Məhkəmə qərarları › İş №3(011)-5898/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-5898/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-5898/2024 07.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sülhanə Sərdar qızı, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin AYN0710704 nömrəli, xx.xx.2024-cü il tarixli və AYN0738473 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının ləğv edilməsi haqqında X3 tərəfindən verilmiş şikayət ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş AYN0710704 nömrəli, xx.xx.2024-cü il tarixli və AYN0738473 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarların əsassız olduqları üçün ləğv edilmələri barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, inzibati tənbeh vermə haqqında elektron qərarlardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 noyabr 2020ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Təqdim edilmiş sənədlərdən görünür ki, X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş AYN0710704 nömrəli, xx.xx.2024-cü il tarixli və AYN0738473 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarların əsassız olduqları üçün ləğv edilmələrini xahiş etsə də, sözügedən qərarlar X1 barəsində qəbul edildiklərindən, sonuncunun həmin elektron qərarların ləğv edilməsi barədə ayrı-ayrılıqda verilmiş şikayət ərizələri ilə məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə, hər bir protokola münasibətdə inzibati icraatın müstəqil həyata keçirilməsini, həmçinin bir neçə qərardan bir icraat qaydasında şikayət verilməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmadığını, X2 digər şəxsin barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verməsini nəzərə alaraq hesab edirəm ki, inzibati tənbeh vermə haqqında elektron qərarlardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Əlavə olaraq şikayət vermiş şəxsə səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokol əsasında qəbul edilmiş qərarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin AYN0710704 nömrəli, xx.xx.2024-cü il tarixli və AYN0738473 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh tətbiq etmə haqqında elektron qərarlarının ləğv edilməsinə dair vermiş olduğu şikayət ərizəsi və ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar