Məhkəmə qərarları › İş №3(011)-5919/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5919/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5919/2025 18.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi ilə, Bayramova Nərmin Nizami qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursunun banklarla DGK arasında «Forma 3.9.2.1» elektron hesabat sistemindən xx.xx.2025-ci il tarixdə alınmış məlumata əsasən "N-ADVERT” MMC tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində rəsmiləşdirilən 1 (bir) gömrük bəyannaməsi üzrə 5294.12 (beş min iki yüz doxsan dörd dollar on iki sent) ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi göstərilmişdir. Buna görə də Şəxs MMC barəsində 28 iyul 2025-ci il tarixli 00100-02217/25 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC ilə aralarında xidmət müqaviləsi imzalanmışdır. Həmin müqavilə əsasında xx.xx.2024-cü il tarixdə görüləcək işlər üzrə qaimə kəsilmişdir. xx.xx.2024-cü il tarixdə mallar təhvil verilmişdir. xx.xx.2024-cü il tarixdə mallar ölkədən çıxarılmışdır. Təqdim edilən bank sənədindən görünür ki, həmin vəsait 180 gün ərzində bank hesabına köçürülmüşdür. İnzibati xəta tərkibi olmadığından icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Dövlət Gümrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gümrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Rəsmiləşdirmə Mərkəzinin rəis müavini Kamran Mədədov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları"nın 12.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Belə ki, ixracatçı şirkətlər konsiqnasiya yolu ilə ixrac etdiyi malların müqabilində köçürülən vəsaitin müvəkkil banklar tərəfindən portala köçürülməsini təmin etmək üçün müvafiq banka yönləndirilmişdir. "xxxx" MMC-yə (VÖEN **********) bu barədə Bildiriş (3-33- 1100/2- 001760/2025 xx.xx.2025 14:33:54) məktubu göndərilmişdir. X1 Sistemində, banklarla Dövlət Gömrük Komitəsi arasında olan "Forma 3.9.2.1" elektron hesabat sistemindən xx.xx.2025-ci il tarixində alınmış məlumata əsasən "xxxx" MMC xx.xx.2017ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər rəsmiləşdirilən 1 gömrük bəyannaməsi üzrə 5294.12 ABŞ dolları məbləğində vəsait sözü gedən hesabatda öz əksini tapmamışdır. İş materiallarında olan konsiqnasiya əməliyyatları üzrə hesabatdan görünür ki, **********2114 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 5294.12 (beş min iki yüz doxsan dörd dollar on iki sent) ABŞ dolları qalıq qalmışdır. İş materiallarında olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına dair № 242 bildirişdən görünür ki, **********2114 sorğu nömrəli gömrük bəyannamələri üzrə ixrac etdiyiniz malların müqabilində 5294.12 ABŞ dolları ekvivalentində olan vəsaitin bankda olan hesabınıza köçürülməsi təmin edilməmişdir. Qeyd: Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. İş materiallarında olan **********2114 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, mallar xx.xx.2024-cü il tarixdə ölkədən ixrac edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli razılaşma protokolundan görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC 5294.12 ABŞ dolları məbləğində mallar üzrə razılaşmışlar. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, NA 24/63 xidmət müqaviləsindən görünür ki, bu Müqaviləyə görə «İcraçı» ("xxxx" MMC) adı, çeşidi, miqdarı, xüsusiyyətləri, icra olunma müddətləri və digər zəruri rekvizitləri Müqavilənin ayrılmaz tərkib hissəsləri olan Əlavələri ilə müəyyən olunan xidməti (bundan sonra <<Xidmət>> adlanacaq) «Sifarişçiyə göstərməyi, <<<Sifarişçi>> ("xxxx" MMC) isə göstərilmiş xidməti qəbul edib əvəzində Müqavilə ilə (onun müvafiq Əlavələri ilə) müəyyənləşdirilmiş qiymətini ödəməyi öhdəsinə götürür. 2.2.X7 göstərilən Xidmətlərin dəyəri Tərəflər arasında imzalanan və bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələr (X3) ilə müəyyən olunur. 2.3.X7 Xidmətlərin göstərilməsi Tərəflər arasında malın yerində təhvilindən sonra imzalanan Təhvil-təslim aktı ilə təsdiq olunur. İş materiallarına əlavə edilmiş X5 Qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, "xxxx" MMC xx.xx.2019-cu il tarixdən VÖEN ********** ilə hüquqi şəxs kimi qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli hesabdan çıxarışdan görünür ki, həmin tarixdə 5294.12 ABŞ dollarında məbləğ qayıtmışdır. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il tarixli 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.12-ci maddəsinə əsasən həmin Məcəllənin 231.1, 480-505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 may 2021-ci il tarixli Plenum Qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən, isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İnzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar