Məhkəmə qərarları › İş №3(011)-5868/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5868/2025

02.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5868/2025 02.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kiçik leytenantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X5 iştiraklarıı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 30 iyun 2025-ci il tarixli, 00100-01813/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-1100/012/002771 saylı raporta əsasən, 07BJ799/07ZA426 nömrəli yük nəqliyyat vasitəsində daşınaraq Şəxs MMC-nin ünvanına göndərilmiş “mineral və ya kimyəvi azor gübrələri” yükü Bakı Baş Gömrük İdarəsində xx.xx.2025-ci il tarixli, **********1044 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, lakin qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilmədiyi müəyyən edilmişdir. Bakı Baş Gömrük İdarəsində Şəxs MMC tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli **********1044 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların Azərbaycan Respublikası gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanına elektron formada qısa idxal bəyannaməsinin verilib-verilməməsini müəyyən etməkdən ötrü Gömrük xidmətinin “X2 Sistemi” informasiya resursuna keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli **********1044 sorğu nömrəli gömrük bəyannaməsi ilə təkrar idxal gömrük prosedurunda bəyan edilmiş mallar 07BJ799/07ZA426 nömrəli nəqliyyat vasitəsilə xx.xx.2025-ci il tarixdə saat 20:48-də Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kiçik leytenantı X3 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X7 Şəxs MMC tərəfindən İraqda fəaliyyət göstərən “Jozardan” şirkətinə ixrac edilən mallar üçün xx.xx.2024-cü il tarixdə **********6983 sorğu nömrəli ixrac bəyannaməsi tərtib edilərək gömrük orqanına təqdim edilmişdir. xx.xx.2025ci il tarixdə 07BJ799/07ZA426 nömrəli nəqliyyat vasitəsi X6 keçərək ölkədən çıxmış və İran İslam Respublikası ərazisinə daxil olmuşdur. İran İslam Respublikasının gömrük orqanı tərəfindən həmin yüklərin ölkə ərazisindən keçirilməsinə icazə verilməmiş və yüklər uzun müddət sərhəddə qalmışdır. **********6983 sorğu nömrəli ixrac bəyannaməsi ilə bəyan olunan mallar xx.xx.2025-ci il tarixli **********1044 sorğu nömrəli təkrar idxal gömrük prosedurunda yerləşdirilmişdir. Həmin yüklər Şəxs MMC-yə məxsus olduğu üçün qısa idxal bəyannaməsinin verilməli olduğunu bilməmişlər. Qeyd etdiklərinin nəzərə alınaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli raportdan görünür ki, "xxxx" MMC-nin (**********) ünvanına 07BJ799/07ZA426 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********1044 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan mal üçün qısa idxal bəyannaməsi tərtib olunmamışdır; Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kiçik leytenantı X3 tərəfindən tərtib edilmiş İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 30 iyun 2025-ci il tarixli, 00100- 01813/25 nömrəli protokoldan görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixli, **********1044 sorğu nömrəli gömrük bəyannaməsi ilə təkrar idxal gömrük prosedurunda bəyan edilmiş mallar 07BJ799/07ZA426 nömrəli nəqliyyat vasitəsilə xx.xx.2025-ci il tarixdə saat 20:48-də Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına təqdim edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 10.1-ci bəndinə əsasən gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsi aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir: 10.1.1. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə; 10.1.2. mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə; 10.1.3. malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsinin məhkəmə iclasında bildirdiklərinə münasibətdə məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən şirkətin öz malı yenidən ölkəyə daxil olduğu zaman da gömrük orqanına qısa idxal bəyannaməsinin təqdim edilməsi zəruridir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs ünvanına 07BJ799/07ZA426 nömrəli nəqliyyat vasitəsilə gətirilən mallar xx.xx.2025-ci il tarixli, **********1044 sorğu nömrəli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmiş, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edilməyərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1.500 (bir min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar