Məhkəmə qərarları › İş №3(011)-580/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-580/2023

08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-580/2023 08.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, Zərər çəkmiş şəxs X11 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X12, inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin 35-cı PŞ-nin sahə inspektorları, polis mayoru X13, X18 və X6 iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olan X12 barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ : xx.xx.02023-cü il tarixli, MN1379439 saylı inzibati xəta haqqında protokola əsasən xx.xx.2023-cü il tarixdə E.X2 kirayə ev verəcəyi adı ilə 50 manat pulunu ələ keçirmişdir. xx.xx.2023-cü il tarixli, MN1379441 saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə vətəndaş X5 məxsus Mercedes markalı avtomobilin sol yan güzgüsünü oğurlayaraq xırda talama etmişdir. xx.xx.2023-cü il tarixli, MN1379440 saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə E.X1 özünü çil-çıraq ustası kimi təqdim edərək onun evinə gedib qonaq otağında olan vazdan 40 manat pul götürmüşdür. Bakı şəhəri Xətai RPİ-nin 35-cı PŞ-nin sahə inspektorları, polis mayoru X13 tərəfindən xx.xx.02023-cü il tarixli, MN1379439 saylı, X18 tərəfindən xx.xx.2023-cü il tarixli, MN1379441 saylı və X16 tərəfindən xx.xx.2023-cü il tarixli, MN1379440 saylı inzibati xəta haqqında protokollar tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X22 özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə X8 özümü çil-çıraq ustası kimi təqdim edərək, onunla birlikdə Zemfiranın yaşadığı evinə gedərək onun 40 manat pulunu vazın içərisindən oğurlamışdır. X3 ev verəcəyi adı ilə ondan **********47059 saylı Kapital bank hesabına onlayn qaydada 50 manat pul göndərməsini demiş və vədinə əməl etməmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Həşimov küçəsində olan zaman yolun kənarında olan avtomobilin güzgüsünü çıxarmış və maşın bazarında tanımadığı şəxsə 30 manata satmışdır. Hal-hazırda E.Əlizadə ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Törətdiyi əməllərdən səmimi peşmandır. Həbs edilməməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X9 bildirmişdir ki, ona məxsus “Mercedes” markalı 99SM743 dövlət qeydiyyat nişanlı avtomobilin güzgünün iç hissəsi oğurlanmışdır. Hadisə nəticəsində ona 75 manat zərər dəymişdir. Heç bir şikayət və tələbi yoxdur ona vurulmuş zərər ödənilmişdir. X22 ilə barışmışdır. Məhkəmə iclasında səlahiyyətli orqan Bakı şəhəri Xətai RPİ-nin 35-cı PŞ-nin sahə inspektorları, polis mayoru X13, X18 və X16 protokolların məzmununa uyğun izahat verərək X12 İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 08 fevral 2023-cü il tarixli protokolların tərtib olunduğunu bildirmiş, qeyd edilənlərə əsasən, X12 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X12 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir; xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X12 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir; xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X12 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir; Bakı şəhəri Xətai RPİ-nin 35-cı PŞ-nin sahə inspektoru, polis mayoru X13 tərəfindən tərtib edilmiş xx.xx.02023-cü il tarixli, MN1379439 saylı inzibati xəta haqqında protokola əsasən xx.xx.2023-cü il tarixdə E.X2 kirayə ev verəcəyi adı ilə 50 manat pulunu ələ keçirmişdir. Bakı şəhəri Xətai RPİ-nin 35-cı PŞ-nin sahə inspektoru X18 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN1379441 saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə vətəndaş E.Əlizadəyə məxsus Mercedes markalı avtomobilin sol yan güzgüsünü oğurlayaraq xırda talama etmişdir. Bakı şəhəri Xətai RPİ-nin 35-cı PŞ-nin sahə inspektoru X16 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN1379440 saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə E.X1 özünü çil-çıraq ustası kimi təqdim edərək onun evinə gedib qonaq otağında olan vazdan 40 manat pul götürmüşdür. xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, X22 xx.xx.2023-cü il tarixində, 08:15 dəqiqədə tutulmuşdur. X4 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, onun X17 qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-cı maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallardandır. 39.2-ci maddəsinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir Həmin Məcəllənin 53.1.10-cu maddəsinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 iyun 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2 və 333.2ci maddələrinin tələbləri baxımından inzibati tənbeh vermə haqqında qərarın həmin Məcəllənin 138-ci maddəsində nəzərdə tutulmuş qaydada qanuni qüvvəyə minməsindən sonra bir il ərzində eyni xətanın təkrar törədilməsi şəxsin məsuliyyətinin ağırlaşması və onun barəsində daha sərt tənbeh tədbirinin tətbiqi üçün əsasdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd olunur ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xəta haqqında protokolun tərtib edilməsi eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu müəyyən edildikdə, inzibati xəta haqqında iş üzrə icraatı başlamış və protokol tərtib etmiş müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) prosessual qənaət prinsipinin qorunması və işlərə qanunvericiliklə nəzərdə tutulmuş müddətlər çərçivəsində baxılmasının təmin edilməsi məqsədi ilə bir neçə inzibati xəta haqqında işi (protokolu) bir icraatda birləşdirərək məhkəməyə göndərməkdə haqlıdır. Həmçinin nəzərə alınmalıdır ki, qanunverici “barəsində inzibati icraat aparılan şəxs” ifadəsindən istifadə edərək bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılmasını vurğulayır. Həmin müddəaya uyğun olaraq bir neçə inzibati xəta törətmiş şəxsə qarşı tətbiq edilən tənbehin, inzibati tənbehin ayrıayrı növlərinin mümkün həddindən artıq ola bilməməsi müəyyən olunmuşdur. Bu qayda inzibati xətalar qanunvericiliyinin prinsiplərinə uyğundur. Əks yanaşma şəxsə inzibati xətaya görə qanunvericilikdə müəyyən olunmuş tənbehin həddlərindən daha artıq tənbehin tətbiq olunması ilə nəticələnə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə görə həmin Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş xətaya baxılması rayon (şəhər) məhkəməsinin səlahiyyətinə aid edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından – daxili işlər naziri, onun müavinləri, Nazirliyin Aparatının baş idarə (idarə) rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin idarə rəisləri, onların müavinləri, şəhər, rayon polis idarələrinin (şöbələrinin) və ərazi polis bölmələrinin rəisləri, onların müavinləri, nəqliyyatda polis idarələrinin, şöbələrinin, xətt bölmələrinin, məntəqələrinin rəisləri, onların müavinləri, baş təhqiqatçılar, təhqiqatçılar, baş əməliyyat müvəkkilləri, əməliyyat müvəkkilləri, polis sahə rəisləri, polis sahə inspektorları, yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorlar tərəfindən tərtib olunur. Göstərilənlərə əsasən, müxtəlif vaxtlarda törətdiyi xırda talama əməllərinə görə barəsində inzibati icraat aparılan şəxs X22 haqqında tərtib edilmiş protokollar bir icraatda birləşdirilərək məhkəmə tərəfindən baxılmalıdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X12 İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərər çəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə iclasına zərər çəkmiş şəxslər X15, X19 gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat bildirməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən iş üzrə zərər çəkmiş şəxslər X15, X10 iştirakı olmadan baxılmalı və iş materillarına əsasən hər iki zərər çəkmiş şəxsin şikayətçi olması nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, zərər çəkmiş şəxs X9 ilə barışmasını, məsuliyyətini ağırlaşdıran hal kimi bir il ərzində eyni məzmunlu inzibati xəta törətməini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, X12 xx.xx.2023-cü il tarixli, MN1379441saylı protokol üzrə icraata xitam verilməli, xx.xx.02023-cü il tarixli, MN1379439 saylı və xx.xx.2023-cü il tarixli, MN1379440 saylı protokollar üzrə inzibati xətaları törətməkdə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X12 xx.xx.2023-cü il tarixli, MN1379441saylı protokol üzrə icraatına xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X22 xx.xx.02023-cü il tarixli, MN1379439 saylı və xx.xx.2023-cü il tarixli, MN1379440 saylı protokollar üzrə inzibati xətaları törətməkdə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdətutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 07 fevral 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar