Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5796/2024 30.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin sahə inspektoru, polis leytenantı Rüfət Qəriblinin iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 57 ünvanında yerləşən “Araz” marketdən ərzaq mallarını oğurlayaraq ümumilikdə mağazaya 200 manat pulu talamışdır. Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin sahə inspektoru, polis leytenantı Rüfət Qəribli tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 30 oktyabr 2024-cü il tarixli MN ******* saylı protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 57 ünvanında yerləşən “Araz” marketdən sosiska, kolbasa, banan, xiyar və digər ərzaq məhsullarının pulunu ödəmədən getmişdir, xx.xx.2024-cü il tarixdə marketdə bazarlıq edərkən marketin əməkdaşları ona yaxınlaşaraq bildirmişlər ki, xx.xx.2024-cü il tarixdə ərzaqlarının pulunu vermədən aparmışdır. Törətdiyi əməldən səmimi peşmandır və bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 57 ünvanında yerləşən “Araz” marketdə bir nəfər şəxs tərəfindən ərzaq mallarının oğurlanmışdır. Vurulmuş ziyan ödənilmədiyindən Şəxs ilə barışmamış, şikayətçidir. Məhkəmə iclasında səlahiyyətli orqan Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin sahə inspektoru, polis leytenantı Rüfət Qəribli protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 30 oktyabr 2024-cü il tarixli protokol tərtib olunduğunu bildirmiş, qeyd edilənlərə əsasən, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 29 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir; İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 29 oktyabr 2024-cü il tarixdə, saat 19:20-də tutulmuşdur. Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin sahə inspektoru, polis leytenantı Rüfət Qəribli tərəfindən tərtib edilmiş 30 oktyabr 2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 57 ünvanında yerləşən “Araz” marketdən ərzaq mallarını oğurlayaraq ümumilikdə mağazaya 200 manat pulu talamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-cı maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir; 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Belə işlərin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 28.3-cü maddəsinə əsasən, ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərər çəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmanlığını, ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Eyvazova X3 Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 160 (yüz altmış) saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs 30 oktabr 2024-cü il tarixinə qədər tutularaq saxlanıldığı müddət nəzərə alınaraq üzərində qəti olaraq 120 (yüz iyirmi) saat ictimai işlər növündə tənbeh tədbiri saxlanılsın. Şəxsnun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-5796/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5796/2024
30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver