Məhkəmə qərarları › İş №3(011)-5803/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5803/2025

15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5803/2025 15.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə 14 iyul 2025-ci il tarixli 00800-00942/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, AZ1025, Bakı şəhəri Xətai rayonu, Yusif Səfərov, ev 23A, mənzil 1 olan Şəxs MMC-nin (VÖEN:**********) ünvanına Özbəkistan Respublikasında fəaliyyət göstərən "X5" şirkətindən göndərilmiş netto çəkisi 207.4 kq, ümumi gömrük dəyəri 15912 AZN olan yüklər xx.xx.2025-ci il tarixli **********8231 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Lakin yuxarıda qeyd olunan gömrük bəyənnaməsi əsasında müvəqqəti saxlancda yerləşdirilmiş yüklərin saxlanc müddətinin xx.xx.2025-ci il tarixində bitməsinə baxmayaraq şirkət tərəfindən rəsmiləşdirilməmiş və ya digər gömrük proseduru altında yerləşdirilməmişdir. Nəticədə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 izahatında göstərmişdir ki, bu işlərə baxan şəxs məzuniyyətə çıxdığı üçün özlərindən asılı olmayan səbəblərdən gecikdirmə olmuşdur. Qərarı məhkəmənin mülahizəsinə buraxdı. İş materiallarında olan Rəsmiləşdirmə Mərkəzi 2-ci şöbənin rəisi vəzifəsini icra edən Xəyal Əliyev tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs (VÖEN ********** ) tərəfindən xx.xx.2025 -cü il tarixli sorğu **********8231 nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 15912 AZN, netto çəki 207,4 kq) mal müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Malın müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti xx.xx.2025-ci il tarixində bitməsinə baxmayaraq 229 nömrəli Nazirlər Kabinetinin qərarının 3.2 və 3.3-cü bəndlərinin tələbləri pozularaq digər gömrük proseduru altında yerləşdirilməmişdir. İş materiallarında olan gömrük bəyannaməsindən görünür ki, mallar xx.xx.2025-ci il tarixdə ölkə ərazisinə gətirilmişdir. İş materiallarında olan Şəxs MMC-nin nümayəndəsi X2 10 iyul 2025-ci il tarixli izahatından görünür ki, MMC-nin direktor müavini kimi fəaliyyət göstərir. MMC-nin əsas fəaliyyəti qida əlavələrinin idxalı və satışından ibarətdir. xx.xx.2025-ci il tarixli **********8231 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Özbəkistanda fəaliyyət göstərən "X5” şirkətindən "xxxx" MMC-nin ünvanına göndərilmiş ümumi invoys dəyəri 15912 manat dəyərində, netto çəkisi 207.4 kq olan "qida əlavələri” adlı yüklər müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmişdir. Həmin gömrük bəyannaməsi üzrə göndərilmiş qida əlavələrinin sərbəst dövriyyəyə buraxılış gömrük prosedurunda rəsmiləşdirmək üçün X1 həmin malların satışı məqsədilə icazə sənədi alınmalıdır. Bu məqsədlə MMC tərəfindən həmin qida əlavələrindən müəyyən miqdarda nümunə götürülərək Agentliyə təqdim edildi. Lakin müvafiq icazə sənədinin verilməsində bizdən asılı olmayan səbəblərdən ləngimələr baş verdi. Bu səbəbdən xx.xx.2025-ci il tarixli **********8231 sorğu nömrəli gömrük bəyannaməsi müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlancda qalma müddəti pozulmuşdur. Həmçinin qeyd etmək istəyir ki, "xxxx" MMC tərəfindən törədilmiş inzibati xətanı qəbul edir və malların sərbəst dövriyyəyə buraxılış gömrük proseduru altında yerləşdirilməsi zamanı ödənilməli olan ödənişlərin "xxxx" MMC tərəfindən ödəniləcəyinə dair öhdəlik götürür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü tarixli 229 saylı qərarında müəyyən edilmiş 04 (dörd ay) müddətinin bitməsinə baxmayaraq müvəqqəti saxlancda qalmış yüklərin **********8231 sorğu nömrəli GB ilə gömrük təminatı pozulmamış, müvəqqəti saxlanca götürülmüş malların vəziyyəti dəyişdirilməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar