər yoxlanılarkən ixrac bəyannaməsində göstərilən invovs dəyəri ilə gömrük bəyannaməsində bəvan olunan invovs dəyərində uyğunsuzluq aşkar edilmişdir. Belə ki, 40301260 nömrəli xx.xx.2024-cü il tarixli invovs sənədində malların ümumi dəvəri 20800.00 ABŞ dolları göstərildiyi halda, eyni mallara dair tərtib edilmiş ixrac gömrük bəyannaməsində malların ümumi dəyəri 24990.00 ABŞ dolları qeyd edilmişdir; Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi, Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X1 tərəfindən tərtib edilmiş İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 15 oktyabr 2024-cü il tarixli, 00100- 02820/24 nömrəli protokoldan görünür ki, Şəxs ünvanına idxal olunan yük **********5940 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Gömrük rəsmiləşdirilməsi zamanı sözügedən gömrük bəyannaməsi ilə birgə gömrük orqanına təqdim olunmuş sənədlər yoxlanılarkən ixrac bəyannaməsində göstərilən invovs dəyəri ilə gömrük bəyannaməsində bəvan olunan invovs dəyərində uyğunsuzluq aşkar edilmişdir. Belə ki, 40301260 nömrəli xx.xx.2024-cü il tarixli invovs sənədində malların ümumi dəvəri 20800.00 ABŞ dolları göstərildiyi halda, eyni mallara dair tərtib edilmiş ixrac gömrük bəyannaməsində malların ümumi dəyəri 24990.00 ABŞ dolları qeyd edilmişdir. Şəxs nümayəndəsi X2 inzibati xəta haqqında protokolda olan izahatından görünür ki, qeyd edilən inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 485.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 40.2-ci maddəsinə əsasən Gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, gömrük rəsmiləşdirilməsinə dair ərizəni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-5764/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5764/2024
15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver