Məhkəmə qərarları › İş №3(011)-5769/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5769/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5769/2024 07.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə 11 oktyabr 2024-cü il tarixli, 13000-01498/2024 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Qırğızıstan Respublikasının "Taza Otun" şirkəti tərəfindən 99JA554/50ZB607 qeydiyyat nişanlı yük avtomobili ilə "xxxx" MMC-nin ünvanına göndərilən və **********7031 sorğu nömrəli qısa idxal bəyannaməsi ilə bəyan olunan netto çəkisi 18160 kq, ümumi invoys dəyəri 94080 rubl (1825.15 azn) olan "odunlar" adlı yükə keçirilən yoxlama zamanı, nəqliyyat vasitəsində olan yükün odunlardan ibarət olduğu müəyyən olunmuş, lakin həmin yükə dair sənədlərə baxış keçirilərkən sənədlərin arasından həmin yükün Belarusiya Respublikasının "G Property" şirkətindən göndərildiyini təsdiq edən CMR sənədi aşkar olunmuşdur. Qeyd olunan yük "Bakı Hövsan Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postunda gömrük nəzarəti altında saxlanılmışdır. Nəticədə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, şirkət müxtəlif ölkələrdən odun yükünün idxalı işi ilə məşğuldur. Faktla bağlı Qırğızıstan Respublikasında olan odun yükünün daşıma xərcləri ilə Belarusiya Respublikasında olan odun yükünün daşıma xərcləri arasında fərqlər mövcud olduğu, eyni zamanda Belarusiya Respublikası ilə müqavilələri olduğu üçün yükün Belarusiya Respublikasından gətirilməsinə qərar verdiklərini bildirmişdir. Belarusiya Respublikasından yüklərin Avropa ölkələrinə ixracı qadağa olunduğu üçün sözügedən yük ölkəyə idxal olunan zaman ehtiyat edərək şirkət tərəfindən gömrük orqanına təqdim edilən qısa idxal bəyannaməsində düzgün ixracatçı ölkə olan Belarusiya Respublikası deyil Qırğızıstan Respublikasında fəaliyyət göstərən "Taza otun" şirkəti qeyd edilmişdir. Lakin, malın adı və dəyərində heç bir yanlışlığa yol verilməmişdir. Odur ki, özlərini təqsirli bildiklərini və məhkəmədən ən minimal məbləğdə cərimə təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi "Bakı Hövsan Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postundan Təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33-3200/024/003260 nömrəli raportundan görünür ki, Qırğızıstan Respublikasının "Taza Otun" şirkəti tərəfindən 99JA554/50ZB607 qeydiyyat nişanlı yük avtomobili ilə "xxxx" MMC-nin ünvanına göndərilən və **********7031 sorğu nömrəli qısa idxal bəyannaməsi ilə bəyan olunan netto çəkisi 18160 kq, ümumi invoys dəyəri 94080 rubl (1825.15 azn) olan "odunlar" adlı yükə keçirilən yoxlama zamanı, nəqliyyat vasitəsində olan yükün odunlardan ibarət olduğu müəyyən olunmuş, lakin həmin yükə dair sənədlərə baxış keçirilərkən sənədlərin arasından həmin yükün Belarusiya Respublikasının "G Property" şirkətindən göndərildiyini təsdiq edən CMR sənədi aşkar olunmuşdur. Qeyd olunan yük "Bakı Hövsan Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postunda gömrük nəzarəti altında saxlanılmışdır; Daxilolmalara Nəzarət Baş İdarəsi tərəfindən Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə yazılmış xx.xx.2024-cü il tarixli 3-33-3200/1-003997/2024 nömrəli məktubdan görünür ki, "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsinə əsasən gömrük dəyərinin müəyyən edilməsi üsulları ardıcıl olaraq tətbiq edilir və həmin mallara nisbətdə yalnız 6-cı üsulun ("ehtiyat üsulu") şərtlərinin tətbiqinə imkan verilir. Məktubda qeyd olunmuş malın nominal dəyərləri aşağıdakı formada müəyyən edilmişdir: Malın XİFMN kodu ********** olaraq müəyyən edildikdə və təyinatı yanacaq odunu kimi olduqda - Belarus mənşəli, FOB şərti ilə, 2023-2024-cü illər üçün ortalama nominal dəyər - bir tonu 313 ABŞ dolları; Qırğızıstan mənşəli, FOB şərti ilə, 2023-2024-cü illər üçün ortalama nominal dəyər sənaye istehsalı mövcud olmadığından müəyyən edilməsi mümkün olmamışdır. Malın XİFMN kodu ********** olaraq müəyyən edildikdə və təyinatı mexaniki və kimyəvi proseslərdən və ya onların kombinasiyasından istifadə edərək kağız xammalın və ya ağac lövhələrin hazırlanması üçün olduqda Belarus mənşəli, FOB şərti ilə, 2023-2024-cü illər üçün ortalama nominal dəyər - bir tonu 537 ABŞ dolları: Qırğızıstan mənşəli, FOB şərti ilə, 2023-2024-cü illər üçün ortalama nominal dəyər sənaye istehsalı mövcud olmadığından müəyyən edilməsi mümkün olmamışdır. Rəsmiləşdirmə mərkəzi xx.xx.2024-cü il tarixli 3-33-3200/012/004721 nömrəli xidməti qeyddən görünür ki, "xxxx" MMC-nin ünvanına **********3439 sorğu nömrəli gömrük bəyannaməsi ilə idxal olunan yük xx.xx.2024-cü il tarixdə **********3745 sorğu nömrəli gömrük bəyannaməsi ilə təkrar ixrac edilmişdir. Qeyd olunan 18160 kq oduncaq yükü ********** kodu ilə, 1 ton üçün 313 ABŞ dolları əsas götürülərək hesablandıqda sərbəst dövriyyəyə buraxılış gömrük proseduru altında yerləşdirilərsə, gömrük ödənişləri gömrük yığımı 120.00 (yüz iyirmi manat), idxal gömrük rüsümü 483.15 (dörd yüz səksən üç manat on beş qəpik), ƏDV 1826.29 (min səkkiz yüz İyirmi altı manat iyirmi altı qəpik) manat olmaqla hesablandığı qeyd edilmişdir. İxrac olunduğu halda, gömrük rüsumunun hesablanması üçün 1 kub ölçu vahidi tələb olunduğunu və **********87031 sorğu nömrəli qısa idxal bəyannaməsində qeyd olunan 50 kub ölçü vahidi əsas götürülsə, ixrac üzrə gömrük ödənişləri 1 kub 1000 ABŞ dolları olmaqla 85000.00 (səksən beş min manat) ixrac gömrük rüsumu və 60.00 (altmış manat) manat gömrük yığımı olmaqla hesablanır. Qeyd olunan mal təkrar ixrac gömrük proseduru altında yerləşdirildiyi halda gömrük ödənişləri 60.00 (altmış manat) manat gömrük yığımı olmaqla hesablanır. Gömrük yoxlaması zamanı malın adı, dəyəri, çəkisində heç bir qeyri-qanuni hal aşkar edilməmişdir. Malın yalnız ixracatçı ölkəsinin düzgün bəyan edilmədiyi müəyyən edilmişdir. Dövlət Gömrük Komitəsi X2 İdarəsi və Daxilolmalara Nəzarət Baş İdarəsinin məktublarını əsas götürərək malın təyinatının bərk bioyanacaq olduğu, XİFMN-ə görə ********** alt yarımmövqeyində sinifləndirildiyi üçün malın gömrük dəyərinin malın bir tonu üçün 313 ABŞ dolları hesablandığı müəyyən edilmişdir. Malın çəkisi 18160 kq olduğu üçün malın gömrük dəyəri (1 ton 1000 kq olduğu üçün 18160 kq 18 ton 160 kq olaraq hesablanır) 5684.08 ABŞ dolları, yəni 9662.936 manat olaraq hesablanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. “Gömrük tarifi haqqında” 13 iyun 2013-cü il tarixli, 687-İVQ saylı Azərbaycan Respublikasının Qanununa görə gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir:

1. malların sövdələşmə qiyməti ilə;

2. eyni malların sövdələşmə qiyməti ilə;

3. eynicinsli malların sövdələşmə qiyməti ilə;

4. dəyərin çıxılması üsulu ilə;

5. dəyərin toplanması üsulu ilə;

6. ehtiyat üsulu ilə. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. İş materiallarından müəyyən edilir ki, malların müqavilə üzrə qiyməti 94080 RUB (Rusiya rublu) dəyərindədir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC-nin ünvanına Qırğızıstan Respublikasının "Taza Otun" şirkəti tərəfindən 99JA554/50ZB607 qeydiyyat nişanlı yük avtomobili ilə "xxxx" MMC-nin ünvanına göndərilən və **********7031 sorğu nömrəli qısa idxal bəyannaməsi ilə bəyan olunan netto çəkisi 18160 kq, ümumi invoys dəyəri 94080 rubl (1825.15 azn) olan "odunlar" adlı yükə keçirilən yoxlama zamanı, nəqliyyat vasitəsində olan yükün odunlardan ibarət olduğu müəyyən olunmuş, lakin həmin yükə dair sənədlərə baxış keçirilərkən sənədlərin arasından həmin yükün Belarusiya Respublikasının "G Property" şirkətindən göndərildiyini təsdiq edən CMR sənədi aşkar olunmuşdur. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDI:

Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan 94080 Rusiya rublunun manat təşkil edən malların dəyərinin 30 (otuz) faizi miqdarında, yəni 28224 rubl (rublun ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar