Məhkəmə qərarları › İş №3(011)-5916/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5916/2024

18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5916/2024 18.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Şikayətçi X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Mərkəzi Bankının 11 sentyabr 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2000 ABŞ dolları məbləğində inzibati cərimə tətbiq edilməsinə dair 11 sentyabr 2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının Mərkəzi Bankının 11 sentyabr 2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilərək inzibati xətanın obyekti olmuş 20000 ABŞ dolları məbləğində pul vəsaitinin 10 faizi miqdarında, yəni 2000 (iki min yüz) ABŞ dolları məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. O, Azərbaycan Respublikasının Mərkəzi Bankının 11 sentyabr 2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını əsassız hesab edir. İlkin olaraq bildirir ki, fiziki şəxs olaraq fərdi sahibkar qismində Vergidə qeydiyyatda olsa da onun adınnan bağlanmış bütün müqavilələr müqavilə əsasında xarici şirkətlərlə edilmiş köçürmələr həyat yoldaşı X8 tərəfindən icra edilmişdir. Adına qeydiyyata alınmış ***-***-**-** saylı Asan İmza və fərdi sahibkar olaraq adına qeydiyyatdan keçmiş möhür hər zaman həyat yoldaşı Qarayev Rafiqdə olmuş və bütün müqavilələr müqavilə üzrə razılaşmalar onun tərəfindən bağlanmış müqavilə üzrə ödənişlər onun tərəfindən həyata keçirilmişdir. Hazırda həyat yoldaşı X8 barəsində Bakı şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə cinayət işinin istintaqı aparılır və X8 həmin maddə ilə təsdiqləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin müvafiq qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. X2 Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılır. Verdiyi məlumata əsasən X8 “XİANG QU TRADE LİMİTED” şirkəti ilə onun adından 22 iyun 2022-ci il tarixli müqavilə bağlanmışdır. Yalnız barəsində inzibati xəta haqqında qərar ona rəsmi qaydada verildikdən sonra məlumat almışdır. Bu səbəbdən həyat yoldaşı da işə cəlb olunmalı və inzibati xəta haqqında iş üzrə həqiqət müəyyən olunmalıdır. Həyat yoldaşı həbs olunduqdan sonra bir neçə dəfə rəsmi qaydada müraciət edərək müqavilə şərtlərinin icra edilməsini tələb etsə də həmin şirkət öhdəliyinin icrasından yayınaraq müqavilə predmetini təşkil edən elektrik avadanlıqlarını göndərməmişdir. Son dəfə 2024-cü il mart ayında rəsmi qaydada poçt vasitəsilə satıcıya müraciət edərək müqavilə şərtlərini icra etmələrini və ya ödənilən 20000 ABŞ Dolları pul vəsaitinin geri qaytarılmasını tələb etmişlər. Yalnız şirkətin şifahi bildirdiyi məlumata əsasən sifariş edilən məhsulların istehsalı müvəqqəti olaraq dayandırıldığı üçün müqavilə şərtlərini icra edə bilməmişlər. Həmçinin müqavilənin 14.1 maddəsinin tələbinə əsasən müqavilə üzrə son icra müddəti 31 dekabr 2025-ci il tarix olduğuna görə həmin tarixə qədər elektrik avadanlıqlarını göndərəcəklərini bildiriblər. İnzibati xəta haqqında protokol tərtib edilərkən iştirakı təmin edilmədiyi üçün eləcə də hüquq və vəzifələri izah olunmadığı üçün bütün bu təsdiq edən sübutları inzibati orqan olan Mərkəzi Banka təqdim edə bilməmişdir. İnzibati orqan isə inzibati xəta haqqında iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan qanunsuz qərar çıxarmışdır. Eləcə də qeyd etməlidir ki, Mərkəzi Bank tərəfindən cərimə olunduğu 2000 ABŞ dolları məbləğində pul vəsaitini ödəmək qabiliyyətində deyil. Çünki ailədə yoldaşı yeganə qazanc gətirən şəxs olmuşdur. Özü heç yerdə işləmir. Himayəsində iki azyaşlı uşağı var və çox çətinliklə dolanırlar. İnzibati orqan tərəfindən yazılmış protokol düzgün tərtib edilməmiş, həmçinin təqsirinin olub olmaması araşdırılmamışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq o, bildirmişdir ki, fiziki şəxs olaraq fərdi sahibkar qismində Vergidə qeydiyyatda olsa da onun adınnan bağlanmış bütün müqavilələr, müqavilə əsasında xarici şirkətlərlə edilmiş köçürmələr həyat yoldaşı X8 tərəfindən icra edilmişdir. Hal-hazırda həyat yoldaşı X5 barəsində Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə cinayət işi başlanmış və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin iş üzrə o, sırf xaricə əri tərəfindən onun adından göndərilmiş pul məbləğləri ilə bağlı zərərçəkmiş şəxs qismində tanınmışdır. İnzibati xəta haqqında protokol tərtib edilərkən iştirakı təmin edilmədiyi üçün eləcə də hüquq və vəzifələri izah olunmadığı üçün sübutlarını inzibati orqan olan Mərkəzi Banka təqdim edə bilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X6 tərəfindən tərtib olunmuş 28 avqust 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X1 20000.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürməsi və 02 il müddət keçsə də, 20000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməməsi, valyuta vəsaitini geri qaytarmaması əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru X4 tərəfindən tərtib olunmuş 11 sentyabr 2024-cü il tarixli, EP seriyalı ******* 2saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X1 20000.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürməsi və 02 il müddət keçsə də, 20000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməməsi, valyuta vəsaitini geri qaytarmaması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən inzibati xətanın bilavasitə obyekti olmuş 20000.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 10 faizi miqdarında, yəni 2000.00 ABŞ Dolları məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi barədə 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Yasamal RPİ-nin İŞ-də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün aidiyyəti üzrə Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X8 təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə ittiham elan edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(004)-176/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X5 barəsində istintaq müddətinin sonunadək, yəni 25 may 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 28 avqust 2024-cü il tarixli, EP seriyalı ******* inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 11 sentyabr 2024cü il tarixli, EP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X1 20000.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürməsi və 02 il müddət keçsə də, 20000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməməsi, valyuta vəsaitini geri qaytarmaması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən inzibati xətanın bilavasitə obyekti olmuş 20000.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 10 faizi miqdarında, yəni 2000.00 ABŞ Dolları məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında verdiyi izahatında X3 bildirmişdir ki, fiziki şəxs olaraq fərdi sahibkar qismində Vergidə qeydiyyatda olsa da onun adınnan bağlanmış bütün müqavilələr, müqavilə əsasında xarici şirkətlərlə edilmiş köçürmələr həyat yoldaşı X8 tərəfindən icra edilmişdir. Hal-hazırda həyat yoldaşı X5 barəsində Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə cinayət işi başlanmış və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin iş üzrə o, özü zərərçəkmiş şəxs qismində cəlb edilmişdir. İnzibati xəta haqqında protokol tərtib edilərkən iştirakı təmin edilmədiyi üçün eləcə də hüquq və vəzifələri izah olunmadığı üçün sübutlarını inzibati orqan olan Mərkəzi Banka təqdim edə bilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan şikayət əsaslıdır. Şikayət ərizəsinə əlavə olunmuş sənədlərdən məlum olduğu kimi 25 yanvar 2024-cü il tarixdə Yasamal RPİ-nin İŞ-də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, 26 fevral 2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə X8 təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə ittiham elan edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(004)-176/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Lakin səlahiyyətli orqan tərəfindən barəsində inzibati iş üzrə icraat aparılan X1 inzibati icraat zamanı iştirakı təmin edilmədən, izahatı alınmadan və xaricə pul köçürmə əməliyyatlarının onun və ya həyat yoldaşı, hal-hazırda barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi olan X8 tərəfindən həyata keçirilməsi müəyyən edilmədən barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X1 barəsində 28 avqust 2024-cü il tarixli, EP seriyalı ******* inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 11 sentyabr 2024cü il tarixli, EP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X1 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 28 avqust 2024-cü il tarixli, EP seriyalı ******* inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 11 sentyabr 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 28 avqust 2024-cü il tarixli, EP seriyalı ******* inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 11 sentyabr 2024cü il tarixli, EP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar