Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-6/2024 15.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs etibarnamə üzrə nümayəndələri X2 və X1 iştirakı ilə, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə 04 oktyabr 2023-cü il tarixli, 13000-01190/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, xx.xx.2017-ci il tarixində ölkəyə gələn "xxxx" adlı yük Dövlət Neft Şirkətinin Şəxs və "xxxx" şirkəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2389/İM-0132 tarıxli “Neft məhsulunun satınalınması barədə” Müqaviləyə əsasən, **********00004 nömrəli barkod ilə Dövlət Neft Şirkətinin Şəxs tərəfindən satın alınmışdır. Lakin, sözügedən yük şirkət tərəfindən 06 sentyabr 2023-cü il tarixində **********8395 saylı gömrük bəyannaməsi ilə Baş İdarədə rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan yükün "xxxx" şirkətinə satılması barədə "xxxx" şirkəti və “Nord Tradinq FZE” şirkəti tərəfindən Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə xx.xx.2023-cü il tarixində müraciət olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 263 nömrəli “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında Qərarının 3.6-cı bəndinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 gündən gec olmayaraq verilməlidir. Lakin, Dövlət Neft Şirkətinin Şəxs və "xxxx" şirkəti arasında xx.xx.2023-cü il tarixli 2389/İM- 0132 tarixli “Neft məhsulunun satınalınması barədə” Müqavilə imzalansa da, yükün sərbəst dövriyyə ücün buraxılış gömrük prosedura altında yerləşdirilməsinə dair **********8395 saylı gömrük bəyannaməsini 06 sentyabr 2023-cü il tarixində təqdim etmişdir. Beləliklə, ixracatçı Azərbaycan Dövlət Neft Şirkətinin Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Dövlət Neft Şirkətinin Şəxs etibarnamə üzrə nümayəndəsi X6 barələrində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixində malın sərbəst dövriyyə ücün buraxılış gömrük proseduru altında rəsmiləşdirilməsi üçün gömrük orqanından icazə alınmış və bundan sonra tərəflərindən qanunvericilikdə nəzərdə tutulmuş 15 gün müddət keçmədən, yəni xx.xx.2023-cü il tarixində **********8395 saylı gömrük bəyannaməsi tərtib olunaraq gömrük orqanına təqdim olunmuş, bununlada hüquqi şəxs tərəfindən hər hansı bir inzibati xəta törədilməmişdir. Odur ki, göstərilənlərə əsasən o, barələrində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Dövlət Neft Şirkətinin Şəxs etibarnamə üzrə nümayəndəsi X3 izahatında Vüsal Quliyevin göstərdiyi xüsusatları eynilə təsdiqləyərək barələrində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin, böyük təhqiqatcısı, gömrük xidməti polkovnik-leytenantı X4 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 04 oktyabr 2023-cü il tarixli, 13000-01190/23 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs tərəfindən gömrük bəyannaməsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə təqdim edilmədiyindən, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində İXM-nin 493-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. "xxxx" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkətinin Şəxs arasında bağlanmış 15 may 2023-cü il tarixli 2389/İM-0132 nömrəli müqavilədən görünür ki, tərəflər aralarında neft məhsulunun satınalınması barədə razılığa gəlmişlər. “X5 FZE” və "xxxx" şirkətləri tərəfindən ayrı-ayrılıqda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə ünvanlanmış 04 iyul 2023-cü il tarixli məktublardan görünür ki, Dübəndi terminalında saxlanca alınmış 116,126 ton Türkmənistan mənşəli A-92 məhsulunun müvafiq müqavilələr əsasında "xxxx" şirkətinə satılması barədə məlumat səlahiyyətli orqana göndərilmişdir. “Nord Trading FZE” şirkəti tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə ünvanlanmış 30 avqust 2023-cü il tarixli NRD/28-29/23 saylı məktubdan görünür ki, Dübəndi terminalında saxlanca alınmış, “Nord Trading FZE” şirkətinə məxsus 116,126 ton həcmində Türkmənistan mənşəli A-92 məhsulu “X5 FZE” şirkətinə, o isə öz növbəsində “Socar МO” şirkətinə satmışdır. Qeyd edilən həcmdə yükün 2 vaqonla tranzit rejimindən idxal rejiminə keçərək “SOCAR MO” şirkətinə təhvil verilməsinə etiraz etmirlər. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli A-92 markalı avtobenzinin idxalı haqqında məktubdan görünür ki, “X5 FZE” şirkəti A-92 markalı avtomobil benzinini tranzit xüsusi gömrük proseduru altında ölkəyə gətirmişdir. Daha sonra “X5 FZE” şirkəti həmin avtomobil benzinini xx.xx.2023-cü il tarixli GPC-SO-DMCC/2023-A-088 nömrəli müqavilə əsasında "xxxx" şirkətinə satmışdır. SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (“MİƏİ”) və "xxxx" şirkəti arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 2389/İM-0132 nömrəli müqavilə çərçivəsində sözügedən avtomobil benzini MİƏİ tərəfindən satın alınmışdır. Bununla, hüquqi şəxs tərəfindən **********00004 nömrəli barkod ilə gətirilən A-92 markalı avtomobil benzininin 116.126 metrik tonunun tranzit xüsusi gömrük prosedurundan idxal proseduruna keçirilməsinə və MİƏİ-nin (VÖEN **********) adına rəsmiləşdirilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. **********8395 saylı gömrük bəyannaməsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs tərəfindən ünvanına gələn neft məhsulu xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsində bəyan edilmişdir; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin 12 yanvar 2024-cü il tarixli 3-33-3200/2-000026/2024 saylı sorğuya cavab məktubundan görünür ki, **********00004 barkod nömrəli 116.126 ton Türkmənistan mənşəli A-92 məhsulun tranzit xüsusi gömrük prosedurundan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar" İdarəsi (VÖEN **********) adına sərbəst dövriyyə gömrük proseduruna keçirilməsi məqsədilə Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixində Dövlət Gömrük Komitəsinə sifariş edilmiş və xx.xx.2023-cü il tarixində malların keçmə istiqamətini “tranzit girişdən” “gətirilən mallara” dəyişilməsi icra edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 493-cü maddəsinə əsasən, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs tərəfindən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə gömrük orqanına təqdim edilməməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin, böyük təhqiqatcısı, gömrük xidməti polkovnik-leytenantı X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 04 oktyabr 2023-cü il tarixli, 13000-01190/23 nömrəli protokola əsasən Dövlət Neft Şirkətinin Şəxs və "xxxx" şirkəti arasında xx.xx.2023-cü il tarixli 2389/İM-0132 tarixli “Neft məhsulunun satınalınması barədə” Müqavilə imzalansa da, yükün sərbəst dövriyyə ücün buraxılış gömrük prosedura altında yerləşdirilməsinə dair **********8395 saylı gömrük bəyannaməsinin 06 sentyabr 2023-cü il tarixində qanunvericilikdə nəzərdə tutulmuş müddət buraxılmaqla təqdim edilməsi əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. Lakin məhkəmə araşdırması zamanı yaranmış zərurətlə əlaqədar olaraq **********00004 barkod nömrəli 116.126 ton Türkmənistan mənşəli A-92 məhsulun tranzit gömrük proseduru rejimindən sərbəst dövriyyəyə nə vaxt və kimin adına keçirilməsi barədə məlumat verilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə sorğu göndərilmiş və həmin sorğuya cavab məktubunda qeyd edilmişdir ki, **********00004 barkod nömrəli 116.126 ton Türkmənistan mənşəli A-92 məhsulun tranzit xüsusi gömrük prosedurundan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar" İdarəsi (VÖEN **********) adına sərbəst dövriyyə gömrük proseduruna keçirilməsi məqsədilə Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixində Dövlət Gömrük Komitəsinə sifariş edilmiş və xx.xx.2023-cü il tarixində malların keçmə istiqamətini “tranzit girişdən” “gətirilən mallara” dəyişdirilmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən səlahiyyətli orqan tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs və "xxxx" şirkəti arasında xx.xx.2023-cü il tarixli 2389/İM-0132 tarixli “Neft məhsulunun satınalınması barədə” Müqavilənin imzalanmasına istinad edilsə də, xx.xx.2017-ci il tarixində ölkəyə gələn 116,126 ton həcmində "xxxx" adlı yük ilkin olaraq “Nord Trading FZE” şirkətinə daxil olmuş, daha sonra həmin yük “X5 FZE” şirkətinə satılmış, həmin şirkət isə öz növbəsində neft məsulunu xx.xx.2023-cü il tarixli GPC-SO-DMCC/2023-A-088 nömrəli müqavilə əsasında "xxxx" şirkətinə satmış və elə həmin tarixdə hər iki şirkət tərəfindən Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə bu barədə məlumat verilmişdir. Bundan sonra "xxxx" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkətinin Şəxs arasında bağlanmış 15 may 2023-cü il tarixli 2389/İM-0132 nömrəli müqaviləyə əsasən xx.xx.2023-cü il tarixində malın sərbəst dövriyyə ücün buraxılış gömrük proseduru altında rəsmiləşdirilməsi üçün gömrük orqanı tərəfindən icazə verilmiş və hüquqi şəxs tərəfindən müvafiq olaraq qanunvericilikdə nəzərdə tutulmuş 15 gün müddət keçmədən, yəni xx.xx.2023-cü il tarixində **********8395 saylı gömrük bəyannaməsi tərtib olunaraq gömrük orqanına təqdim olunmuşdur. Bununla da, hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib olunması əsassız olmuşdur. Beləliklə, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin.. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-6/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-6/2024
15.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver