Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-6/2025 02.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1936/2016 nömrəli, xx.xx.2016-cı il tarixli, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-174/2024 saylı, xx.xx.2024-cü il tarixli, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-2398/2024 saylı, xx.xx.2024-cü il tarixli və Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-2111/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X9 tərəfindən MN ******* nömrəli, 30 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1936/2016 nömrəli, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən 2141,87 manat məbləğində əsas borc, 162,94 manat məbləğində faiz borcu 58,90 manat məbləğində cərimə, 2363,71 manat məbləğində pul vəsaiti və 20 manat məbləğində dövlət rüsumu Şəxs alınaraq "xxxx" KB ASC-yə ödənilməlidir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-174/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-2398/2024 saylı, xx.xx.2024cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 1900 manat məbləğində pul vəsaiti X8 xeyrinə tutulmalıdır. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-174/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Hazırda aliment üzrə borc 7224 manat olmuşdur. Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-2111/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 4100 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq X6 xeyrinə ödənilməlidir. Hazırda heç bir ödəniş etməmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1936/2016 nömrəli, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən 2141,87 manat məbləğində əsas borc, 162,94 manat məbləğində faiz borcu 58,90 manat məbləğində cərimə, 2363,71 manat məbləğində pul vəsaiti və 20 manat məbləğində dövlət rüsumu ondan alınaraq "xxxx" KB ASC-yə ödənilməlidir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)- 174/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2023cü il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-2398/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən ondan 1900 manat məbləğində pul vəsaiti X8 xeyrinə tutulmalıdır. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-174/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-2111/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən ondan 4100 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq X6 xeyrinə ödənilməlidir. Hissə-hissə ödənişlər edir. O ödəniş etməkdən qaçmır. Xanım onu bloka atıb, uşaq yazır nə qədər pul lazımdır, o da dərhal atır. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs onun adına 4100 manat kredit götürmüşdür, lakin borcunu ödəmirdi. Bu səbəbdən hər ay məcbur özü ödəniş edirdi ki, onun üçün problem yaranmasın. Hazırda şikayətçidir, alimentin ödənilməsini xahiş edir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1936/2016 nömrəli, xx.xx.2016-cı il tarixli məhkəmə əmrindən görünür ki, 2141,87 manat məbləğində əsas borc, 162,94 manat məbləğində faiz borcu 58,90 manat məbləğində cərimə, 2363,71 manat məbləğində pul vəsaiti və 20 manat məbləğində dövlət rüsumu Şəxs alınaraq "xxxx" KB ASC-yə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin 18 aprel 2016-cı il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 gün müddətində icra sənədinin könüllü icra olunması üçün vaxt verilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin tələbin könüllü icrası haqqında bildirişindən görünür ki, borclu Şəxs icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-174/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin 10 iyul 2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 gün müddətində icra sənədinin könüllü icra olunması üçün vaxt verilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin tələbin könüllü icrası haqqında 10 iyul 2024cü il tarixli bildirişindən görünür ki, borclu Şəxs icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-2398/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 1900 manat məbləğində pul vəsaiti X8 xeyrinə tutulmalıdır. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin 02 avqust 2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 gün müddətində icra sənədinin könüllü icra olunması üçün vaxt verilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin tələbin könüllü icrası haqqında 02 avqust 2024-cü il tarixli bildirişindən görünür ki, borclu Şəxs icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-174/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin 21 avqust 2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 gün müddətində icra sənədinin könüllü icra olunması üçün vaxt verilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin tələbin könüllü icrası haqqında 21 avqust 2024-cü il tarixli bildirişindən görünür ki, borclu Şəxs icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-2111/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 4100 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq X6 xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin 21 avqust 2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 gün müddətində icra sənədinin könüllü icra olunması üçün vaxt verilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin tələbin könüllü icrası haqqında 21 avqust 2024-cü il tarixli bildirişindən görünür ki, borclu Şəxs icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Bakı şəhəri Xətai rayon məhkəməsinin 3(011)-4773/2024 saylı, 23 dekabr.2024-cü il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nda faktiki yaşayan Şəxs məcburi qaydada Bakı şəhəri Xətai Rayon Məhkəməsinə gətirilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai rayon məhkəməsinin 3(011)-6/2025 saylı, 08 yanvar 2025-ci il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nda faktiki yaşayan Şəxs axtarılması və məcburi qaydada Bakı şəhəri Xətai Rayon Məhkəməsinə gətirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİ bəndinə əsasən, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. “İnsan Hüquqlarının və X7 haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 500 manatdan 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 02 may 2025-ci il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai RPİ-nin 36-ci Polis Bölməsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-6/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-6/2025
02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver