Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-58/2024 24.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə 15 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi Şəxsnə məxsus ünvan 1 ünvanında yerləşən “Ultramed” adlı klinikada 15 dekabr 2023-cü il tarixdə, saat 17:00-da plandankənar yoxlama keçirərkən həmin klinikada lisenziyadan kənar uroloji iş və fəaliyyət, sertifikatsız özəl tibbi praktiki fəaliyyət ilə məşğul olunduğu aşkar edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X5 protokolu müdafiə edərək bildirmişdir ki, vətəndaş X6 tərəfindən edilmiş müraciət əsasında Şəxsnə məxsus ünvan 1 ünvanında yerləşən “Ultramed” adlı klinikada 15 dekabr 2023-cü il tarixdə, saat 17:00-da plandankənar yoxlama keçirilən zaman həkim-pediatr X7 dövlət sertifikasiya şəhadətnaməsi olmadan özəl tibbi praktiki fəaliyyət ilə məşğul olduğu aşkar edilmişdir. Həmçinin şikayətçi X6 tərəfindən təqdim edilmiş resept və “Ultramed” loqosu ilə keçirilmiş prostat vəzinin USM müayinələrinin nəticələrinə əsasən həkim-pediatr X1 lisenziyadan kənar “uroloji” işə dair fəaliyyətlə məşğul olduğu öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən Hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsluliyyətli Cəmiyyətinin nümayəndəsi X4 bildirmişdir ki, 19 dekabr 2023-cü il tarixdə həkimi sertifikasiyaya göndərmişdirlər. Həmçinin inzibati xətanın törədilməsini etiraf edirək qeyd edir ki, həkim-pediatr X1 lisenziyadan kənar “uroloji” işə dair fəaliyyətlə məşğul olmuşdur. Göstərilənlərin nəzərə alınaraq barələrində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərdib edilmiş 15 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Zülfiyə» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ünvan 1 ünvanında yerləşən “Ultramed” adlı klinikada 15 dekabr 2023-cü il tarixdə, saat 17:00-da plandankənar yoxlama keçirərkən həmin klinikada lisenziyadan kənar uroloji iş və fəaliyyət, sertifikatsız özəl tibbi praktiki fəaliyyət ilə məşğul olunduğu aşkar edilmiş, nəticədə Şəxs Məhdud Məsluliyyətli Cəmiyyəti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 15 dekabr 2023-cü il tarixli, 851 nömrəli plandankənar (növbətdənkənar) yoxlama aktından görünür ki, 15 dekabr 2023-cü il tarixdə, saat 17:00-da plandankənar yoxlama keçirilən zaman həkim-pediatr X7 dövlət sertifikasiya şəhadətnaməsi olmadan özəl tibbi praktiki fəaliyyət ilə məşğul olduğu aşkar edilmişdir. Həmçinin şikayətçi X6 tərəfindən təqdim edilmiş resept və “Ultramed” loqosu ilə keçirilmiş prostat vəzinin USM müayinələrinin nəticələrinə əsasən həkim-pediatr X1 lisenziyadan kənar “uroloji” işə dair fəaliyyətlə məşğul olduğu öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 15 dekabr 2023-cü il tarixli, 851 nömrəli planlı (növbəti) yoxlama aktından görünür ki, hüquqi şəxs Şəxs təsisçisi etiraf edərək 20 iş günü müddətində göstərilən problemlərin aradan qaldırılmasında səy göstəriləcəkdir. 12 mart 2016-cı il tarixli, 089052 nömrəli lisenziyadan və ona əlavədən görünür ki, Şəxsnə uroloji fəaliyyətlə məşğul olmaq üçün icazə verilməmişdir. 25RAJQU000100 nömrəli əmək müqaviləsindən görünür ki, X8 Şəxsndə pediatr vəzifəsində qeydiyyatdadır. Fotoşəkillərdən görünür ki, X8 uroloji fəaliyyətlə məşğul olmasına dair reklamlar klinikada yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 215.1-ci maddəsinə əsasən, Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. 215.4-cü maddəsinə əsasən, Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, plandankənar (növbədənkənar) yoxlama aktı və protokola əlavə edilmiş digər iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə müvafiq olaraq barəsində 6000 (altı min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-58/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-58/2024
24.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver