Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-6039/2025 10.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi Hüseyxanova Sevinc Eynur qızının katibliyi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi, “Fides Vəkil Bürosunun vəkili Nümayəndə1 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: Azərbaycan Respublikasının Mərkəzi Bank Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 28 iyul 2025-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən 356774.49 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 10 iyul 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür."Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması QaydalarT'mn 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 356774.49 ABŞ dolları məbləğində vəsait hesabma alman mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 11 iyul 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi, “Fides Vəkil Bürosunun vəkili Nümayəndə1 məhkəməyə etiraz və müəyyən sənədlər təqdim edərək bildirmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərinin pozulmasına dair 3(011)-6039/2025 saylı inzibati xəta haqqında iş məhkəmənin icraatında baxılmaqdadır. Həmin inzibati materialdan görünür ki, Şəxs MMC barəsində ona görə xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, güya Şəxs MMC xx.xx.2023-cü il tarixində 356.774,49 ABŞ dolları məbləğində pul vəsaitini xaricə köçürmüş, lakin 2 il müddət keçsə də nə həmin dəyərdə mal ölkəyə idxal edilmiş, nə də ki, valyuta vəsaiti geri qaytarılmışdır. Hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən "xxxx" MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş 28 iyul 2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol aşağıda göstərilənlərə görə əsassızdır: Şəxs xx.xx.2006-cı ildə təsdiqlənmiş Nizamnaməsinin 3.1-ci maddəsinə, əsasən, Cəmiyyət bu nizamnamə ilə nəzərdə tutulmuş və Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qadağan edilməmiş təsərrüfat fəaliyyətinin istənilən növü ilə məşğul olmaq hüququna malikdir, Şəxs MMC 2022-ci ildən etibarən Tranzit ticarət fəaliyyəti ilə məşğuldur. Göstərilən ticarət üsulu qanunidir və heç bir qanunvericilik aktları ilə qadağan edilməmişdir. Şəxs MMC tərəfindən xaricdə əldə edilmiş, Şəxs MMC-nin mülkiyyətinə keçmiş mallar Azərbaycan Respublikasının sərhədlərinə daxil edilmədən, xaricdə olarkən üçüncü şirkətə Şəxs MMC tərəfindən satılaraq tranzit ticarət münasibəti ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Beləcə vasitəçilik münasibətindən fərqli olaraq Şəxs MMC tərəfindən öz mülkiyyətində olan malları sataraq tranzit ticarətlə məşğul olduğunu qeyd etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli, Belçikanın “X4 Emea” şirkəti ilə Şəxs MMC arasında bağlanmış müqaviləyə əsasən, Şəxs MMC bu şirkətin mallarının rəsmi alıcısı və Azərbaycandakı distribyutorudur. “X4 Emea” şirkətindən Şəxs MMC tərəfindən distribyutor müqaviləsinə əsasən, müqavilədə qeyd edilmiş müxtəlif qayıq motorları və onların ehtiyat hissələri satın alıb Azərbaycanda və digər ölkələrdəki müştərilərə satır. Qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli, ********* (07) nömrəli kredit köçürməsinə əsasən məlum olur ki, Belçikanın “X4 Emea” şirkətinin xx.xx.2023-cü il tarixli, 23/408986 nömrəli; xx.xx.2023-cü il tarixli, 23/408987 nömrəli; xx.xx.2023-cü il tarixli, 23/408988 nömrəli; xx.xx.2023-cü il tarixli, 23/408989 nömrəli; xx.xx.2023-cü il tarixli, 23/408990 nömrəli; xx.xx.2023-cü il tarixli, 23/409045 nömrəli; xx.xx.2023-cü il tarixli, 23/409066 nömrəli; xx.xx.2023cü il tarixli, 23/409067 nömrəli proformaları üzrə Şəxs MMC tərəfindən “X4 Emea” şirkətinin bank hesabına 356.774,49 ABŞ dolları köçürülmüşdür. Mərkəzi Bankın təqdim etdiyi xx.xx.2025-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında Protokolda qeyd edilən 356.774,49 ABŞ dolları məbləğində mallar “X4 Emea” şirkətinin xx.xx.2023-cü il tarixli, 23/408986 nömrəli; xx.xx.2023-cü il tarixli, 23/408987 nömrəli; xx.xx.2023-cü il tarixli, 23/408988 nömrəli; xx.xx.2023-cü il tarixli, 23/408989 nömrəli; xx.xx.2023-cü il tarixli, 23/408990 nömrəli; xx.xx.2023cü il tarixli, 23/409045 nömrəli; xx.xx.2023-cü il tarixli, 23/409066 nömrəli; xx.xx.2023-cü il tarixli, 23/409067 nömrəli proformaları üzrə, Şəxs MMC tərəfindən satm alınmış və Rusiyanın "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1 saylı alqı-satqı müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixli, ***-*******3kl2-R85-FM-Oils saylı və xx.xx.2023-cü il tarixli, ***-*******3-kl2-R85-FM-Parts saylı invoyslarla daha sərfəli qiymətə - 688.402,27 (altı yüz səksən səkkiz min dörd yüz iki manat iyirmi yeddi qəpik) manat məbləğinə satılmışdır. Şəxs MMC tərəfindən satm alınmış və Rusiyanın "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1 saylı alqı-satqı müqaviləsinə əsasən, xx.xx.2023- cü il tarixli, ***-*******3-kl2-R85-FM-Oils saylı və xx.xx.2023-cü il tarixli, ***-*******3-kl2- R85-FM-Parts saylı invoyslara uyğun tarixlər və kodlar üzrə malların qablaşdırma siyahısı işin materiallarına əlavə edilmişdir. X1, ordan da Rusiyaya aparılması təstiq edən, 10013160/021023/3424835 və 10009100/021023/3153604 nömrəli Gömrük bəyannaməsi, Beynəlxalq yük daşıma qaiməsi kredit köçürməsi üzrə alınan malların Rusiyaya göndərildiyini təstiq edir, həmin sənədlərdə alınan malların invoyslar üzrə tarixləri, nömrələri və kodları mövcuddur. Fləmçinin malların Şəxs MMC tərəfindən Rusiyanın "xxxx" MMC-yə verilməsini haqqında, xx.xx.2023-cü il tarixli, ***-*******3-kl2-R85-FM-Oils saylı və xx.xx.2023-cü il tarixli, ***-*******3-kl2-R85-FM-Parts saylı invoyslar üzrə xx.xx.2023-cü il tarixli təhviltəslim aktları təstiq edir ki, mallar Azərbaycan Respublikasına daxil olmadan Rusiyanın "xxxx" MMC-yə təhvil verilmişdir. Şəxs MMC (sifarişçi) və "xxxx" MMC (icraçı) arasında xx.xx.2022-ci il tarixli, KPİ/104/2022 saylı Gömrük rəsmiləşdirilməsinin təmin olunması barədə müqavilə bağlanmışdır. Malların “X4 Emea” şirkətindən Şəxs MMC-nin sifarişi ilə daşınmasını haqqında xx.xx.2023-cü il tarixli, KPİ-ALF055/23 saylı invoysa əsasən, xx.xx.2023-cü il tarixli, ********* saylı ödəniş tapşırığı üzrə ödənişlər edilmişdir. Beləliklə, ümumilikdə bu əməliyyatdan 356.774,49 ABŞ dolları - manat qarşılığı 607.700,00 manat məbləğin "xxxx" MMC tərəfindən xaricə köçürüldüyünü nəzərə alsaq, sifariş olunan həmin mallara görə ölkəmizə daha çox: 688.402,27 (altı yüz səksən səkkiz min dörd yüz iki manat iyirmi yeddi qəpik) manat məbləğ daxil olmuşdur. Göstərilən müqavilələrdən xx.xx.2023-cü il tarixli, ***-*******3-kl2-R85-FM-Oils saylı və xx.xx.2023-cü il tarixli, ***-*******3-kl2-R85-FM-Parts saylı invoyslarla edilmiş alqı-satqı əsasında qazanılmış (688.402,27 manat - 607.700,00 manat) 80.702,27 manat məbləğində həmin mallardan qazanılmış gəlirlə bağlı Şəxs MMC tərəfindən müvafiq gəlir bəyannaməsi verilmiş, müvafiq vergilər ödənilmişdir. Bununla bağlı məhkəməyə Şəxs MMC tərəfindən 2023-2024-cü illər üzrə ödənilmiş Dövlət Vergi xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən təqdim edilmiş Mənfəət vergisinin bəyannaməsi etiraza əlavə edilərək məhkəməyə təqdim edilir. Pandemiya dövründə Şəxs MMC-nin 3 işçisi olmuş orta əmək haqqı 400 manat təşkil etmişdir. Daha sonra 2022-ci ildən etibarən işçilərin sayı 10, orta aylıq əmək haqqı məbləği 1.000 (min) manata kimi yüksəlmişdir. Şəxs MMC tərəfindən ƏƏSMN-ə illik 30.000 manat məbləğində ödəniş edilmişdir. 2022-2025-ci illər ərzində Şəxs MMC tərəfindən 1.000.000 manat dəyərində vergi ödənilmişdir. Şəxs MMC-nin Mərkəzi Banka təqdim təqdim etdiyi sənədlərdən aşkar etmək olur ki, Şəxs MMC Belçikadan aldığı və “Brunwick Marine in Emea” şirkətinin invoysunda qeyd edilən mallarla eyni adlı və kodlu malları Rusiyanın "xxxx" MMC-yə satdığı mallardır. Həm şirkət tərəfindən göndərilən invoyslar, təhvil-təslim aktları həm də Rusiyadan bu malların İdxal Bəyannaməsindəki malların eynisi olduğu tam təsdiq edilir. Yuxanda göstərilən hallardan da məlum olurki, Şəxs MMC 356.774,49 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaitini 15 iyul 2023-cü il tarixdə "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürmüş, “X4 Emea” şirkəti tərəfindən verilmiş, xx.xx.2023-cü il tarixli, 23/408986 nömrəli; xx.xx.2023- cü il tarixli, 23/408987 nömrəli; xx.xx.2023-cü il tarixli, 23/408988 nömrəli; xx.xx.2023-cü il tarixli, 23/408989 nömrəli; xx.xx.2023-cü il tarixli, 23/408990 nömrəli; xx.xx.2023-cü il tarixli, 23/409045 nömrəli; xx.xx.2023-cü il tarixli, 23/409066 nömrəli; xx.xx.2023-cü il tarixli, 23/409067 nömrəli; proformaları ilə alınan mallar Şəxs ilə Rusiyanın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1 saylı alqı-satqı müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixli, ***-*******3-kl2-R85-FM-Oils saylı və xx.xx.2023-cü il tarixli, ***-*******3-kl2-R85-FM- Parts saylı invoyslarla “X4 Emea” şirkətindən (xx.xx.2023cü il tarixli, 23/408986 nömrəli; xx.xx.2023-cü il tarixli, 23/408987 nömrəli; xx.xx.2023-cü il tarixli, 23/408988 nömrəli; xx.xx.2023-cü il tarixli, 23/408989 nömrəli; xx.xx.2023-cü il tarixli, 23/408990 nömrəli; xx.xx.2023-cü il tarixli, 23/409045 nömrəli; xx.xx.2023-cü il tarixli, 23/409066 nömrəli; xx.xx.2023-cü il tarixli, 23/409067 nömrəli proformaları ilə) alman mallar daha sərfəli qiymətə- 688.402,27 (altı yüz səksən səkkiz min dörd yüz iki manat iyirmi yeddi qəpik) manat məbləğinə satılmışdır. xx.xx.2023-cü il tarixində 7.000.000,00 rubl-manat qarşılığı 130.200,00 manat, xx.xx.2023-cü il tarixli, 002-xx.xx.2023-kl2-R85- FM-Parts saylı invoys; xx.xx.2023-cü il tarixində 7.497.543,00 rubl-manat qarşılığı 134.955,77 manat, xx.xx.2023-cü il tarixli, ***-*******3-kl2-R85-FM-Parts saylı invoys; xx.xx.2023-xx.xx.2023-cü il tarixində 9.500.000,00 rubl-manat qarşılığı 179.550,00 manat, xx.xx.2023-cü il tarixli, ***-*******3-kl2-R85-FM-Parts saylı invoys; xx.xx.2023-xx.xx.2023-cü il tarixində 9.500.000,00 rubl-manat qarşılığı 179.550,00 manat, xx.xx.2023-cü il tarixli, ***-*******3-kl2-R85-FM-Oils saylı invoys; xx.xx.2023-xx.xx.2023-cü il tarixində 3.624.096,00 rubl - manat qarşılığı 64.146,50 manat, xx.xx.2023-cü il tarixli, ***-*******3-kl2-R85-FM-Parts saylı invoys əsasında Azərbaycan Respublikasına daxil olmuşdur. Şəxs MMC xx.xx.2023-cü il tarixdə 356.774,49 ABŞ dolları (manat qarşılığı - 607.700,00 manat) məbləğində vəsaiti xaricə köçürsə də, köçürmənin edildiyi tarixdən 02 il müddət keçmədən, yəni, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərində cəmi 688.402,27 (altı yüz səksən səkkiz min dörd yüz iki manat iyirmi yeddi qəpik) manat pul vəsaiti vəsaiti üçüncü şəxs tərəfindən (Rusiyanın "xxxx" MMC) geri qaytarılmışdır. Qeyd etmişdir ki, Mərkəzi Bank tərəfindən irəli sürülən iddia əsassız və ziddiyətlidir, belə ki, 30 dekabr 2022-ci il tarixli Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanununa və bu sahədə olan digər qanunvericilik aktlarına, əsasən, AR-nın Mərkəzi Bankı bu məsələ ilə bağlı Nəzarət orqanıdır. Əlavə olaraq, Valyuta dövriyyəsinə və valyuta tənzimlənməsinə nəzarət AR Mərkəzi Bankının səlahiyyətinə aiddir. Bu səbəbdən də göstərilən pulların mənbəyi AR Mərkəzi Bankına məlumdur, hazırki inzibati xətaya dair iş bizim tərəfimizdən sadəcə olaraq süründürməçilik və vaxt itkisi, məhkəmə yükünü artırmaq kimi qiymətləndirilir. Bu halda Şəxs MMC tərəfindən aparılan valyuta əməliyyatları Mərkəzi Bank tərəfindən aşkar olunur. Hər hansı şübhəli valyuta əməliyyatının aşkar olunması zamanı, yaxud hər hansı qeyri-qanuni vəziyyətin aşkarlandığı şəraitdə Mərkəzi Bank Şəxs MMC barəsində cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, əldə olunmuş məlumat və sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərməli, habelə bu barədə məlumat və sənədləri maliyyə monitorinqi orqanına təqdim etməlidir. Bu məsələ ilə bağlı Mərkəzi Bankın aidiyyəti orqanlara göstəriş verməsi, yaxud məhkəməyə cinayət işi ilə bağlı müraciət etməsi səlahiyyətləri çərçivəsində edilməlidir. Hazırda göstərilən, İXM 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədildiyini iddia etməsi və buna əsas olaraq malların eyniləşdirilə bilmədiyini göstərməsi, eyniləşmənin mümkün olmadığı qeyd edildiyi halda yuxarıda qeyd edilən heç bir tədbirin görülməməsi, Mərkəzi Bank tərəfindən səlahiyyətlərindən sui-istifadə edərilərək qurumun əsas marağının Şəxs MMC-ni əsassız cərimələmək olduğunu aydın şəkildə görə bilirik. Şəxs tərəfindən təqdim edilmiş sübutlardan da göründüyü kimi şirkət tərəfindən məsuliyyət yaradacaq heç bir hal mövcud deyildir. "xxxx" MMC tərəfindən xaricə ödənilmiş 356.774,49 ABŞ dolları məbləğində vəsait hesabına alınmış mailin ölkəyə idxal edilməməsi, həmin mailin təyinatına görə birbaşa digər xarici ölkəyə göndərilməsi heç də İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi kimi qiymətləndirilməməlidir. Belə ki, təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Şəxs MMC 356.774,49 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaitini 07 iyul 2023-cü il tarixdə "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüş və “X4 Emea” şirkəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 23/408986 nömrəli; xx.xx.2023-cü il tarixli, 23/408987 nömrəli; xx.xx.2023-cü il tarixli, 23/408988 nömrəli; xx.xx.2023-cü il tarixli, 23/408989 nömrəli; xx.xx.2023-cü il tarixli, 23/408990 nömrəli; xx.xx.2023-cü il tarixli, 23/409045 nömrəli; xx.xx.2023-cü il tarixli, 23/409066 nömrəli; xx.xx.2023cü il tarixli, 23/409067 nömrəli proformaları ilə alınan mallar Şəxs MMC ilə Rusiyanın "xxxx" MMC-si arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli, ***-*******3-kl2-R85-FM-Oils saylı və xx.xx.2023-cü il tarixli, ***-*******3-kl2-R85-FM-Parts saylı invoyslarla “X4 Emea” şirkətindən (xx.xx.2023cü il tarixli, 23/408986 nömrəli; xx.xx.2023-cü il tarixli, 23/408987 nömrəli; xx.xx.2023-cü il tarixli, 23/408988 nömrəli; xx.xx.2023-cü il tarixli, 23/408989 nömrəli; xx.xx.2023-cü il tarixli, 23/408990 nömrəli; xx.xx.2023-cü il tarixli, 23/409045 nömrəli; xx.xx.2023-cü il tarixli, 23/409066 nömrəli; xx.xx.2023-cü il tarixli, 23/409067 nömrəli; proformaları ilə) alınan mallar daha sərfəli qiymətə - 688.402,27 (altı yüz səksən səkkiz min dörd yüz iki manat iyirmi yeddi qəpik) manat məbləğinə satılmışdır. xx.xx.2023-cü il tarixində 7.000.000,00 rubl - manat qarşılığı 130.200,00 manat, xx.xx.2023-cü il tarixli, ***-*******3-kl2-R85-FM-Parts saylı invoys; xx.xx.2023-cü il tarixində 7.497.543,00 rubl - manat qarşılığı 134.955,77 manat, xx.xx.2023-cü il tarixli, 002- 30062023-kl2-R85-FM-Parts saylı invoys; xx.xx.2023-cü il tarixində 9.500.000,00 rubl - manat qarşılığı 179.550,00 manat, xx.xx.2023-cü il tarixli, ***-*******3-kl2-R85-FM-Parts saylı invoys; xx.xx.2023-cü il tarixində 9.500.000,00 rubl - manat qarşılığı 179.550,00 manat, xx.xx.2023-cü il tarixli, ***-*******3-kl2-R85-FM-Oils saylı invoys; xx.xx.2023-cü il tarixində 3.624.096,00 rubl - manat qarşılığı 64.146,50 manat, xx.xx.2023-cü il tarixli, 002- 30062023-kl2-R85-FM-Parts saylı invoys əsasında Azərbaycan Respublikasına daxil olmuşdur. Şəxs MMC xx.xx.2023-cü il tarixdə 356.774,49 ABŞ dolları (manat qarşılığı - 170.000,00 manat) məbləğində vəsaiti xaricə köçürsə də, köçürmənin edildiyi tarixdən 02 il müddət keçmədən, yəni, xx.xx.2023cü il, xx.xx.2023-cü il tarixlərində cəmi 688.402,27 (altı yüz səksən səkkiz min dörd yüz iki manat iyirmi yeddi qəpik) manat pul vəsaiti vəsaiti üçüncü şəxs tərəfindən (Rusiyanın "xxxx" MMC) geri qaytarılmışdır. Eyni analoji iş üzrə vaxtilə Zaqatala Rayon Məhkəməsinin 04 yanvar 2019-cu il tarixli Qərarı ilə İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə başlanmış icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığına görə xitam verilmişdir. Zaqatala Rayon Məhkəməsinin adı gedən Qərarından AR Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilmiş apellyasiya şikayəti isə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019- cu il tarixli Qərarı ilə təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 04 yanvar 2019-cu il tarixli Qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin göstərilən analoji işlə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə etdiyi müraciət əsasında yuxarıda qeyd etdiyimiz Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Pleniumunun Qərarı qəbul edilmiş və bu məsələ ilə bağlı ziddiyyət aradan qaldırılmışdır. Həmçinin mahiyyət üzrə tamamilə eynilik təşkil edən iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(011 )-l 112/2025 saylı; xx.xx.2025-ci il tarixli, 3(011)- 1128/2025 saylı; xx.xx.2025-ci il tarixli, 3(011 )- 3247/2025 saylı; xx.xx.2025-ci il tarixli, 3(011)-3250/2025 saylı; xx.xx.2025-ci il tarixli, 3(011)-4215/2025 saylı; xx.xx.2025-ci il tarixli, 3(011)-4205/2025 saylı iş üzrə qərarları iş materiallarına əlavə edilmişdir. Həmin inzibati xəta haqqında işlərdə də eyni ilə bu işdə olduğu kimi, şirkət tərəfindən Azərbaycandan xaricə pul köçürülmüş və həmin pul qarşılığında mallar alınmış və ölkəyə idxal edilmədən mallar üçüncü xarici şirkətə satılmışdır. Yəni, məhkəmədə sübut olunmuşdur ki, həmin mallar üçüncü şirkətə satılmış və həmin satışdan daha çox məbləğ Azərbaycana idxal olunmuşdur. Nəticə olaraq, hər iki iş üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qeyd edim ki, göstərilən işlərlə bağlı qarşı tərəfdən apellyasiya şikayəti verilməmişdir. Həmçinin xx.xx.2025-ci il tarixli, 3(011)-3247/2025 saylı; xx.xx.2025-ci il tarixli, 3(011)-3250/2025 saylı; xx.xx.2025ci il tarixli, 3(011)-4215/2025 saylı; xx.xx.2025-ci il tarixli, 3(011)-4205/2025 saylı məhkəmə işlərində qarşı tərəfin nümayəndəsi tərəfindən Məhkəməyə ünvanlanan məktubda qeyd edilmişdir ki, iş materiallarında olan "xxxx" ASC- in məktubundan görünmüşdür ki, protokolda qeyd olunan vəsait Şəxs MMC-in hesabına üçüncü şəxs "xxxx" şirkəti tərəfindən daxil olmuşdur. Daxil olan vəsaitin təyinatı avans köçürməsi zamanı təqdim edilən sənədlərlə uyğunluq təşkil etmişdir. Bütün bu halları nəzərə alaraq Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollara münasibətdə inzibati təhbeh tətbiq edilib-edilməməsi məsələsini məhkəmə mülahizəsinə buraxılmışdır. Göründüyü kimi bu hall onu sübut etmişdir ki, qarşı tərəf qeyd olunan sənədləri eyniləşdirməyərək inzibati xəta haqqında protokol tərtib etmişdir. Beləliklə, hesab edirik ki, Şəxs MMC barəsində xx.xx.2023cü il tarixində xaricə köçürülmüş 356.774,49 ABŞ dolları məbləğində vəsaitə görə, şirkət İXM-nın 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən, qeyd etmişdir ki, sənədlərin eyniləşdirilməsi tərəfimizdən təqdim edilən sübutlara əsasən, kifayət qədər sadə prosesdir. Lakin, bunun Mərkəzi Banka məlum olmasına baxmayaraq, bizə məlum olmayan hərhansı bir məqsədlə Şəxs MMC-ni məhkəməyə verərək barəsində cərimə tətbiq edilməsinə çalışmaq ölkənin iqtisadi potensialına ciddi zərbə vurmaq kimi qiymətləndirilməlidir. Belə ki, sahibkarlığa və ölkə iqtisadiyyatına vurulan bu zərbə nəticəsində, yəni cərimə olunmağımız təqdirində bu məsələnin fəsadları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə və digər orqanların qərarlarına bilavasitə təsir edəcək. Biz (yuxarıda qeyd etdiyimiz və qoşmaya əlavə etdiyimiz) bizim tərəfimizdən ödənilmiş vergi bəyannamələrimizi, dövlətə edilmiş ödənişlərimizi geri tələb etmək məcburiyyətində qalacayıq, həmçinin qeyd etməliyəm ki, Şəxs MMC tərəfindən Vergi orqanlarına vergi bəyannamələrini verdikdə və müvafiq sənədləri təqdim etdikdə heç bir orqanının etirazı ilə qarşılaşmamışıq. Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olan heç bir fəaliyyətlə məşğul olmadan, əldə edilən gəlirləri Azərbaycan Respublikasının iqtisadi bazarında səmərəli şəkildə istifadə etmişik. Göstərilən şəraitdə biz bütün malların geri qaytarılmasını təşkil etməyə məcbur olacayıq. Yuxarıda qeyd edilənlərə əsasən, Mərkəzi Bankın iddiasının doğru olduğunu fərz etsək, bu zaman yeni ziddiyət yaranır (gələn pulun eyniləşdirilməsinin mümkün olmadığını iddia etdikdə). Qeyd etdiyimiz Azərbaycan Respublikasının 21 oktyabr 1994-cü il tarixli Valyuta tənzimi haqqında Azərbaycan Respublikası Qanununun İİİ fəslində əks olunmuş Maddə 14-1. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasını barəsində qeyd edilmiş maddəyə, əsasən, sübhə yarandığı təqdirdə Mərkəzi Bank tərəfindən aidiyyəti orqanlara Şəxs MMC barəsində məlumat verilməli idi, bu zaman yaranan digər ziddiyət budur ki, Mərkəzi Bank tərəfindən şübhənin hansı səbəbdən yaranmadığını, şübhə yaranmadığı təqdirdə isə bizə qarşı sənədlərin eyniləşməsinin müəyyən edilməməsi əsas gətirilərək tərtib edilən protokolun hansı məqsəd ilə hazırlandığını anlamaq mümkün deyil. Əlavə olaraq Məhkəmənin nəzərinə çatdırmalıyıq ki, Mərkəzi Bank tərəfindən 28 iyul 2025-ci il tarixində tərtib olunmuş EP ******* saylı protokola nəzər yetirdikdə protokolun ümumiyyətlə düzgün tərtib edilmədiyini görə bilir. Belə ki, protokolda qeyd edilir ki, Şəxs MMC tərəfindən 2 il müddət keçsə də, 356.774,49 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. Hansı ki biz yuxarıda qeyd etdiyimiz sübutlarla bu halın baş vermədiyini, yəni valyuta vəsaitinin geri qaytarıldığını müəyyən edə bilirik. Protokolda ona əlavə edilən sənədlər (bank tərəfindən təqdim edilmiş məktub, köçürmə haqqında ərizə, köçürmənin təyinatını əks etdirən müqavilə və s.) ilə təqdim edilməmiş, təqdim edilməli olan sənədlər protoklda əks etdirilməmişdir. Protokolda müvafiq hissələr boş saxlanılmaqla tərtib edilərək, bu halda məhkəməyə təqdim edilmişdir, lakin müvafiq xanalar doldurulmalı, doldurulmadığı halda isə saxtakarlığın qarşısının alınması məqsədi ilə silinməlidir. Eləcə də, barəsində İnzibati iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı alınmamış, ona Telefonoqram belə göndərilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən Protokolu imzalamaqdan imtina etdikdə bu barədə protokola müvafiq qeydlər aparılmalı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək hüququna malikdir. Qeyd etməliyəm ki, biz bu hüquqdan məhrum edilmişik. Eləcə də, İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinin tələbləri pozularaq, qoşma və protokolun surəti olaraq heç bir sənəd Şəxs MMC-ə göndərilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə təqdim edilməmişdir. Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə və ümumiyyətlə inzibati xəta hadisəsi baş vermədiyinə görə tərtib edilmiş 28 iyul 2025-ci il tarixli, EP0257095 saylı inzibati xəta haqqında protokola xitam verilməsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, cəmiyyət barəsində İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Yuxarıda göstərilənlərə əsasən, etirazın qəbul edilməsi, Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi müəyyən edilmədiyindən xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, «X2» tərəfindən 10 iyul 2023-cü il tarixində 356774.49 ABŞ dolları məbləğində pul vəsaiti xaricə köçürülmüşdür. Mərkəzi Bank xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək bildirmişdir ki, tərəflərindən təyin edilmiş inzibati xəta haqqında təyin edilmiş məhkəmə prosesinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" KB ASC-in 20 may 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə 8071017.60 RUR , xx.xx.2023-cü il tarixdə 9442364.40 RUR və xx.xx.2023-cü il tarixdə 18954.00 RUR məbləğində vəsait Şəxs MMC-in hesabına üçüncü şəxs Formula M şirkəti tərəfindən daxil olmuşdur. Daxil olan vəsaitin təyinatı avans köçürməsi zamanı təqdimedilən sənədlərlə uyğunluq təşkil edir. Bütün bu halları nəzərə alaraq “Alfa Marine" MMC barəsində tərtib edilmiş EP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola münasibətdə inzibati təhbeh tətbiq edilibedilməməsi məsələsini məhkəmə mülahizəsinə buraxdığını bildirmişdir. Mərkəzi Bank xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək bildirmişdir ki, tərəflərindən təyin edilmiş inzibati xəta haqqında təyin edilmiş məhkəmə prosesinin iştirakı olmadan keçirilməsini xahiş etmişdi. İş materiallarında olan "xxxx" KB ASC-in 24 iyun 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə 7370179,88 RUR , xx.xx.2023-cü il tarixdə 8888965.34 RUR, xx.xx.2023-cü il tarixdə 3174628.49 RUR və xx.xx.2023-cü il tarixdə 1932577,66 RUR, məbləğində vəsait Şəxs MMC-in hesabına üçüncü şəxs Formula M şirkəti tərəfindən daxil olmuşdur. Daxil olan vəsaitin təyinatı avans köçürməsi zamanı təqdim edilən sənədlərlə uyğunluq təşkil edir. Bütün bu halları nəzərə alaraq "xxxx" MMC barəsində tərtib edilmiş EP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola münasibətdə inzibati təhbeh tətbiq edilib-edilməməsi məsələsini məhkəmə mülahizəsinə buraxdığını bildirmişdir. Mərkəzi Bank xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək bildirmişdir ki, tərəflərindən təyin edilmiş inzibati xəta haqqında təyin edilmiş məhkəmə prosesinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" KB ASC-in 27 avqust 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə 356774,49 ABŞ dolları məbləğində vəsait Şəxs MMC-in hesabına üçüncü şəxs "X4 Emea" şirkəti tərəfindən daxil olmuşdur. Daxil olan vəsaitin təyinatı avans köçürməsi zamanı təqdim edilən sənədlərlə uyğunluq təşkil edir. Bütün bu halları nəzərə alaraq Şəxs MMC barəsində tərtib edilmiş EP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola münasibətdə inzibati təhbeh tətbiq edilib-edilməməsi məsələsini məhkəmə mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X3 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli Plenum Qərarına əsasən müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən, isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 105 və 114cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İnzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-6039/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-6039/2025
10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver