Məhkəmə qərarları › İş №3(011)-5905/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-5905/2024

26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-5905/2024 26.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu, Baş X4 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ/ seriyalı 22487524 saylı elektron qərarının ləğv edilməsinə dair X2 tərəfindən verilmiş şikayətin baxılmağa hazırlanması zamanı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: X2 şikayətlə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, müddətin bərpası və yaşayış yeri üzrə vəsatətlərin təmin olunması, X4 tərəfindən xx.xx.2024-cü il tarixli, EQ/22487524 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğvi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-7165/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin 21 iyul 2024cü il tarixli, EQ/22487524 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətin və ona əlavə edilmiş sənədlərin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-5905/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən X1 Baş X4 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ/ seriyalı 22487524 saylı elektron qərarının ləğv edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsindən daxil olmuş şikayətlə əlaqədar məhkəmələr arasında aidiyyət ilə bağlı yaranmış fikir ayrılığının həll edilməsi üçün inzibati xəta haqqında material Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2515/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsi arasında məhkəmə aidiyyəti məsələsi ilə bağlı mübahisə yaranmadığından, X1 barəsində qəbul edilmiş 21 iyul 2024-cü il tarixli, EQ 22487524 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə dair material məhkəmənin 07 noyabr 2024-cü il tarixli, 3(011)-5905/2024 nömrəli qərardadında ifadə olunmuş hüquqi mövqeyinə uyğun olaraq müvafiq qanunun tələblərindən irəli gələn qərarın qəbul edilməsi üçün geri qaytarılmışdır. Məhkəmə X2 tərəfindən verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri araşdırıb belə qənaətə gəlir ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə düzgün verilməmişdir. Ona görə də toplanmış material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, EQ/22487524 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 xx.xx.2024-cü il tarixdə, saat 17:36-da Bakı şəhəri, Cəmşid Naxçıvanski 2101 küçəsində “Vaz 21074 minik” markalı, **- GV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dayanma və ya durma qaydalarını pozması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində Baş X4 İdarəsi tərəfindən 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş əlavə edilmiş internet vasitəsi ilə əldə edilmiş xəritələrdən məlum olduğu kimi inzibati xəta hadisəsinin baş verdiyi Bakı şəhəri, Cəmşid Naxçıvanski 2101 ünvanı Nizami rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.1.7-ci maddəsinə əsasən, hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması onun səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Məhkəmə, səlahiyyətli orqanın qərarından məhkəməyə verilən şikayətin inzibati xətanın törədildiyi yer üzrə və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə rayon (şəhər) məhkəməsinə verilməli olduğunu və ehtimal olunan inzibati xətanın Bakı şəhəri, Cəmşid Naxçıvanski 2101 ünvanında baş verdiyini, həmin ünvanın Nizami rayonu ərazisində yerləşməsini nəzərə alaraq hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 109 və 110-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ/ seriyalı 22487524 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar