Məhkəmə qərarları › İş №3(011)-6/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-6/2021

26.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-6/2021 26.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ DYPİ-nin nümayəndəsi X2 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Naxçıvan MR-da doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPİ Dövlət X7 daxil olmuş xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2020-ci tarixdə saat 08:27 radələrində idarə etdiyi «Ford Focus» minik markalı, 99SE285 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhərinin Xətai rayonu ərazisində hərəkət edən zaman saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Bununla da, o, İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ DYPİ-nin nümayəndəsi X6 göstərdi ki, ilkin müayinə xx.xx.2020-ci tarixdə saat 08:27-də olduğu halda, ikinci müayinə iki saat sonra saat 10-55-də aparılmış, Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsin xx xxxxxx 2021-ci il tarixli məktubundan görünür ki, iki saat ərzində alkoqolun miqdarının təmizlənməsi mümkündür. Sürücü avtomobili sərxoş halda idarə etməsini sərxoşluq vəziyyətinin müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolda etiraf etmişdir. Qeyd olunanları nəzərə alaraq Şəxs tənbeh edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, Bakı şəhəri BPİ DYPİ Müşayət-Eskort bölüyü, YPX inspektoru polis serjantı X3 xx xxxxxx 2020-ci tarixdə onu saat 06:11 radədərində deyil, məhz saat 8:27-dəqiqədə, özü də heç bir qanuni əsas olmadan, yəni yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmadığı, eləcə də sair qayda pozuntularına yol vermədiyi halda onu saxlamış və sənədlərini tələb edərək baxdıqdan sonra, alkotester cihazı tətbiq etməklə, alkoqol qəbul edib-etməməyini yoxlamışdır. Cihazın 0.367 promil göstərdiyini bildirərək ona narahat olmamasını, əgər göstərici 0,4 promildən aşağidırsa, bunun heç bir məsuliyyətinin olmadığını bildirmişdir. Ona inanıb, onun diqtəsi ilə izahat yazıb göstərmişdir ki, keçən gün axşam bir bakal pivə içmiş və həkimə getməyə ehtiyac yoxdur. Əslində pivə də içməmişdir. İnspektorun səmimiyyətinə inandığı üçün onun diqtə etdiyi sözləri izahatına yazmışdır. İnspektor Ə.Rüstəmli protokolu alkotester müayinəsindən dərhal sonra tərtib etmişdir. İzahat yazıb imzaladıqdan sonra, Ə.Rüstəmlinin ona olan münasibəti dəyişmişdir. Onun münasibətinin dəyişildiyini görüb atası X4 və vəkillik fəaliyyəti ilə məşğul olan qohumuna zəng edib saxlandığını bildirmiş, alkoqol qəbul etmədiyini demişdir. Qohumu onun alkoqol qəbul etmədiyini bilib, ona alkotester müyinəsinin doğru olub-olmamasını aydınlaşdırmaq üçün Bakı şəhəri Nizami Metrostansiyasmm yaxınlığındakı xəstəxanaya gedib həkim müayinəsindən keçməyi məsləhət görmüşdür. Bakı şəhəri Nizami Metrostansiyasının yaxınlığındakı xəstəxanaya gəlib, saat 10:55-dəqiqədə, yəni alkotester müayinəsindən 2 saat 28 dəqiqə sonra tibbi müayinədən keçmiş və bu barədə 2/6116 №li tibbi müayinə protokolu almışdır. Tibbi müayinə zamanı onda nəinki spirtli içki qəbulu faktı, ümumiyyətlə alkoqol iyi belə müəyyən olunmamışdır. Cihaz isə 0,00 promil göstərmişdir. Halbuki Ə.Rüstəmli onu özü aparıb xəstəxanada həkim müayinəsidən keçirməli olmuşdur. Çünki alkotestrin göstərcisi inzibati xətanın törədilməsini təsdiq etmir. Alkotester müayinəsinin göstəricisi sadəcə olaraq şəxsin həkim müayinəsindən keçirilməsi üçün əsas sayılır və YPX əməkdaşının sürücünü həkim müayinəsindən keçirməsini təmin etməkdən azad etmir. Görünür Ə.Rüstəmlinin alkotestr müayinəsi saxta olduğundan o, onu həkim müayinəsinə aparmamış və öz saxtakarlığını ört-basdır etmək üçün ona həkim müayinəsindən keçməyə ehtiyac olmadığını yazdırmışdır. Eyni zamanda onu həkim müayinəsindən ən azı ona görə keçirməli idi ki, o, alkotestir müayinəsinə hal şahidi cəlb etməmişdir. Belə ki, tXM-nin 69.2ci maddəsində qeyd edilir ki, şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Lakin YPX inspektoru Ə.Rüsməmli onun sərxoşluq vəziyyətinin müayinəsini apararkən hal şahidlərinin iştirakını təmin etəməməklə, İXM-nin qeyd edilən normasının tələblərini kobud şəkildə pozduğundan, ümumiyyətlə alkotestr müayinəsinin nəticəsi etibarlı sayıla və məonunnim təqsirli olmağının əsası kimi qəbul edilə bilməz. Digər tərəfdən Ə.Rüstəmlinin tərtib etdiyi protokola əsasən alkotestr müayinəsini saat 6:11 də aparmışdır. Lakin o, inzibati xəta haqqında protokolu saat 8:27dəqiqədə tərtib etmişdir. Bu halda istər-istəməz sual yaranır, əgər X3 onu saat 06:11-də alkotester müayinəsindən keçirmişdirsə və cihazın 0.367 promil göstərdiyini müəyyən etmişdirsə, bəs hansı səbəbdən dərhal protokol tərtib etməmiş və protokolu nəyə görə 2 saat 16 dəqiqədən sonra tərtib etmişdir? Halbuki, İXM-nin 101.1 -ci maddəsinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, BPİ DYPİnin YPX inspektoru vəzifəsində çalışır. xx.xx.2020-ci tarixdə saat 9-a işləmiş Bakı şəhərinin Xətai rayonu Y.Səfərov küçəsi ilə hərəkətdə olan «Ford Focus» minik markalı, 99SE285 dövlət qeydiyyat nişanlı avtomobili saxlamış, sürücüdən spirt qoxusu gəldiyindən xüsusi texniki vasitə ilə sürücünün sərxoşluğu yoxlanılmış, yoxlama zamanı sürücünün sərxoş olması müəyyən edilmişdir. Sürücüyə tibbi müayinəyə getmək təklif edilmiş, lakin sonuncu alkotestrin nəticəsi ilə razılaşmış, həkimə getməyə ehtiyac olmadığını bildirmiş, bu barədə protokola qeyd etmişdir. Bundan sonra, sürücü barəsində İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Xəta hadisəsi xx.xx.2020-ci tarixdə inzibati xəta haqqında protokolda qeyd edilən saat 08-27-də baş vermiş, xüsusi texniki vasitənin saatında texniki problemlər olduğundan qəbzdə saat 06-11 kimi görünmüşdür. Sürücüyə hər hansı təsir olmamış, sərxoşluq vəziyyətinin müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolda olanları sürücü könüllü yazmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs həmin tarixdə saat 08:27 radələrində Bakı şəhərinin Xətai rayonu Y.Səfərov küçəsində «Ford Focus» minik markalı, 99SE285 dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etdiyindən barəsində İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir; sərxoşluq vəziyyətinin müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, Şəxs protokolda “idarə etdiyi Ford Focus markalı, 99SE285 dqn avtomobili ypx əməkdaşı tərəfindən saxlanılıb yoxlama zamanı alkotestr ilə az miqdarda (1 putulka pivə) qəbul etməyim aşkar olundu dünən axşam alkotestrin nəticəsiylə razıyam, həkimə getməyi ehtiyac bilmirəm, söz verirəm birdaha spirtli içki qəbul edib sükan arxasında əyləşməyəcəm” deyə qeyd etmişdir; xüsusi texniki vasitələnin nəticəsindən görünür ki, Şəxs alkoqolun konsentrasiyası 0,3 promill həddindən artıq 0,367 promill olmuşdur; xx xxxxxx 2020-ci il tarixli, 2/6116 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, həmin tarixdə saat 10-55-də Şəxs ayıq olunmuşdur; Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsin xx xxxxxx 2021-ci il tarixli məktubundan görünür ki, Şəxs sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılmış ilkin müəyinə ilə sonuncu müayinə arasında müxtəlif nəticələrin olması mümkün olan hal kimi qiymətləndirilir. Nəzərə alınsa ki, orqanizmin fərdi xüsusiyyətlərindən aslı olaraq alkoqolun miqdarı hər 1 saat 0,20-0,40 promil təmizlənir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli xx xxxx 2014-cü il tarixli qərarının 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab olunur. Şəxs dəlilləri; saxlanılan zamanı sərxoş olmamışdır, izahatı inspektorun səmimiyyətinə inandığı üçün yazmışdır, xx xxxxxx 2020-ci il tarixli, 2/6116 saylı tibbi müayinə protokolunda saat 10-55-də ayıq olması qeyd edilmişdir, protokol yazılarkən hal şahidi cəlb edilməmişdir, inspektor onu həkim müayinəsindən keçirməsini təmin etməmişdir, xx xxxxxx 2020-ci tarixdə saat 06:11 radədərində deyil, saat 8:27-dəqiqədə saxlanılmış və müayinə edilmişdir. Məhkəmə Şəxs dəlilləri ilə razılaşmır və bunu aşağıdakılarla əsaslandırır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs saxlanılan zamanı sərxoş olmamasını bildirsə də, onun sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən əldə edilmiş alkoqolun konsentrasiyası 0,367 promill olmuş, Şəxs sərxoşluq vəziyyətinin müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolda “idarə etdiyi Ford Focus markalı, 99SE285 dqn avtomobili ypx əməkdaşı tərəfindən saxlanılıb yoxlama zamanı alkotestr ilə az miqdarda (1 putulka pivə) qəbul etməyim aşkar olundu dünən axşam alkotestrin nəticəsiylə razıyam, həkimə getməyi ehtiyac bilmirəm, söz verirəm birdaha spirtli içki qəbul edib sükan arxasında əyləşməyəcəm” deyə qeyd etmişdir. Həmçinin, məhkəmə xx xxxxxx 2020-ci il tarixli, 2/6116 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokola münasibətdə qeyd edir ki, Şəxs 08-27-də müayinədən keçmiş, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokol üzrə müayinə isə 02 saat 28 dəqiqə sonra saat 10-55-də aparılmışdır. Bundan əlavə, Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsin xx xxxxxx 2021-ci il tarixli məktubunda Şəxs sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılmış ilkin müəyinə ilə sonuncu müayinə arasında müxtəlif nəticələrin olması mümkün olan hal kimi qiymətləndirilmiş, orqanizmin fərdi xüsusiyyətlərindən aslı olaraq alkoqolun miqdarının hər 1 saat 0,20-0,40 promil təmizlənməsi qeyd edilmişdir. Göründüyü kimi, müayinələr arasında vaxt vasiləsi olmuş, saat 08-27-də alkoqolun konsentrasiyası 0,367 promill olmuş şəxsin 02 saat 28 dəqiqə sonra ayıq olunması mümkün olmaqla, şəxsin saat 08-27-də sərxoş olmasını təkzib etməmişdir. Həmçinin, inzibati xəta haqqında protokolu tərtib etmiş X1 tibbi müayinəyə getmək təklif etdiyini, lakin sonuncunun alkotestrin nəticəsi ilə razılaşdığını, həkimə getməyə ehtiyac olmadığını bildirdiyini, sərxoşluq vəziyyətinin müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolda olanları sürücünün könüllü yazdığını göstərmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olubolmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Şəxs müayinənin nəticəsi ilə razılaşdığından sonuncunun tibbi müayinəyə aparılması məcburi olmamışdır. Şəxs saat 06:11 radədərində deyil, saat 8:27-dəqiqədə saxlanıldığını və müayinə edildiyini bildirmiş, inzibati orqanın nümayəndəsi və protokol tərtib etmiş şəxs xüsusi texniki vasitənin saatında texniki problemlər olduğundan qəbzdə saatın 06-11 kimi göründüyünü bildirmiş, Şəxs saat 8:27-dəqiqədə saxlanıldığını və müayinə edildiyini təsdiq etmiş, qeyd olunan hal mübahisə doğurmamış, məhkəmə Şəxs saat 8:27-dəqiqədə saxlanıldığını və müayinə edildiyini nəzərə almışdır. Hal şahidi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. 96.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokolda aşağıdakılar göstərilir: 96.4.1. protokolun tərtib edildiyi yer, tarix və vaxt; 96.4.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 96.4.3. nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırmanın və sərxoşluq vəziyyətini müəyyən etmənin əsasları; 96.4.4. nəqliyyat vasitəsini idarə edən şəxs barəsində məlumatlar; 96.4.5. nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 69.2-ci maddəsində sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburi hesab etsə də, həmin Məcəllənin 96-cı maddəsində sərxoşluq vəziyyətinin müayinəsi zamanı hal şahidlərinin iştirakı nəzərdə tutulmamış, həmin protokolda hal şahidləri ilə bağlı hər hansı xüsusatın göstərilməsi qeyd edilməmişdir. Digər tərəfdən, məhkəmə nəzərə alır ki, hal şahidlərinin iştirakının təmin edilməməsi halında protokolun etibarsızlığı ilə bağlı inzibati xətalar qanunvericiliyində hər hansı müddəa nəzərdə tutulmamışdır. Həmçinin, həmin halın aradan qaldırılması mümükün olmadığından qeyd edilən əsası işin natamamlığı kimi qiymətləndirmək də mümkün deyildir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallarda hal şahidlərinin iştirakının təmin edilməməsi əsası da nəzərdə tutulmamışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin məhkəmə baxışı zamanı verdiyi izahata iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə hüquqi qiymət verərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəməyə verdiyi izahat həqiqətə uyğun deyil, onun bu məzmunda izahat verməsi inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, «sərxoşluq vəziyyətinin müəyyən etmək üçün texniki vasitədən istifadə etmək haqqında» protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar