Məhkəmə qərarları › İş №3(011)-588/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-588/2024

17.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-588/2024 17.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı X1 iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran rayonu, Lənkəran şəhəri, X5, ev 23 ünvanında qeydiyyatda olan, Xətai rayonu, Əbilov küçəsi, ev 6 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinə daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ :

1. Şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X3 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 17 fevral 2024-cü il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir.

3. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X2 öz izahatında protokolun məzmununa uyğun izahat verərək xx.xx.2024-cü il tarixində Şəxs növbətçi çevik hərəhət taborunun əməkdaşları tərəfindən saxlanıldığı, daha sonra tibbi müayinədən keçirilərkən narkotik maddədən istifadə etdiyi aşkar edildiyini bildirmişdir. Bundan sonra İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə inzibati xəta haqqında protokol qəbul edilmiş və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi haqqında qərardad qəbul edilmişdir. Şəxs xəstə anası vardır. Məhkəmədən qərar qəbul edilən zaman bunun nəzərə alınmasını xahiş etmişdir.

4. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, o, ortatəsilli və subaydır, atası rəhmətə getmiş və hal-hazırda anası ilə yaşayır. Hazırda ailəli olan bacısı vardır. Dərnəgüldə taxta sexində işləyir. Dostu onu çay içməyə Həzi Aslanova çağırmış, qayıdan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdırlar. Həmin zaman o, maşının sürücüsünü tanımırdı, o, onları evlərinə aparırdı. 3-4 gün əvvəl metafetamin (patı) istifadə etmişdir. 1 ay əvvəl istifadə etməyə başlamışdır. Əvvəllər məhkum olunmuşdur, 16 yaşında oğurluq etmişdir. Beləliklə o, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirmişdir.

İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

5. Şəxs xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək hüquqlarını özü müdafiə edəcəyini, vəkilə ehtiyacı olmadığını bildirmişdir.

6. 17 fevral 2024-cü il tarixli, 542 saylı narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında aktdan görünür ki, Şəxs sidiyində narkotik vasitə olan BAR (+) müsbət, AMP (+) müsbət, MET (+) müsbət aşkar edilmiş, BZO (-) mənfi, COC (-) mənfi, OPİ (-) mənfi, THC (-) mənfi, TML (-) mənfi aşkar edilməmişdir;

7. İnzibati qaydada tutma haqqında 17 fevral 2024-cü il tarixli ******* saylı protokoldan görünür ki Şəxs 17 fevral 2024-cü il tarixdə, saat 01:50-də tutulmuşdur;

8. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş 17 fevral 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs qanunsuz olaraq narkotik vasitədən istifadə etmişdir.

9. Elektron Məhkəmə sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Şəxs əvvəllər inzibati tənbehə cəlb edilmişdir.

10. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə MN № ******* saylı Qərardaddan görünür ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materialların baxılması üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:

206. qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 31.4-1. inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 32.2. inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır.

İşə baxan məhkəmənin mövqeyi:

12. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs qanunsuz olaraq narkotik vasitədən istifadə etmişdir. Bununla da, Şəxs fiziki şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

13. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, məhkəmə iclas zalından dərhal azadlığa buraxılmalıdır.

14. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin.

2. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin.

3. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar