Məhkəmə qərarları › İş №3(011)-5844/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5844/2024

27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5844/2024 27.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi, 24 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 15 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti işğaldan azad edilmiş ərazilərdə vətəndaşlar X1, X3 və X5 xx.xx.2024-cü il tarixində bu günədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi, 24 saylı Vəkil Bürosunun vəkili Nümayəndə sənədlər təqdim edərək bildirmişdir ki, hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 15 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol əsassızdır, belə ki X1 xx.xx.2023-cü il tarixdə, X3 xx.xx.2021-ci il tarixdə və X5 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanılmaqla işə qəbul edilmiş, həmin şəxslər müvafiq icazə alındıqdan sonra işğaldan azad edilmiş ərazilərdə işə cəlb edilmişlər. Bundan sonra həmin şəxslərlə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmiş, xx.xx.2024-cü il tarixində isə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Haciyevə müraciət olunaraq Cəmiyyət tərəfindən Qubadlı rayonunda yol infrostrukturunun bərpası ilə əlaqədar Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına giriş-cıxış üçün həmin şəxslərə verilmiş icazənin ləğv edilməsi xahiş edilmişdir. Həmin şəxslərin xx.xx.2024-cü il tarixindən sonra Cəmiyyət tərəfindən işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmələrinin yerindəcə müəyyən edilməsini təsdiq edən yoxlama tədbirinin nəticələrinə dair sübut əhəmiyyətinə malik hər hansı protokol və ya akt mövcud deyildir. Həmçinin həmin şəxslərin xx.xx.2024-cü il tarixindən sonra Cəmiyyət tərəfindən işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmələrini sübüut edən hər hansı təsdiqedici fakt, eləcədə həmin şəxslərin qeyd olunan faktı təsdiq edən etirafedici izahatları da mövcud deyildir. Bundan başqa Bakı şəhəri Xətai rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2024-cü il tarixli qərarı ilə qeyd olunan fakta görə Cəmiyyətin rəhbəri barəsində X4 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı da, yuxarıda qeyd olunan halların təsdiq edilməməsi əsası ilə ləğv edilmişdir Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 15 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti işğaldan azad edilmiş ərazilərdə vətəndaşlar X1, X3 və X5 xx.xx.2024-cü il tarixində bu günədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən işğaldan azad edilmiş ərazilərdə iş icazəsi alınmış X1, X3 və X2 xx.xx.2024-cü il tarixində bu günədək əmək müqaviləsi bağlamadan müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin dispoziyasından görünür ki, həmin maddənin tərki əlamətlərinin yaranması üçün mütləq şərt olaraq işlərə cəlb edilmə qeyd edilmişdir. Lakin tərtib edilmiş inzibati protokoldan müəyyən etmək mümkün deyildir ki, adları çəkilən X1, X3 və X2 xx.xx.2024-cü il tarixində bu günədək hansı işlərə cəlb edilmişdir. Belə ki, X1, X3 və X2 xx.xx.2024-cü il tarixində bu günədək Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən əmək müqaviləsi bağlanmadan işlərə cəlb edilməsi öz təsdiqini tapmamışdır. Bununla da Şəxs Açıq Səhmdar Cəmiyyətinin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmadığını, onun təqsirli olması barəsində olan şübhələrin onun xeyrinə həll olunduğunu, inzibati orqanın xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar