Məhkəmə qərarları › İş №3(011)-6064/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-6064/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-6064/2024 04.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.5 və 505-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-3100/012/025106 nömrəli xx.xx.2024-cü il tarixli raporta əsasən, hüquqi ünvanı AZ1010, Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti 16 olan "xxxx" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2021-ci il tarixli **********7823 sorğu nömrəli gömrük bəyannaməsi ilə ümumi gömrük dəyəri 11738 AZN, netto çəki 27 kq olan müxtəlif adlı yüklülər müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. Yükün müvəqqəti idxal müddəti xx.xx.2023-cü il tarixdə bitmiş, lakin "xxxx" MMC tərəfindən müvəqqəti idxal müddəti ərzində yükün Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması, müvəqqəti idxal müddətinin qanuna müvafiq qaydada uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi barədə gömrük orqanına müraciət edilməmişdir. Eyni zamanda, həmin müvəqqəti idxal olunmuş mallar üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 245 nömrəli Qərarı ilə təsdiq edilmiş "Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın 7.5-ci bəndinə əsasən gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında aylıq ödənişlər ödənilməməsi nəticəsində xx.xx.2024-cü il tarixinə idxal rüsumu üzrə 434,63 AZN, əlavə dəyər vergisi üzrə 996,07 AZN, dəbbə pulu üzrə - 522,20 AZN olmaqla, ümumilikdə 1952.9 AZN məbləğində gömrük borcu yaranmışdır. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.5 və 505-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən 10 oktyabr 2024-cü il tarixli 00800- 00874/24 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi iştirak etməmiş, məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.5 və 505-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 25 sentyabr 2024-cü il tarixli 3-33-3100/012/025106 №-li raportdan görünür ki, Şəxs tərəfindən xx.xx.2021-cü il tarixli **********7823 nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 11738 AZN, netto çəki 27 kq) mallar müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Yükün müvəqqəti idxal müddəti xx.xx.2023-cü il tarixdə bitməsinə baxmayaraq, müvəqqəti idxal müddətinin uzadılması üçün müraciət olunmamış və ya digər gömrük rejimində rəsmiləşdirilməmişdir. İş materiallarında olan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 10 oktyabr 2024cü il tarixli 3-33-3100/013/026978 №-li raportdan görünür ki, hüquqi ünvanı AZ1010, Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti 16 olan "xxxx" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2021-ci il tarixli **********7823 sorğu nömrəli gömrük bəyannaməsi ilə ümumi gömrük dəyəri 11738 AZN, netto çəki 27 kq olan müxtəlif adlı yüklülər müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. Yükün müvəqqəti idxal müddəti xx.xx.2023-cü il tarixdə bitmiş, lakin "xxxx" MMC tərəfindən müvəqqəti idxal müddəti ərzində yükün Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması, müvəqqəti idxal müddətinin qanuna müvafiq qaydada uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi barədə gömrük orqanına müraciət edilməmişdir. Eyni zamanda, həmin müvəqqəti idxal olunmuş mallar üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013cü il 2 sentyabr tarixli 245 nömrəli Qərarı ilə təsdiq edilmiş "Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın 7.5-ci bəndinə əsasən gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında aylıq ödənişlər ödənilməməsi nəticəsində xx.xx.2024-cü il tarixinə idxal rüsumu üzrə - 434,63 AZN, əlavə dəyər vergisi üzrə 996,07 AZN, dəbbə pulu üzrə - 522,20 AZN olmaqla, ümumilikdə 1952.9 AZN məbləğində gömrük borcu yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında müvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2021-ci il tarixli **********7823 sorğu nömrəli gömrük bəyannaməsi ilə ümumi gömrük dəyəri 11738 AZN, netto çəki 27 kq olan müxtəlif adlı yüklülər müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. Yükün müvəqqəti idxal müddəti xx.xx.2023-cü il tarixdə bitmiş, lakin "xxxx" MMC tərəfindən müvəqqəti idxal müddəti ərzində yükün Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması, müvəqqəti idxal müddətinin qanuna müvafiq qaydada uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi barədə gömrük orqanına müraciət edilməmişdir. Bununla da nəzərdə tutulmuş müddət bir ildən artıq müddətə gecikdirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni bir ildən artıq müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin əlli faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs MMCnin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci və 505-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci və 505-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.5ci maddəsi ilə təqsirli bilinib inzibati xətanın obyekti olan 11738 (on bir min yeddi yüz otuz səkkiz) manat valyuta vəsaiti məbləğinin yetmiş faizi miqdarında 8216,6 (səkkiz min iki yüz on altı manat altmış qəpik) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar