Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-587/2024 17.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı X1 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Bakı şəhəri Xətai Rayon 36-cı Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ :
1. Şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etmişdir.
2. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-ci Polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı X3 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 17 fevral 2024-cü il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir.
3. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı X3 protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq xx.xx.2024-cü il tarixli protokol tərtib olunduğunu, odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. X2 öz izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xx.xx.2024-cü il tarixində xidmət aparan çevik polis naryadı tərəfindən tutuluğunu, daha sonra tibbi müayinədən keçirilərkən narkotik maddədən istifadə etdiyi aşkar edildiyini bildirmişdir. Bundan sonra inzibati xəta haqqında protokol qəbul edilmiş və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi haqqında qərardad qəbul edilmişdir. Məhz bu qeyd edilənlərə əsasən, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir.
4. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, təhsilsizdir, 1-ci sinifdən məktəbdən çıxmışdır. Hazırda ailəlidir, 1 aylıq uşağı var. Ailənin tək uşağıdır, atası rəhmətə getmişdir. Hal-hazırda Masazırda arvadı ilə birlikdə yaşayır. 2017-2018-ci illərdə hərbi xidmətdə olmuş, aprel döyüşlərində iştirak etmişdir. Fəhlə işləyir. Əvvəllər məhkum olunmuşdur. Təxminən 10 gün əvvəl metafetamin istifadə etmiş və etdiyi əməldən peşmandır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
5. Şəxs xx.xx.2024-cü il tarixində Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək məhkəmədə hüquqlarını özü müdafiə edəcəyini, vəkilə ehtiyacı olmadığını bildirmişdir.
6. xx.xx.2024-cü il tarixli, 537 saylı Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında aktdan görünür ki, Şəxs sidiyində narkotik vasitə olan AMP (+) müsbət, MET (+) müsbət, BAR (+) müsbət aşkar olunmuş, BZO (-) mənfi, COC (-) mənfi, OPİ (-) mənfi, TML (-) mənfi, TUC (-) mənfi aşkar edilməmişdir;
7. İnzibati qaydada tutma haqqında 17 fevral 2024-cü il tarixli ******* saylı protokoldan görünür ki, Şəxs 17 fevral 2024-cü il tarixdə, saat 01:40-da tutulmuşdur;
8. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-ci Polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş 17 fevral 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs qanunsuz olaraq narkotik vasitədən istifadə etməsi müəyyən edilmişdir;
9. Elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Şəxs əvəllər inzibati tənbeh və cinayət məsuliyyətinə cəlb edilmişdir;
10. İnzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barədə xx.xx.2024-cü il tarixli, MN № ******* saylı Qərardaddan görünür ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materialların baxılması üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM): 31.4-1. inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 43.1. Rayon (şəhər) məhkəmələri bu Məcəllənin ... 206–208, ... maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar; 89.4. Barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər;
206. qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir.
İşə baxan məhkəmənin mövqeyi:
12. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs qanunsuz olaraq narkotik vasitədən istifadə etmişdir. Bununla da, Şəxs fiziki şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
13. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, əvvəllər Azərbaycan Respublikası İXM-nin eyni maddəsi ilə barəsində inzibati tənbeh tədbirinin tətbiq edildiyini, onun təqsirinin dərəcəsi, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyanın hədləri daxilində inzibati həbs tənbeh tətbiq edilməlidir.
14. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin.
2. İnzibati həbs müddətinin əvvəli xx.xx.2024-cü il tarixi saat 01:40-dan hesablansın.
3. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın.
4. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova