Məhkəmə qərarları › İş №3(011)-5836/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-5836/2025

07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-5836/2025 07.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi ilə, X1 DİN BDYPİ-nin 03 avqust 2025-ci il tarixli, EQ 29673855 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətini nəzərdən keçirib, MÜƏYYƏNETDİM: X3 şikayətlə məhkəməyə müraciət edərək, DİN BDYPİ-nin 03 avqust 2025-ci il tarixli, EQ 29673855 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta Xətai rayonu ərazisində törədilmədiyindən şikayətin icraata qəbuldan imtina olunmalı və geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan DİN BDYPİ-nin 03 avqust 2025-ci il tarixli, EQ 29673855 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, inzibati xəta M-2 47.9 km. Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində törədilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 DİN BDYPİ-nin 03 avqust 2025-ci il tarixli, EQ 29673855 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin icraata qəbulundan imtina olunmalı və geri qaytarılmalıdır. X2 qərardadda göstərilən nöqsan aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 120-132-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 DİN BDYPİ-nin 03 avqust 2025-ci il tarixli, EQ 29673855 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin icraata qəbulundan imtina olunsun və şikayət və əlavə olunmuş sənədlər geri qaytarılsın. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar