Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5850/2025 20.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə 26 may 2025-ci il tarixli, 00100-01402/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı səhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********5864 sorğu nömrəli gömrük bəyannaməsi ilə “xaricdə emal” xüsusi gömrük prosedurunda bəyan olunan ümumi gömrük dəyəri 30529.60 (otuz min beş yüz iyirmi doqquz manat altmış qəpik) manat təşkil edən yüklərin ölkə ərazisinə geri qaytarılma müddətinin son tarixi xx.xx.2024-cü il kimi müəyyən edilsə də, adı qeyd olunan MMC tərəfindən malların (plad qəliblər və təknələr, kompressorlar) öhdəlik müddəti bitənədək digər gömrük proseduru altında yerləşdirilməsi üçün heç bir tədbir görülməmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26 may 2025-ci il tarixli raportdan görünür ki, Bakı səhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********5864 sorğu nömrəli gömrük bəyannaməsi ilə “xaricdə emal” xüsusi gömrük prosedurunda bəyan olunan ümumi gömrük dəyəri 30529.60 (otuz min beş yüz iyirmi doqquz manat altmış qəpik) manat təşkil edən yüklərin ölkə ərazisinə geri qaytarılma müddətinin son tarixi xx.xx.2024-cü il kimi müəyyən edilsə də, adı qeyd olunan MMC tərəfindən malların (plad qəliblər və təknələr, kompressorlar) öhdəlik müddəti bitənədək digər gömrük proseduru altında yerləşdirilməsi üçün heç bir tədbir görülməmiş və malların öhdəlik müddəti bitdikdən 4 (dörd) ay 9 (doqquz) gün sonra xx.xx.2025-ci il tarixdə 3-33-1100/012/007796 nömrəli raportla hüquqpozma faktı aşkarlanmışdır. Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli **********5864 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş yüklərin ölkə ərazisinə geri qaytarma müddətinin son tarixi xx.xx.2024-cü il tarix kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı X2 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 26 may 2025-ci il tarixli, 00100-01402/25 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı səhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********5864 sorğu nömrəli gömrük bəyannaməsi ilə “xaricdə emal” xüsusi gömrük prosedurunda bəyan olunan ümumi gömrük dəyəri 30529.60 (otuz min beş yüz iyirmi doqquz manat altmış qəpik) manat təşkil edən yüklərin ölkə ərazisinə geri qaytarılma müddətinin son tarixi xx.xx.2024-cü il kimi müəyyən edilsə də, adı qeyd olunan MMC tərəfindən malların (plad qəliblər və təknələr, kompressorlar) öhdəlik müddəti bitənədək digər gömrük proseduru altında yerləşdirilməsi üçün heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 499.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qavdalan”nın 7-ci bəndinə əsasən xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 2(iki) ildən çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət xaricdə emal xüsusi gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir və göstərilən müddətdə xaricdə emal xüsusi gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin basa çatmasına ən azı 15 (on bes) gün qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların xaricdə emal xüsusi gömrük proseduru altında qalma müddətini 1 (bir) ilədək uzadır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, hüquqi şəxs Şəxs tərəfindən gömrük dəyəri 30529.60 manat olan xaricdə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklər üçün müəyyən edilmiş müddətin xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq yük digər gömrük proseduru altında yerləşdirilməmişdir. Bununla da müəyyən edilir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsinin tərkib əlamətləri mövcuddur və o, həmin maddə ilə təqsirli bilinməlidir. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş malların 20 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 20 faizi miqdarında, yəni 6105 (altı min yüz beş) manat, 92 (doxsan iki) qəpik məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-5850/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5850/2025
20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver