Məhkəmə qərarları › İş №3(011)-5805/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5805/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5805/2025 18.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi ilə, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə 16 iyul 2025-ci il tarixli, 00400-00639/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, İran İslam Respublikasında yerləşən “RADİN TEJARAT FARTAK BY ORDER MULOG DİS TİCARET DANİSMANLİK VE LOJİSTİK LİMİTED SİRKETİ”nin ünvanından ünvan 1da olan "xxxx" MMC şirkətinin ünvanına göndərilən yükü müşayiət edən “446” nömrəli invoysa əsasən ümumilikdə 525 kisədə 8982 kq polietilen torbaların qalınlığının “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə müvafiq olaraq 15 mikron (0,015 mm)-dən az olması müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri məhkəməyə gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, işə səlahiyyətli nümayəndələrin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X1sı İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-33-5300/2-002539/2025 saylı ekspert rəyindən görünür ki, ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, “X4” MMC-nin ünvanına 446 saylı, xx.xx.2025-ci il tarixli invoysun 1-ci mövqevi üzrə idxal olunan yükdən təqdim olunan nümunələr asağıdakı göstəricilərə malikdir. Məlumat üçün bildirilir ki, yükün 8 iyun 1999-cu il tarixli, 678-İQ nömrəli “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun təsir dairəsinə düşüb-düşməməsinin müəyyən edilməsi Azərbaycan Respublikası Gömrük Məcəlləsinin-322-ci maddəsinin, 322.1 bəndinə əsasən MGEİ-nin funksional baxımdan səlahiyyətlərinə aid deyildir. İnvoys, mövqe Malın adı 446 saylı xx.xx.2025-ci il tarixli invoysun 1.1-ci “Nilex” adlı, "Kosar freezer bag" nişanlı, qalınlığı 7 mikron (0.007 mm) olan, mövqeyi polietilendən (CAS 9002-88-4) hazırlanmış torbalar üzrə 1.2-ci “Nilex” adlı, “Deniz plastic bags” nişanlı, “25x35" nişanlı, qalınlığı 8 mikron mövqeyi (0,008 mm) olan, polietilendən (CAS 9002-88-4) hazırlanmış torbalar üzrə 1.3-cü “Nilex” adlı, “Mahtab freezer bags” nişanlı, qalınlığı 9 mikron (0,009 mm) mövqeyi olan, polietilendən (CAS 9002-88-4) hazırlanmış torbalar üzrə 1.4-cü "Nilex" adlı, “Payam Plast" adlı, “23x35” nişanlı, qalınlığı 7 mikron (0,007 mövqeyi mm) olan, polietilendən (CAS 9002-88-4) hazırlanmış torbalar üzrə 1.5-ci “Nilex” adlı, “Silva ekonomik freezer bag” nişanlı, qalınlığı 13 mikron (0,013 mövqeyi mm) olan, polietilendən (CAS 9002-88-4) hazırlanmış torbalar üzrə 1.6-cı "Nilex" adlı, "Silva ekonomik freezer bag" nişanlı, qalınlığı 13 mikron (0,013 mövqeyi mm) olan, polietilendən (CAS 9002-88-4) hazırlanmış torbalar üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X2 tərəfindən tərtib edilmiş İXM-nin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 16 iyul 2025-ci il tarixli, 00400-00639/25 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, İran İslam Respublikasında yerləşən “RADİN TEJARAT FARTAK BY ORDER MULOG DİS TİCARET DANİSMANLİK VE LOJİSTİK LİMİTED SİRKETİ”nin ünvanından ünvan 1da olan "xxxx" MMC şirkətinin ünvanına göndərilən yükü müşaiyət edən “446” nömrəli invoysa əsasən “NİLEX” adlı polietilen əsaslı, şəffaf, düzbucaqlı formalı torba yükü xx.xx.2025-ci il tarixdə “VOLVO” markalı 42CG756/42ZA656 qeydiyyat nişanlı nəqliyyat vasitəsi Astara Gömrük İdarəsinin “Cənub-Astara” gömrük postunun inzibati ərazisində yerləşən “NUCTECH TM MT1213DE” mobil tipli rentgen qurğusundan keçərkən qoşqunun ön hissəsində sıxlıqla əlaqədar şübhəli cizgilər müşahidə edildiyindən nəqliyyat vasitəsi qoşqusunda olan mallara baxış keçirilməsi üçün yoxlama qrupuna yönləndirilmişdir. Yoxlama qrupunda yükə aid xx.xx.2025-ci il tarixli “446” nömrəli invoysda göstərilən, ümumi brutto çəkisi 24980 kq olan “Nilex” nişanlı polietilen torba yükünə baxış keçirən zaman kisələrin yüklənmə forması şübhəli göründüyündən orta-aşağı hissədən 2 (iki) cərgə olmaqla qulpsuz torbalar, yanlarına və üzərlərinə isə qulplu sellofan torba olan kisələrin yığılması müşahidə olunmuşdur. İlkin olaraq gizlədilmiş kimi görünən ağ kisələrə yığılmış qulpsuz, şəffaf sellofan torbaların ümumilikdə 525 kisədə 8982 kq olduğu müəyyən edilmişdir. Həmin selofan torbaların qalınlığının “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə müvafiq olaraq 15 mikron (0,015 mm)-dən az olması şübhəsi yarandığından həmin mallardan nümunələr götürülərək Dövlət Gömrük Komitəsi X1 İdarəsinə göndərilmişdir. X1 İdarəsinin xx.xx.2025 tarixli, 3-33-5300/2-002539/2025 nömrəli ekspert rəyinə əsasən 525 (beş yüz iyirmi beş) kisədə 8982 (səkkiz min doqquz yüz səksən iki) kq “Nilex” adlı, “Kosar freezer bag” nişanlı, polietilendən (CAS 9002-88-4) hazırlanmış torbaların qalınlığı 7 mikron (0.007 mm), “Nilex” adlı, “Deniz plastic bags” nişanlı, “25x35” nişanlı, polietilendən (CAS 9QQ2- 88-4) hazırlanmış torbaların qalınlığı 8 mikron (0,008 mm), “Nilex” adlı, “Mahtab freezer bags” nişanlı, polietilendən (CAS 9002-88-4) hazırlanmış torbaların qalınlığı 9 mikron (0,009 mm), “Nilex” adlı, “Pavam Plast” adlı, “23x35” nişanlı, polietilendən (CAS 9002-88- 4) hazırlanmış torbaların qalınlığı 7 mikron (0.007 mm “Nilex” adlı, “Silva ekonomik freezer bag” nişanlı, polietilendən (CAS 9002-88-4) hazırlanmış torbaların qalınlığı 13 mikron (0,013 mm) və “Nilex” adlı, “Silva ekonomik freezer bag” nişanlı, polietilendən (CAS 9002- 88-4) hazırlanmış torbaların qalınlığı 13 mikron (0.013 mm) olduğu müəyyən olunmuşdur; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsində verdiyi izahatında bildirmişdir ki, "xxxx" MMC-nin direktoru vəzifəsində çalışır. 18 iyun 2025-ci il tarixdə İran İslam Respublikasında yerləşən "RADİN TEJARAT FARTAK BY ORDER MULOG DİS TİCARET DANİSMANLİK VE LOJİSTİK LİMİTED SİRKETİ”nin ünvanından ünvan 3a olan "xxxx" MMC şirkətinin ünvanına göndərilən yükü müşaiyət edən “446” nömrəli invoysa əsasən “NİLEX” adlı polietilen əsaslı, şəffaf, düzbucaqlı formalı torba yükünün 525 kisədə 8982 kq hissəsinin 15 mikrondan aşağı olması barədə məlumatı olmamış, o, sadəcə ödədiyi pulun müqabilində malını tələb etmiş, bu barədə dərhal İranlı həmkarı ilə əlaqə saxlayan zaman sonuncu qeyd olunan yükləri səhvən ona göndərdiyini bildirmişdir. Sonda C.A.Hüseynov təqsirini etiraf etmiş, yük sahibi olaraq qanunvericiliyin tələbini pozduğunu anladığını və hüquqpozmanın zərərli nəticələrini aradan qaldırmağa hazır olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 275.4-cü maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə – inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, İran İslam Respublikasında yerləşən “RADİN TEJARAT FARTAK BY ORDER MULOG DİS TİCARET DANİSMANLİK VE LOJİSTİK LİMİTED SİRKETİ”nin ünvanından ünvan 1da olan "xxxx" MMC şirkətinin ünvanına göndərilən yükü müşaiyət edən “446” nömrəli invoysa əsasən ümumilikdə 525 kisədə 8982 kq polietilen torbaların qalınlığının “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə müvafiq olaraq 15 mikron (0,015 mm)-dən az olması müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan “Nilex” adlı, “Kosar freezer bag” nişanlı, “Nilex” adlı, “Deniz plastic bags” nişanlı, “Nilex” adlı, “Mahtab freezer bags” nişanlı, “Nilex” adlı, “Pavam Plast” adlı, “23x35” nişanlı, “Nilex” adlı, “Silva ekonomik freezer bag” nişanlı və “Nilex” adlı, “Silva ekonomik freezer bag” nişanlı, polietilendən hazırlanmış torbalar müsadirə edilməklə barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan “Nilex” adlı, “Kosar freezer bag” nişanlı, “Nilex” adlı, “Deniz plastic bags” nişanlı, “Nilex” adlı, “Mahtab freezer bags” nişanlı, “Nilex” adlı, “Pavam Plast” adlı, “23x35” nişanlı, “Nilex” adlı, “Silva ekonomik freezer bag” nişanlı və “Nilex” adlı, “Silva ekonomik freezer bag” nişanlı, polietilendən hazırlanmış torbalar müsadirə edilməklə barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar