Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5983/2025 08.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi ilə, Şəxs MMC-nin nümayəndəsi və vəkili Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə Hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC tərəfindən 2386000.00 Rusiya rublu məbləğində vəsait bank vasitəsilə 20 iyul 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 2386000.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 21 iyul 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla bağlı 30 iyul 2025-ci il tarixli EP seriyalı ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi və vəkili Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Vəkil izahat verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. O, bildirmişdir ki, Mərkəzi Bank tərəfindən tərtib olunmuş protokol işin faktiki hallarına uyğun tərtib edilməmiş, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə araşdırımadan qanunsuz və əsassız qərar qəbul edilmişdir. Belə ki, Bank tərəfindən xəta araşdırılarkən iş üzrə 20 iyul 2023-ci il tarixdən 21 iyul 2025-ci il tarixədək mövcud olan tərəflər arasında, Kapital bank və Dövlət gömrük tərəfindən tərtib olunmuş sənədlər üzrə müqaisələr və təhlili aparılmamış, diqqətsizlik nəticəsində qənaətə gəlinmişdir ki, guya "xxxx" inzibati xəta törətmişdir. Hüquqi şəxs tərəfindən təqdim olunmuş bank və gömrük sənədlərindən görünür xx.xx.2023-ci il tarixdən xx.xx.2023-ci il tarixədək hüquqi şəxsin tapşırığına əsəsən müxtəlif malların alınması üçün onun AZ12Altb******************** hesabından Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən LLC "xxxx"in hesabına "xxxx" tərəfindən xx.xx.2023-ci il tarixdə ******* Rus rublu, xx.xx.2023-ci il tarixdə 5090393,32 Rus rublu, xx.xx.2023-ci tarixdə 9760098,36 Rus rublu, xx.xx.2023-ci il 9070891,44 Rus rublu, xx.xx.2023-ci il tarixdə 3850787,6 Rus rublu, xx.xx.2023-ci il tarixdə ******* Rus rublu, xx.xx.2023-ci il tarixdə 6102318,64 Rus rublu, xx.xx.2023-ci il tarixdə 3155776,8 Rus rublu, cəmi 46730692,16 rus rublu köçürülmüşdür. Rusiyaya köçürülən həmin 46730692,16 Rus rublu müqabilində yuxarıda qeyd olunan Qaydalara əsasən 2 il müddət keçmədən "xxxx" hüquqi şəxsin ünvanına xx.xx.2023-ci il tarixdə 10072298,36 dəyərində, xx.xx.2023-ci il tarixdə 5090393,32 dəyərində, xx.xx.2023-ci il tarixdə 3850787,60 dəyərində, xx.xx.2023-ci il tarixdə 7314426,00 dəyərində, xx.xx.2023-ci il tarixdə 6102318,64 dəyərində, xx.xx.2023ci il tarixdə 3155776,80 dəyərində, xx.xx.2024-cü il tarixdə 5153883,60 və xx.xx.2024-cü il tarixdə 5990807,84 dəyərində, cəmi 46730692,16 rubl dəyərində mal idaxal olunmuşdur. Həmin malların Azərbaycan Respublikasına idxal olunmasına dair Dövlət Gömrük Komitəsində hüquqi şəxs tərəfindən idxal olunan mallar üzrə gömrük bəyannaməsi tərtib edilərkən sadəcə olaraq texniki səhvə yol verilməklə gömrük bəyannamələri ********** nömrə altında qeyd edilmişdir. "xxxx" MMC adına idxal olunan mallar üzrə tərtib olunmuş ********** nömrəli gömrük bəyannamələr (8 ədəd) Dövlət Gömrük Komitəsində araşdırılarkən müəyyən edilmişdir ki, qeyd olunan ********** nəmrəli bəyannamələr üzrə hüquqi şəxsin adına daxil olmuş 46730692,16 Rus rublu dəyərində mallar daxil olmuş və bu barədə tərtib olunmuş gömrük bəyannamələrində malların dəyəri tam şəkildə ********** nömrəli gömrük bəyannaməsində göstərilən rəqəmlərlə uyğundur. Belə ki, ********** nömrəli gömrük bəyannaməsi altında xx.xx.2023-cü il tarixdə 10072298,36 dəyərində daxil olmuş mal **********669 bəyannamə altında daxil olmuş, ********** nömrəli gömrük bəyannaməsi altında xx.xx.2023-cü il tarixdə 5090393,32 dəyərində daxil olmuş mal **********841 nömrə altında, ********** nömrəli gömrük bəyannaməsi altında xx.xx.2023-cü il tarixdə 3850787,60 dəyərində daxil olmuş mal **********445 nömrə altında, ********** nömrəli gömrük bəyannaməsi altında xx.xx.2023-cü tarixdə 7314426,00 dəyərində daxil olmuş mal **********772 nömrə altında, ********** nömrəli gömrük bəyannaməsi altında xx.xx.2023-cü il tarixdə 6102318,64 dəyərində daxil olmuş mal **********798 nömrə altında, ********** nömrəli gömrük bəyannaməsi altında xx.xx.2023-cü il tarixdə 3155776.80 dəyərində daxil olmuş mal **********830 nömrə altında, ********** nömrəli gömrük bəyannaməsi altında xx.xx.2024-cü il tarixdə 5153883,60 dəyərində daxil olmuş mal **********646 nömrə altında, ********** nömrəli gömrük bəyannaməsi altında xx.xx.2024-cü il tarixdə 5990807,84 dəyərində daxil olmuş mal **********649 nömrə altında daxil olmuşdur. Cəmi 46730692,16 rubl dəyərində mal idxal olunmuşdur. Beləliklə, təhlil olunmuş gömrük bəyannamələrdən görünür ki xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək hüquqi şəxsin tapşrığına əsasən müxtəlif malların alınması üçün onun AZ12Allb******************** hesabından Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən LLC "xxxx" nin hesabına "Kapital Bank tərəfindən köşürülmüş 46730692,16 rubl üzrə Azərbaycan Respublikasına "xxxx" MMC-nin adına 46730692,16 rubl dəyərində mal idxal edilmişdir. Bundan başqa "xxxx" MMC və Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən LLC "xxxx" nin arasında aparılan müqayisəli cədvəldən də görünür ki, qeyd olunan müddət ərzində, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC LLC "xxxx" MMC 46730692,16 rubl göndərmiş və həmin pul müqabilindədə 46730692,16 rubl dəyərində malları almışdır. Mərkəzi Bankın səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə hazırkı işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan ödəniş tapşırığı surətindən görünür ki, Şəxs MMC tərəfindən 20 iyul 2023-cü il tarixində "xxxx" ASC vasitəsilə 2386000.00 Rusiya rublu məbləğində pul vəsaiti Azərbaycan Respublikasından kənara köçürülmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs MMC tərəfindən 21 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malların (xidmətlərin) idxalını təsdiq edən sənədlər təqdim edilməmişdir. Təqdim edilmiş bəyannamələrdən görünür ki, Şəxs MMC tərəfindən 2386000.00 Rusiya rublu məbləğində vəsaitin qarşılığında alınmış mallar ölkəyə daxil olmuşdur. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X1 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 20 iyul 2023-cü il tarixində 2386000.00 Rusiya rublu məbləğində pul vəsaiti xaricə köçürülmüş, həmin məbləğ müqabilində olan mallar ölkəyə idxal olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibi yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 105 və 114cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İnzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-5983/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5983/2025
08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver