Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5887/2024 18.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, X1 iştirakı ilə, Bakı Şəhər X9i İdarəsinin 17 iyul 2024-cü il tarixli İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş 28 oktyabr 2024-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər X9i İdarəsinin 17 iyul 2024-cü il tarixli İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş 28 oktyabr 2024-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə mülkiyyətində olan **-RE-*** qeydiyyat nişanlı Mersedes Bens G55 markalı nəqliyyat vasitəsilə ilə Bakı şəhəri, Xətai rayonu, Vungtau küçəsində hərəkət edərək Ukrayna dairəsinə yaxınlaşmış, sol tərəfi buraxmaq məqsədi ilə durmuş və soldan gələn yeganə ağ rəngli Vaz 2107 markalı avtomobilin keçməsindən sonra dairənin boş olmasını müşahidə etmiş və hərəkətini davam etdirmişdir. Həmin an maşında nasazlıq yarandığı üçün maşın sürətlənməmiş, aşağı sürət ilə hərəkət etmiş və buna rəğmən o, artıq dairəyə daxil olmuşdur. Bu zaman ondan 150 metr aralıda olan DYP avtomobili qərəzli şəkildə sürətlənərək maşını üzərinə sürmüş və vizual olaraq qəza şəraiti kimi mövcud vəziət yaratmışdır. DYP-nin əsas vəzifəsi yolda təhlükəsizliyi təmin etməkdir, lakin həmin DYP əməkdaşı yolda təhlükəli vəziyyət yaratmışdır. Ona saxla əmri verildikdən sonra qarşıda saxlayıb DYP əməkdaşına etirazını bildirmişdir. DYPİ Yol patrul inspektoru polis baş serjantı X4 bildirmişdir ki, dairəyə daxil olmamışdan qabaq hərəkətini dayandırmış, yolda tək olan Vaz 2107 markalı maşını buraxdıqdan sonra hərəkətini davam etmişdir. Yavaş hərəkət etdiyini görüb uzaqdan qərəzli olaraq üstünə sürmüşdür. Buna baxmayaraq, polis əməkdaşına ona çatanda artiq dairədə hərəkət etdiyini bildirmişdir. O, hec bir qanun pozuntusu törətməmişdir. Polis əməkdaşı ona video görüntü təqdim etmiş və həmin görüntüdən görsənir ki onlar uzaqdan yavaş hərəkət etdiyini görmüş və qərəzli şəkildə öz maşınlarını üzərinə sürmüşlər. Uzun mübahisələrdən sonra ona X2 327.2-ci maddəsinə əsasən qərarsız İXP ******* saylı protokol tərtib edilmişdir. 10 gün sonra xx.xx.2024-cü il tarixdə qərar vurulmuşdur. Həmin qərardan məhkəməyə müraciət olunmuşdur. Xətai Rayon Məhkəməsi şikayəti qismən təmin edərək, Bakı Səhər BPİ-nin X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılması barədə 3(011)-3903/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərar verilmişdir. Lakin Bakı Səhər BPİ-nin X9 İdarəsininə o, yenidən araşdırılma aparılması üçün müraciət etdikdə ona bildirilmişdir ki “həmin qərarın ləğv edilməsi ancaq məhkəmə səlahiyyətinə aiddir”. O, bunun belə olmadığını bildirsə də polis əməkdaşı ona təkid ilə bildirmişdir ki ya ödəməlisən ya da məkəməyə müraciət etməlisən. Hec bir araşdırılma aparmadan TP ******* qərarın sürətini ona təqdim etmişlər. Hesab edir ki, barəsində tərtib edilmiş qərar həm əsassız olduğu üçün ləğv edilməlidir. Xüsusilə qeyd etmək istəyir ki, o, heç bir qayda pozmamışdır. Barəsində qəbul edilmiş İXP ******* saylı protokol əsasında tərtib edilmiş TP ******* nömrəli qərarın əsassız olduğu üçün ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması və barəsində tərtib edilmiş TP ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər DYPİ nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər X9i İdarəsinin 17 iyul 2024-cü il tarixli İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş 28 oktyabr 2024-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 100 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X5 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı Şəhər X9i İdarəsinin 17 iyul 2024-cü il tarixli İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş 28 oktyabr 2024-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhər X9i İdarəsinin 17 iyul 2024-cü il tarixli İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş 28 oktyabr 2024-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-5887/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5887/2024
18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver