Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5941/2025 08.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Xatir Məmmədovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs, Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-260/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclunun öhdəliyinin icra edilməməsi müəyyən edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Xatir Məmmədov tərəfindən MN ******* nömrəli, 08 avqust 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Xatir Məmmədov izahatında göstərmişdir ki, Şəxs, Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-260/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə öhdəliyi icra etməmişdir. Belə ki, yaranmış 3500 manat borcdan indiyədək heç bir məbləği ödəməmişdir. İş Xətai Rayon İcra Şöbəsinə xx.xx.2025-ci ildə daxil olmuş, şəxs şöbəyə bir həftə əvvəl dəvət edilmişdir. Hazırda şəxs yaranmış borc məbləğindən 1000 manat ödəniş etmişdir. Bu səbəbdən də, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, işsiz olduğu üçün yaranmış borcu ödəyə bilmir. Hazırda borcdan 1000 manat ödəniş etmişdir. Göstərilənlərə əsasən onun barəsində başlanılmış olan inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Belə ki, 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. İş materiallarından olan Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 260/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, 2795.58 (iki min yeddi yüz doxsan beş manat əlli səkkiz qəpik) manat əsas borc, 244.90 (iki yüz qırx dörd manat doxsan qəpik) manat faiz borcu, 300 (üç yüz) manat cərimə olmaqla, cəmi 3340.48 (üç min üç yüz qırx manat qırx səkkiz qəpik) manat məbləğində pul Şəxs tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nə ödənilsin. İddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman 77.84 (yetmiş yeddi manat səksən dörd qəpik) manat dövlət rüsumunun 45 (qırx beş) manat hissəsi və vəkilə hüquqi yardım üçün ödənilmiş 200 (iki yüz) manat xidmət haqqının 115 (yüz on beş) manat hissəsi Şəxs tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nə verilməsi qərara alınmışdır. İş materiallarından olan icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Naxçıvan Şəhər İcra və X1 MR Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 260/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Naxçıvan MR ƏN Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs icra sənədinin icra olunması üçün könüllü icra etməsi xahiş olunmuş, hüquq və vəzifələri başa salınmışdır. İş materiallarında olan Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 8(078)- 112/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin təqdimatı təmin olunmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin borclu Şəxs qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-260/2023 nömrəli, 07 iyul 2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı xx.xx.1997-ci il tarixdə Babək rayonu, Yuxarı Buzqov kəndində doğulmuş, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olan borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. İş materiallarından olan icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 24.1.2-ci maddəsinə əsasər Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)- 260/2023 saylı, xx.xx.2023-cü-ci il tarixl sənədi icra olunması üçün Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə göndərilməsi qərara alınmışdır. Hazırki işdən müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Borclu öz borcunu etiraf edir və borcun müəyyən hissəsini ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd edilməlidir ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan borclu Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət şəxsin əməlində yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə ki, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-5941/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5941/2025
08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver