Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-6/2023 30.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlu, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi Nümayəndə, Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X6 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında materialdan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-ə məxsus stomatoloji müəssisədə 17 noyabr 2022-ci il tarixdə saat 15:15-də aparılan planlı yoxlama zamanı sertifikatsız praktik tibbi fəaliyyət – müəyyən edilmişdir. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin mütəxəsisi X9 tərəfindən Şəxs MMCnin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 17 noyabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X8 inzibati xəta haqqında protokolun qanuni və əsaslı olmasını nəzərə alaraq Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC ilə X10 arasında əmək müqaviləsi 21 dekabr 2020-ci il tarixdə bağlanmış və 18 noyabr 2022-ci il tarixdə xitam verilmişdir. AA № 090716 nömrəli orta ixtisas təhsili haqqında Diplomun surətindən görünür ki, X10 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 1 nömrəli Bakı Tibb Kollecini tibb bacısı işi ixtisası üzrə bitirmiş və ona 21 iyul 2017-ci il tarixli 5107 qeydiyyat nömrəli diplom verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası qaydası ”nın 1.4-cü bəndində göstərilir ki, ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər. Yəni “BƏYAZ DİŞ-N" MMC ilə X10 arasında 21 dekabr 2020-ci il tarixdə əmək müqaviləsi bağlanarkən onun orta ixtisas tibb təhsil müəssisəsini bitirdiyi vaxtdan cəmi 3 il 5 ay keçmişdir. Odur ki, "xxxx" MMC ilə X10 arasında 21 dekabr 2020-ci il tarixdə əmək müqaviləsi bağlanarkən o sertifikasiyadan keçmiş şəxs olmuş və Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsinin tələbləri pozulmamışdır. X10 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 1 nömrəli Bakı Tibb Kollecini “tibb bacısı işi” ixtisası üzrə bitirmiş və ona 21 iyul 2017-ci il tarixli 5107 qeydiyyat nömrəli diplom verilmişdir. Yəni X1 etibarlılıq müddəti 21 iyul 2022-ci il tarixdə başa çatmışdır. O növbəti beş il üçün yenidən sertifikasiyadan keçməlidir. Lakin bu, o demək deyildir ki, Aygün Məmmədova növbəti gün 22 iyul 2022-ci il tarixdə sertifikasiyadan keçməlidir. Tibb bacısı X10 2021-ci ilin dekabr ayında “xarici burun deformasiyası, burun çəpəri əyriliyi, hipertrofik rinit” diaqnozu ilə əməliyyat olunmuş, eyni zamanda “hipotireoz” diaqnozu ilə hazırda xəstədir. İyil və avqust aylarında, ümumiyyətlə, sertifikasiya imtahanları keçirilməmiş, Aygün Məmmədova sentyabr ayından noyabr ayının əvvəllərinə kimi boş vaxtlarında özünün müalicəsi ilə məşğul olmuş, praktiki fəaliyyətlə məşğul olmamış, səhhətində problemlər olduğu üçün 18 noyabr 2022-ci il tarixdə öz ərizəsi ilə tutduğu vəzifədən azad edilmişdir. Beləliklə, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərii olmadığı üçün həmin hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsi ilə olan inzibati xəta haqqında işə xitam verməyi xahiş etmişdir. İş materiallarından görünür ki, Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-də xx.xx.2022xx.xx.2022-ci il tarixlərində plan üzrə stomatologiya sahəsində fəaliyyətin yoxlanılması üçün sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 01 noyabr 2022-ci il tarixdə KY221828153 nömrəli çıxarış verilmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin baş direktoru X5 999 nömrəli 01 noyabr 2022-ci il tarixli qərarından görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nin fəaliyyətinin yoxlanılması məqsədilə planli (növbəti) yoxlama həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan 17 noyabr 2022-ci il tarixli özəl tibb müəssisənin planlı yoxlama üzrə aktdan görünür ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən Şəxs MMC-də həyata keçirilən yoxlama zamanı X7 (tibbi bacısı) sertifikasiyadan keçmədən praktiki tibbi fəaliyyətlə məşğul olması aşkarlanmışdır. İş materiallarında olan AA № 090716 nömrəli diplomun surətindən görünür ki, X10 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 1 nömrəli Bakı Tibb Kollecini tibb bacısı işi ixtisası üzrə bitirmiş və ona 21 iyul 2017-ci il tarixli 5107 qeydiyyat nömrəli diplom verilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC ilə X10 arasında əmək müqaviləsi 21 dekabr 2020-ci il tarixdə bağlanmış və 18 noyabr 2022-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 24 iyul 2022-ci il tarixli təsisçi qərarından görünür ki, xx.xx.2022-ci il tarixdən tibb bacısı işləyən X2 keçənədək əmək haqqı saxlanılmaqla tibbi praktik fəaliyyətdən uzaqlaşdırılmışdır. İş materiallarında olan sənədləri, tərəflərin izahatını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 49-1-ci maddəsinə əsasən əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası qaydası”nın 1.4-cü bəndinə əsasən ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X10 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 1 nömrəli Bakı Tibb Kollecini tibb bacısı işi ixtisası üzrə bitirmiş və ona 21 iyul 2017-ci il tarixli 5107 qeydiyyat nömrəli diplom verilmiş, 5 il tamam olmadan xx.xx.2022-ci il tarixdən o, sertifikasiyadan keçənədək əmək haqqı saxlanılmaqla tibbi praktik fəaliyyətdən uzaqlaşdırılmışdır. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 17 noyabr 2022-ci il tarixdə keçirilən planlı yoxlama zamanı həmin fakt nəzərə alınmamış, X3 praktik tibb fəaliyyəti ilə məşğul olmasına dair sübutlar iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, «BƏYAZ DİŞ-N” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 215.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-6/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-6/2023
30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver