Məhkəmə qərarları › İş №3(011)-6096/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-6096/2025

21.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-6096/2025 21.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Sadıxov Rəfail Adil oğlu, Bayramova Nərmin Nizami qızının katibliyi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, hüquqi şəxs Şəxs Bakı şəhəri Xətai rayon Polis İdarəsi Dövlət X1 sorğusuna əsasən mülkiyyətində olan «HYUNDAİ H100 yük» markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində verməmiş, bununla da hüquqi şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Xətai rayon Polis İdarəsi və Şəxs səlahiyyətli nümayəndələri məhkəməyə gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Bakı şəhəri Xətai rayon Polis İdarəsi və Şəxs səlahiyyətli nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan xəbərnamədən görünür ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsi Dövlət X2 sorğusu xx.xx.2025-ci il tarixində Şəxsnə göndərilmişdir. Sorğu xx.xx.2025-ci il tarixdə Cavadov Cavid adlı şəxs tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs tərəfindən elekron məhkəmə sistemi vasitəsilə daxil olmuş şikayətindən görünür ki, Bakı şəhər Xətai rayon Yol Polisi İdarəsi tərəfindən Şəxs barədə tərtib olunmuş inzibati material (İXP7215408) Bakı şəhər Xətai rayon Məhkəməsinə göndərilmişdir. Aşağıdakı əsaslara görə hazırkı iş üzrə Şəxs əməllərində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi yoxdur. Bu səbəbdən də hüquqi şəxs barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Hazırkı iş üzrə Xətai rayon X3 İdarəsi tərəfindən SX049289747AZ nömrəli poçt xəbərnaməsi iş materiallarına əlavə edilib. Xəbərnamədə hüquqi şəxsin poçt ünvanı ümumiyyətlə qeyd edilməyib. Xəbərnamə güya hüquqi şəxsə çatdırılıb. Halbu ki, çatdırılmayıb. Hüquqi şəxsin “Cavadov Cavid” adlı işçisi olmadığı halda xəbərnamə həmin şəxs tərəfindən güya qəbul edilməklə imzalanıb və təhvil alınıb. Məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, xəbərnamədə “Cavadov Cavid” adlı şəxsin adını, imzasını gördükdən sonra və Şəxs belə bir işçisi (əməkdaşı, texniki personal və sair) olmadığına görə hüquqi şəxs sözügedən naməlum xəbərnamənin yoxlanılması qərarına gəldi. Bakı şəhər Xətai rayon Yol Polisi tərəfindən inzibati materiala əlavə edilmiş Xəbərnamənin mənşəyi AZƏRPOÇTun göndərişlərin izlənməsi resursu vasitəsi ilə sorğu edilmişdir. Sorğunun nəticəsinə görə: xx.xx.2025 10:16 Qəbul olunub Bakı: AZ1129 xx.xx.2025 16:54 Göndərən ölkənin mübadilə məntəqəsinə daxil olub Bakı: AZ9095 xx.xx.2025 10:45 Poçt şöbəsinə daxil olub Bakı: AZ1018 xx.xx.2025 09:21 Çatdırma cəhdi uğursuz olub, səbəb Bakı: AZ1018 xx.xx.2025 17:33 Göndərən ölkənin mübadilə məntəqəsinə daxil olub Bakı: AZ9095 xx.xx.2025 09:39 Poçt şöbəsinə daxil olub Bakı: AZ1129 xx.xx.2025 17:00 Çatdırılıb, alıcı: Bakı: AZ1129 Göründüyü kimi xx.xx.2025-ci ildə Xətai rayon Yol Polisi İdarəsinin sorğusunun - Çatdırma cəhdi uğursuz olub Bakı: AZ1018 Həmçinin məhkəmə tərəfindən diqqət edilməli digər faktlardan biridə odur ki, Yol Polisinin xəbərnaməsində güya təhvil alınma 16 iyun 2025-ci il tarixinə təsadüf edir. Halbu ki, AZƏRPOÇTdan əldə edilmiş məlumatdan tam sübüta yetirilir ki, 03 iyul 2025-ci ildə sorğu saat 10:16 yalnız Poçt şöbəsinə daxil olub Bakı: AZ11129. Poçtalyon tərəfindən çatdırılma cəhdi və uğursuz alınan çatdırılma isə 07 iyul 2025-ci ildə baş verir. Beləliklə təqdim olunan sübütlardan tam aydın görünür ki, Yol Polisi İdarəsinin məktubunu hüquqi şəxsə çatdırılması uğursuz olmuş, məktub çatdırılmayıb. Daha da sonra Xətai rayon Yol Polisi İdarəsinin Şəxsnə çatdırılmamış sorğusu xx.xx.2025 saat 17:00 Bakı: AZ1129 – yəni Yol Polisi İdarəsinin özünə geri qaytarıılıb. Bundan başqa məhkəmənin diqqətinə çatdırırıq ki, məktubun göndərilməsi ilə bağlı xəbərnamədə bütün hadisələr iyun ayında baş verməsi göstərilsədə, Azərpoçtun cavabına əsasən məktub iyul ayında poçt şöbəsinə daxil olub və məktubun çatdırılması mümkün olmadığından elə iyul tarixində də Yol Polisi İdarəsinə də geri qaytarılıb. Sübütların təhlilindən görünür tam sübüta yetir ki: 1. sürücü barədə məlumat verilməsi haqqında Xətai rayon X3 İdarəsinin sorğusu obyektiv həqiqətdə Şəxsnə daxil olmayıb/ təqdim olunmayıb/çatdırılmayıb. 2. AZƏRPOÇTdan əldə olunmuş məlumata görə sorğu hüquqi şəxsə çatdırılmayıb/təqdim edilməyib. 3. Şəxs əməllərində inzibati xəta hadisəsi və inzibati xətanın tərkibi mövcud deyil. Bundan başqa, AR İXM-nin 347-ci maddəsinə əsasən Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Sorğu daxil olmadığına görə hüquqi şəxsin sorğu haqqında hər-hansı məlumatı olmayıb, mövcud olmayan sorğuya cavab verilməsi isə qeyri-mümkündür. 21 avqust 2025ci il tarixinə təyin olunmuş məhkəmə iclasının Şəxs iştirakı olmadan keçirilməsi; Şəxs əməllərində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığına görə hüquqi şəxs Şəxs barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, məhkəmə, iş materiallarında olan poçt xəbərnaməsinə dair qeyd edir ki, İXM-in 57-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. İXM-in 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sorğu "xxxx" MMC-nin ünvanına çatmadığından Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. 57.4-cü maddəsinə əsasən sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verməlidir. 57.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1-ci maddəsinə əsasən bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2.1-ci maddəsinə əsasən ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar