Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5896/2024 27.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - "xxxx" MMC-nin rəhbəri Şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə, "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən "xxxx" MMC Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-105/2024- 057 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən MN ******* nömrəli, 31 oktyabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov məhkəməyə verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-105/2024- 057 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borclu "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən icra vərəqəsi icra edilməmişdir. Nəticədə "xxxx" MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Göstərilənlərə əsasən, "xxxx" MMC barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - "xxxx" MMC-nin rəhbəri Şəxs nümayəndəsi Nümayəndə məhkəməyə etiraz təqdim edərək bildirdi ki, Zərərçəkmiş şəxs iddiaçı, "xxxx" MMC-nin cavabdeh olduğu Xətai rayon Məhkəməsinin 2(011)-105/2024 saylı qətnaməsi xx.xx.2024-cü il tarixində çıxarılmışdır. Həmin qətnamə üzrə iddiaçı Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixində vəfat etmişdir. İcra Haqqında Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. xx.xx.2024-cü il tarixində icra sənədi üzrə icraata başlama qərarı verilmişdir. Qərara əsasən qətnamə ilə müəyyən edilən mənzilin və pulun Zərərçəkmiş şəxs qızma verilməsi qərara alınmışdır. Elə həmin tarixdə də tələbin könüllü icra olunması üçün borcluya bildiriş çıxarılmış və könüllü icra üçün 10 gün vaxt müəyyən edilmişdir. İcra sənədi üzrə göstərilən tələbin kimə ödəniləcəyi qeyd edilməmişdir. xx.xx.2024-cü il tarixində borclunun hesabının üzərinə həbs qoyulması haqqında qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli AKT ilə qətnamə mənzil hissəsində icra olunur. Mənzil vəfat etmiş Zərərçəkmiş şəxs vərəsəsinə deyil, ölüm faktı ilə etibarnaməsi qüvvədə olmayan nümayəndəsi Esmiralda Xasməmmədovaya təhvil verilir. xx.xx.2024-cü il tarixində borclunun axtarışı haqqında qərar verilir. "xxxx" MMC-nin rəhbəri kimi Şəxs barəsində axtarış elan edilir. Qərara əsasən qətnamə ilə müəyyən edilən mənzilin və pulun Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə X3, Zərərçəkmiş şəxs vərəsəsi kimi miras əmlakdan pay alması müəyyən edilir. Elə həmin tarixli, yəni xx.xx.2024-cü il tarixli miras paya sərəncam verilməsi haqqında müqavilə ilə Zərərçəkmiş şəxs digər vərəsəsi Davıdov Rauf miras payını X1 bağışlayır. 2 gün sonra yəni xx.xx.2024-cü il tarixində icra məmuru həm hüquqi şəxs barəsində, həm də onun rəhbəri barəsində ayrı-ayrılıqda AR İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edib məhkəməyə göndərir. Yuxarıda qeyd olunanlara əsasən qeyd edir ki, icra məmuru xx.xx.2024-cü il tarixində vəfat edən qətnamə üzrə tələbkar Zərərçəkmiş şəxs vərəsə və ya vərəsələrini müəyyən etmədən, mərhum tələbkarı vərəsəsi ilə əvəz edilməsinə dair qərar qəbul etmədən icra hərəkətlərini davam etmişdir. Məcburi icra tədbiri kimi qətnamə ilə müəyyən edilmiş mənzili mərhum Zərərçəkmiş şəxs etibarnaməsi qüvvədən düşmüş nümayəndəsinə təhvil vermişdir. Vərəsəsi müəyyən edilməyən, qərarla mərhum tərəfi vərəsə ilə əvəz etməyən məhkəmə icraçısı qətnamə ilə müəyyən edilmiş tələbi kimə ödəməyimizi istəyirdi?... Mərhum Zərərçəkmiş şəxs vərəsələrindən kim icra məmurunun qərarı ilə tələbkarı əvəz etmişdi və tələb də ona icra edilməli idi?... Yoxsa tələb də, mənzil kimi mərhum Zərərçəkmiş şəxs nümayəndəsinə icra edilməli idi?... Qeyd edir ki, icra məmuru qərar ilə mərhum tələbkarı vərəsəsi ilə əvəz etmədiyi müddət ərzində icra hərəkətlərini davam etdirə, borcludan tələbin icrasını tələb edə bilməzdi. Tələbin kimin xeyrinə icra edilməsi müəyyən edilmədən, borcludan tələbin icrası tələb oluna bilməz. Sadə bir ifadə ilə deyəsi olsaq, borclu tələbi kimə icra etməli idi?... xx.xx.2024-cü il tarixində qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə X3, Zərərçəkmiş şəxs vərəsəsi kimi miras əmlakdan pay alması müəyyən edilir, digər vərəsə Davıdov Rauf miras payını X1 bağışlayır. 2 gün sonra icra məmuru həm hüquqi şəxs, həmdə direktor haqqında protokol tərtib edir. Qeyd olunanları nəzərə alınmasını və inzibati xətalara dair iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Belə ki, 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən "xxxx" MMC Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-105/2024-057 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, ünvan 1 ünvanında pilot layihə çərçivəsində tikilmiş binanın A Blokunun 11-ci mərtəbəsində yerləşən A65 saylı mənzil cavabdeh "xxxx" MMC tərəfindən hazırki vəziyyətdə, yəni 97.7 kv.m ümumi sahə və yarımçıq təmirli vəziyyətdə Zərərçəkmiş şəxs təhvil verilməsi, ünvan 1 ünvanında pilot layihə çərçivəsində tikilmiş binanın A Blokunun 11-ci mərtəbəsində yerləşən A65 saylı mənzilin ümumi sahəsinin azalması nəticəsində 17600 (on yeddi min altı yüz) manat məbləğində zərər, mənzilin təmir edilməsi üçün zəruri olan 15496 (on beş min dörd yüz doxsan altı) manat pul vəsaiti və ödənilməmiş kirayə haqqı olan 14000 (on dörd min) manat məbləğ, ümumilikdə 47096 (qırx yeddi min doxsan altı) manat pul məbləği cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi, ödənilmiş 231,29 (iki yüz otuz bir manat iyirmi doqquz qəpik) manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi, keçirilmiş qiymətləndirmə xidmətinin dəyəri olan 400 manat pul vəsaiti cavabdeh "xxxx" MMC-dən tutularaq "xxxx" MMC-yə (Benefisiarın adı: Hüquqçu MMC; Benefisiarın VÖEN-İ **********; Hesab nömrəsi AZ12PAHA40060AZNHC********** Müxbir bank Paşa Bank; SWİFT PAHAAZ22; Bank kodu 505141; Valyuta AZN; Bankın VÖEN-İ **********; Müxbir hesab AZ82NABZ********************) ödənilməsi, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 manat cavabdeh "xxxx" MMC-dən tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi qət edilmişdir. İş materialında olan Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu "xxxx" MMC-ə 10 gün müddətində icra sənədinin icra olunması üçün vaxt verilmişdir. İş materialında olan Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu "xxxx" MMC-yə icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. İş materiallarında olan borclunun axtarışı haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində axtarş elan olunmuşdur. İş materiallarında olan borclunun hesabının üzərinə həbs qoyulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclu "xxxx" MMC-nin (VÖEN **********) banklarda olan hjesablarının və hesablarındakı pul vəsaitlərinin üzərinə 51282,20 manat həcmində həbs qoyulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə ki, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-5896/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5896/2024
27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver